Mübarizə tədbirləri.
Aqrotexniki tədbirlər kompleksi yerinə yetirilməlidir.
Kimyəvi mübarizədə 2,5% Desis (0,4 l/ha), preparatları ilə çiləmə aparılmalıdır.
Mövzu 7.Birillik paxlalı bitkilər və yoncanın zərərvericiləri, onlarla mübarizə tədbirləri
Məmmədov V.Ə.
PLAN:
Kök yumrusu uzunburun böcəklərin morfoloji quruluşu, bioloji xüsusiyyəti və onlarla mübarizə tədbirləri.
Noxud və lobya dənyeyənləri, onların morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri
Fitonomus uzunburun böcəyi, onun morfoloji quruluşu, bioloji xüsusiyyəti və onlarla mübarizə tədbirləri
Toxumyeyən tixiusun morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri
Yonca bağacığının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri
ƏDƏBİYYAT
1. Məmmədova S.R,
B.B.Xəlilov – Kənd təsərrüfatı entomologiyası. Bakı,1986.
2.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашитарастенийотвредителей Москва, 2002, 472с
3.Klowden, M, Physiological Systems in Insects. and edition Academic Press. 2007, 150 s.
GƏNCƏ - 2021
Birillik dənli paxlalı bitkilər (lobya, noxud) bir sıra müxtəlif bitkilərlə qidalanan zərərvericilər tərəfindən zədələnir. Bunlardan pambıq sovkası, çəmən kəpənəyi, qammalı sovka, düzqanadlılar dəstəsinin bütün nümayəndələri, lövhəbığ böcəklərin sürfələri və s. göstərmək olar. Birillik paxlalı bitkilərin bir sıra xüsusiyyətlənmiş zərərvericiləri də vardır ki, bunların bir hissəsi qidalanma tərzinə görə oliqofaq olub, yalnız paxlalılar fəsiləsinin nümayəndələri ilə qidalanır. Dənyeyən böcəklər monofaqdır və bunların inkişaf tsikli yalnız bir bitki üzərində gedir.
Paxlalı bitkilərin zərərvericiləri bitkilərin müxtəlif hissələri ilə qidalanmalarına görə aşağıdakı dörd qrupa bölünür: 1. Kök və kökyumruları ilə qidalananlar. 2. Cücərtilərlə qidalananlar. 3. yarpaqlarla qidalananlar. 4. Bitkinin generativ orqanları ilə qidalananlar.
Kök və kökyumruları ilə qidalanan növlər dənli paxlalı əkinlərində geniş yayılmaqla, bitkilərə böyük zərər verir. Onlar tez-tez kütləvi şəkildə çoxalmaları ilə məşhurdurlar. Böcəklərin sürfələri tərəfindən zədələnmiş bitkilər az məhsul verir və növbəli əkin dövriyyəsində azot toplamaq qabiliyyəti azalır. Paxlalı bitkilərə kökyumrusu uzunburun böcəkləri böyük zərər vurur.
Paxlalı bitkilərin yarpaqları noxud mənənəsi, çuğundur bağacığı və bir sıra mənənələr tərəfindən zədələnir.
Müxtəlif bitkilərlə qidalanan polifaq zərərvericilərin əksəriyyəti yarpaqlarla qidalanır. Göstərilən zərərvericilər tərəfindən yarpaqların zədələnməsi nəticəsində bitkidə assimilyasiya pozulur, bu da məhsuldarlığın azalmasına səbəb olur.
Dənli paxlalı bitkilərin generativ orqanları ilə qidalanan zərərverici növlər böyük mənfi iqtisadi əhəmiyyətə malikdir.
Bura daxil olan noxud və lobya dənyeyənlərin fəaliyyəti xüsusi qeyd edilməlidir.
Dostları ilə paylaş: |