Mövzu 4. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə
qarşı aparılan mübarizə üsulları.
Məmmədov V.Ə.
PLAN:
Aqrotexniki mübarizə üsulu
Bioloji mübarizə üsulu
Fiziki mübarizə üsulu
Mexaniki mübarizə üsulu
Kimyəvi mübarizə üsulu
Karantin əsasları
ƏDƏBİYYAT
1. Məmmədova S.R. – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.
B.B.Xəlilov
2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004
3. Dünyamalıyev M.Z. - Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər.
Eyvazov Ə.Q. Əhmədov S.Ə.və s.Bakı, «Nurlan», 2008
Горбацов И.В., Грилченко
В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей
Москва, 2002, 472с
GƏNCƏ - 2021
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı müasir dövrdə müxtəlif xarakterli mübarizə üsullarından istifadə edilir. tətbiq edilən mübarizə tədbirlərindən aşağıdakıları göstərmək olar:
Aqrotexniki mübarizə üsulu
Bioloji mübarizə üsulu
Fiziki mübarizə üsulu
Mexaniki mübarizə üsulu
Kimyəvi mübarizə üsulu
Karantin əsasları
Təsərrüfatın şəraitindən, bitkinin xüsusiyyətindən və zərərvericinin inkişafından asılı olaraq bu mübarizə üsullarının müəyyən qədər dəyişdirilməsi mümkündür.
Göstərilən mübarizə üsullarının hər biri zərərvericilərlə mübarizədə həm qarşıalıcı həm də qırıcı tədbirlər məqsədini güdür.
Qarşıalıcı mübarizədə məqsəd elə şərait yaratmaqdan ibarətdir ki, zərərvericinin artıb çoxalması üçün əlverişsiz şərait yaradılsın, o, sürətlə inkişaf edib kənd təsərrüfatı bitkilərinə zərər verə bilməsin.
Qırıcı mübarizə tədbiri isə zərərverici sürətlə artdıqda və bitki üçün təhlükəli olduqda tətbiq edilir.
Bir zərərvericini və ya zərərverici qrupunu məhv etmək üçün yuxarıda göstərdiyimiz mübarizə üsullarının biri digərini müntəzəm surətdə əvəz etməlidir. Belə olduqda mübarizə tədbiri yüksək səmərə verə bilər.
Dostları ilə paylaş: |