Entomologiya fənnindən mühazirələ Dos.əvəzi İsmayıl-zadə Nəzakət və Məmmədov Vüsal
Mübarizə tədbirləri. Payızlıq taxıllar optimal olan vaxtda səpilməlidir.
Aqrotexniki tədbirlərin bütün kompleksi (torpağın düzgün becərilməsi, əlavə gübrələrin verilməsi və s.) həyata keçirilməlidir. Bunun nəticəsində bitkilər yaxşı və bərabər inkişaf edir. bu da isveç milçəyinin zərər verməsini xeyli azaldır.
Məhsul vaxtında yığılmalı, bundan sonra kövşən çevrilməlidir.
Davamlı sortlar əkilməlidir.
Sürfələr çıxmağa başladığı gövdə Desis preparatından hektara 0,3-0,4 l məsarif normasında emulsiyası ilə çiləmə aparmaq olar.
Həmçinin kimyəvi mübarizədə hektara 0,2 kq olmaqla Dentiz 2,5 % preparatından istifadə olunmalıdır.