Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmada istehsal əsas fondlarından istifadənin



Yüklə 0,77 Mb.
səhifə29/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   25   26   27   28   29   30   31   32   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Firmada istehsal əsas fondlarından istifadənin

yaxşılaşdırılması yolları

İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılmasının iqtisadi əhəmiyyəti olduqca böyükdür. Onlardan səmərəli istifadə olunduqda məhsul buraxılışı artır və beləliklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş əməyin miqdarı azalır.


Əsas fondların həcminin sabit qaldığı şəraitdə onlardan istifadəni yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yeni əsas fondlar yaratmadan istehsalın genişləndirilməsinə bərabər hesab olunur.
Firmada əmək vasitələrindən istifadənin yaxşılaşdırılması iki yolla: ekstensiv və intensiv istifadə yolları ilə həyata keçirilir.
Əmək vasitələrindən ekstensiv istifadənin əsas istiqamətləri onlara texniki xidmətin səmərəli təşkili, keyfiyyətli təmir, təmir müddətinin azaldılması, boşdayanmaların minimuma endirilməsi və s.
Əmək vasitələrindən intensiv istifadə isə prosesə az canlı əmək tətbiq etmək yolu ilə vaxt vahidi ərzində istehsal edilən məhsulun və xidmətin miqyasca çoxaldılmasıdır.
Qeyd etmək lazımdır ki, ekstensiv və intensiv istifadə yollarını qarşı-qarşıya qoymaq olmaz; onlardan heç biri «təmiz» şəkildə olmur; ilin müəyyən vaxtlarında üstünlük intensiv və ya da ekstensiv yola məxsus olur. Hər iki yoldan kompleks istifadə istehsal avadanlıqlarının inteqral səmərəlilik səviyyəsini yüksəldir.
Avadanlıqlardan ekstensiv istifadə dedikdə avadanlığın işləmə müddətinin azaldılması, onlarsan vaxta görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur. Buna aşağıdakılar aiddir:

  • avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün təşkili. Bütün bunlar boşdayanmalara, qəzalara yol verməməyə, avadanlığın işləmə vaxtını artırmağa imkan yaradır;

  • firmalarda ayrı-ayrı istehsal sexləri və sexlər arasında aşkar edilən uyğunsuzluqların vaxtında aradan qaldırılması;

  • hazırlıq-tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin azaldılması.

Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına əsaslanır. Avadanlıqdan daha intensiv istifadəyə aşağıdakı yollarla nail olmaq olar:

  • texnologiyanı təkmilləşdirmək və fasiləsiz axın istehsalını təmin etməklə;

  • avadanlığın birdəfəlik yükünü, məsələn, blüminqdə yayılan külçənin çəkisini, dəzgahda metal emalı zamanı kəsici alətin irəliləmə sürətini artırmaqla;

  • material emalının sürətini, məsələn, domna və marten sobalarında posa materiallarının əridilmə, metalın mexaniki emalında onun kəsilmə sürətini artırmaqla;

  • xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsini təmin etməklə;

  • istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və bir qərarda getməsini təmin etməklə.

İstehsal əsas fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsi yollarından biri onların strukturunun təkmilləşdirilməsidir. Məlumdur ki, Firmanın istehsal gücü aparıcı sexin aparıcı sahəsinin aparıcı avadanlıqlarının mexaniki gücləri vasitəsilə müəyyən edilir. İstehsal əsas fondlarının strukturunda maşın və avadanlıqların payının artırılması əlavə əsaslı vəsait qoyuluşları həyata keçirmədən Firmanın məhsul istehsalını artırmağa imkan verir ki, bu da məhsul vahidinə düşən amortizasiya ayırmalarının aşağı düşməsinə səbəb olur.
Firmada istehsal gücünün keyfiyyət xarakteristikası və səmərəliliyi, istehsalın elmi-texniki tərəqqinin irəli sürdüyü tələblərə, müasir maşın və avadanlıqların istehsalının yaradılması və mənimsənilməsi vəzifələrinə uyğunluğu istehsal əsas fondlarının aktiv ünsürü olan texnoloji avadanlığın strukturundan asılıdır. Maşın və avadanlıqların texnoloji strukturunun optimallığına bir sıra amillər təsir göstərir ki, bunlar da aşağıdakılardır:

  • İstehsal texnologiyası;

  • Avadanlıq parkının inkişafının əsas istiqamətlərindən olan avtomatlaşdırma.

Avtomatlaşdırma, xüsusilə onun çevik formaları, istehsal gücünün müasir istehsalın tələblərinə uyğunlaşdırılmasına imkan verir. Istehsala hazırlıq vaxtını azaldaraq, bir məhsulun istehsalından digərinə keçidi sürətləndirərək proqramlı avtomatlaşdırma istehsal gücünü daha çevik edir və elmi-texniki tələblərə uyğunluğunu şərtləndirir.
Avadanlıq parkının texniki-iqtisadi səviyyəsinə investisiya qoyuluşlarının texnoloji quruluşu, istehsal əsas fondlarının təzələnməsi və sıradan çıxmasının nisbəti və habelə, avadanlıqların yaş strukturu təsir göstərir. Texniki tərəqqinin intensivliyi və avadanlıq parkının elmi-texniki tərəqqinin inkişaf sürətinə uyğun olaraq yeniləşmə tempi sürətləndikcə əsaslı vəsait qoyuluşunun böyük hissəsi köhnələn və aşınan əmək vasitələrinin dəyişdirilməsinə yönəldilir. Bu isə nəticə etibarilə bütünlükdə istehsal əsas fondlarından istifadə səviyyəsini yüksəldir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin