Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Fövqəladə halların təsnifatı



Yüklə 296,18 Kb.
səhifə22/62
tarix23.04.2022
ölçüsü296,18 Kb.
#56143
1   ...   18   19   20   21   22   23   24   25   ...   62
tutu mulki convert

Fövqəladə halların təsnifatı


  1. Nəticələrin miqyasına görə

  2. Baş vermə sahələrin görə

  3. İdarə üzrə mənsubiyyətinə görə
  1. Nəticələrin miqyasına görə:


  • Qismən

  • Obyekt miqyaslı

  • Yerli

  • Regional

  • Qlobal
  1. Baş vermə sahələrinə görə:


  • Təbii

  • Texnogen

  • Ekoloji

  • Sosial

  • Hərbi-siyasi
  1. Idarə üzrə mənsubiyyətinə görə:


  • Tikintidə

    • Sənayedə

    • Mənzil və kommunal məişət sahələrində

    • Kənd təsərrüfatında

    • Meşə

Təsir dairəsindən (yayılma miqyasından) əlavə, FH-lər baş verən insan tələfatının miqdarına. Zədələnmiş (köçürülməyə ehtiyacı olan) əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir. Fövqəladə halların təsnifatına dair yuxarıda göstərilən sahələr və belə hadisələrin müəyyən növlərinə görə onların “ağırlıq” dərəcələrinin qiymətləndirilməsi üzrə həm keyfiyyət kateqoriyaları, həm də onlara müvafiq olan kəmiyyət xarakteristikaları 1.1. cədvəlində verilmişdir. Bunlardan milli və qlobal fövqəladə hallara aid keyfiyyət və kəmiyyət xarakteristikalarının qiymətləndirilməsi məsələləri indiyədək daha az işlənib öyrənilmişdir. Bu məsələyə dair ümumiləşdirilmiş statistik materialların təhlili, ölkədə və xaricdə aparılan tədqiqat metirallarının nəticələri bu boşluğun aradan qaldırılmasına, bir sıra yeni qiymətləndirmə xarakteristikalarının, o cümlədən də dövlət idarəetmə sisteminin fövqəladə hadisələrə davamlılığı dərəcəsinin qiymətləndirilməsi üzrə xarakteristikalar əldə edilməsinə imkan verdi. Məsələn, 1.1 cədvəldəki “əvəzolunmaz” və “vərpaolunmaz” dərəcəli kəmiyyət xarakteristikalarını bir sıra fövqəladə halları xarakterizə edən parametrlərin elə qiymətləri kimi qəbul etmək lazımdır ki, belə hallarda yalnız milli ehtiyatlar

hesabına və mövcud dövlət idarəetmə sistemi şəraitində əhalinin həyat təchizatını, ən əsası isə onu həyat fəaliyyətini təmin etmək mümkün olmaz.

Fövqəladə halların onların yaranmasına səbəb olmuş konkret proses və hadisələrin xarakterinə görə təsnif edilməsi vacib əhəmiyyətə malikdir. Bu ümumiləşdirilmiş əlamət üzrə FH-lar: texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələr kimi təsnif edilir. Azərbaycan respublikasının ərazisində bütün bu dörd növ FH baş verə bilər.

Bu təsnifat FH-ın miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin FH- ın qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xaraketirinin qiymətləndirilməsi, eləcə də qəzaxilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamət göstəricilərirolunu oynayır.

Nisbi itkilər əhali təsərrüfat-ərazi komplekrləsinin (ƏTƏK) inkişafına FH-in təsirinin xüsusiyyətini, burada normal həyat fəaliyyətinin bərpa edilməsinin ehtimal olunan müddətini və dərəcəsini xarakterizə edir. Buna görə də təbii və digər FH-i onların nəticələrinin ƏTƏK üçün ağırlığına görə xarakterizə etmək daha məqsədəuyğundur.

Belə ağırlıq dərəcələri 1.1. cədvəlində göstərilmişdir. Nəticələrin ən geci bir neçə gün ərzində aradan qaldırılan fövqəladə hadisələr (qısa müddətli leysan yağışlarından törəyən su basmalar, intensiv qar yağını, sürüşmə nəticəsində yolların bəzi sahələrinin sıradan çıxması və s.) əhalinin həyat fəaliyyətini və müəssisələrin iş rejimini azacıq pozur və adətən həyat təminatı rejiminin ehtiyat variantlarına keçməyi tələb etmir.

Lakin FH nəticələrinin aradan qaldırılması ancaq daha uzun müddət, tutaq ki, bir ilə qədər və ya 5-7 il, yəni qoyulmuş kapital xərclərin əvəz çıxacağı müddətə yaxın bir vaxt ərzində mümkündürsə, onda həyat təminatı rejiminin ehtiyat variantlarına keçmək lazımdır. Bəzi fövqəladə hadisələrin (məsələn, zəlzələnin, güclü daşqınların) vurduğu ziyanı ancaq 5-7 ildən çox müddət ərzində əvəz etmək mümkün olacaqsa, onda məsələnin həlli üzrə iki variantdan birini seçmək lazım gələckdir. Ya ƏTƏK-in zədələnmiş elementlərini sadəcə olaraq bərpa etmək, ya da onları daha müasirləri ilə əvəz edərək kompleksi

modernləşdirmək. Böhranlı kateqoriyaya aid FH zamanı ƏTƏK-də bütün istehsalın yenidən qurulması qaçılmazıdır.

Müxtəlif ağırlıq kateqoriyalarına (dərəcələrinə) aid fövqəladə hallar müxtəlifcür sosial-psixoloji əks-səda doğurur. Birinci dərəcəli-ağır FH demək olar ki, xüsusi narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısa müddətli gur leysan suları hətta maraqlı bir epizod kimi qəbul edilir. Ikinci dərəcəli-xüsusiən ağır FH əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi pis əhval-ruhiyyə yaradır. Üçüncü dərəcəli-katastrofik FH isə sözün əsl mənasında fəlakətdir: belə hadisələr sosial- psixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər. Dördüncü dərəcəli – böhranlı FH ümumi ümidsizlik yaradıv və həyat dəyərləri haqqında təsəvvürlərin prinsipial sürətdə dəyişməsinə, sosial çaxnaşmalarına səbəb ola bilər. Beşinci dərəcəli - əvəzolunmaz itkili FH salamat qalmış insanların (köçkünlərin) yadında onların həyatını pozmuş hadisə olaraq həmişə qalır.

Fövqəladə hadisələrin belə dərəcələndirilməsi, aydındır ki, həm keçmişdə, həm də indi baş verən və gələcəkdə ehtimal olunan hadisələr zamanı təbii və digər risklərin idarə edilməsinə aid bütün problemlərin həllində tətbiq edilə bilər.

Yuxarıda deyildiyi kimi, əlverişsiz təhlükəli hadisənin (ƏTH) törətdiyi ziyan sahələrinə görə sosial və iqtisadi ziyan növlərinə ayrılır. əgər bu təbii-texnogen tipli fövqəladə hadisədirsə, onda bu hadisənin törədə biləcəyi ekoloji zərəri də nəzərə almaq lazımdır.

Sosial zərəri, adətən, FH ocağında həlak olanların, yaralıların və zərər çəkənələrin (ev-eşiyini itirənlərin və başqalarının) sayı ilə ölçürlər; FH ocağından kənarda olan, lakin bu hadisənin təsirinə bu və ya digər dərəcədə məruz qalan adamlarının sayını da həmçinin nəzərə almaq olar. Məsələn, zəlzələ zamanı həlak olanların və ağır yaralanların (şikəst olanların sayı 1/3 – 1/10 nisbətində, həlak olanların və zərər çəkənlərin sayı isə 1/100 – 1/300 nisbətində olur.

Insanların həlak olması və şikəst olması (iş qabiliyyətini itirməsi) nəticəsində yaranan itkiləri pul formasında müxtəlif üsulla qiymətəndirmək mümkündür: əlil olmuş şəxsin təminatının dəyəri ilə; işçinin itirilməsi nəticəsində

gəlirin azalmasıilə; peşə üzrə risk üçün əlavə ödənişin miqdarına görə; ölüm hallarının azaldılması üçün görülən lazımi tədbirlərin dəyərinə görə və s. Məsələn, 1980-cı illərin əvvəllərində Rusiyada bir nəfər tam əlilin saxlanmasının dəyəri ildə təxminən 25 min rubl, yəni gündə 70 rubl təşkil edirdi (mətbuat məlumatlarına görə).

Məlum olur ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ətrafı çirkləndirən tullantıları azaltmaq, xəstəliklərin ilkin diaqnostikasını keçirmək, avtonəqliyyatda təhlükəsizliyi yüksəltmək və s. yollarla bir adamın həyatının xilas edilməsi 10 mindən 100 milyon dollara qədər vəsait sərfi tələb edir.

Bu hesablamalarıaydınlaşdırmaq üçün misal olaraq qeyd edək ki, 1990-cı ildə keçmiş SSRİ-nin milli sərvətləri 3,8 trilyon rubl, vətəndaşlarının şəxsi əmlakının dəyəri daha 0,7 trilyon rubl, torpaq və meşə ehtiyatlarının dəyəri 7,5 trilyon rubl, kəşf edilmiş mineral ehtiyaların dəyəri 19 trilyon rubl (cəmi təxminən 30 trilyon rubl), idisə, bir nəfərin həyatının “qiyməti” 350-650 min rubl olmaqla bütün əhalisinin “dəyəri” 100-200 trilyon rubl təşkil edirdi. Hər hansı şəhər əhalisi şəhərin özündən daha çox qiymətlidir. Rusların ömürünün orta uzunluğunun 1990- 1995-ci illərdə təxmin edilən 2 il azalması (mərkəzi statistika idarəsinin 30.08.1993-cü il tarixli məlumatı) 4-8 illik ümumi milli məhsulun (1980-cı illərin sonundakı qiymətlərlə) itirilməsinə bərabərdir.

Əlverişsiz və təhlükəli hadisələrin dolayı sosial zərərini müəyyən edərkən bu zərərin etnik-mədəni zərər və psixoloji zərər olmaqla iki tərkib hissəsini də nəzrə almaq lazımdır. Etnik-mədəni zərər yalnız sadəcə insanların məhv olmasından ibarət deyil, bu həm də etnosun (müəyyən bir xalqın) məhv olmasıdır. Vətənin həmişəlik tərk edilməsi və ya tarixi abidələrin, yaşayış məntəqələrinin dağılması və olnarın yeni tikilən standart şəhərlərlə əvəz edilməsi və s. nəticəsində insanların öz etnik mənşəyini, cəmiyyətdəki mövqeyini və rolunu unutmasıdır.

Sosial-psixoloji zərər isə baş vermiş fəlakətin ağır xatirələrinin təsiri altında, bəzən isə bilavasitə uzun müddətli narahat yaşayış məntəqələrinin dağıdılması və onların yeni tikilən standart şəhərlərlə əvəz edilməsi və s. nəticəsində insanların öz etnik mənşəyini, cəmiyyətdəki mövqeyini və rolunu unutmasıdır.

Sosial – psixoloji zərər isə baş vermiş fəlakətin ağır xatirələrinin təsiri altında, bəzən isə bilavasitə uzun müddətli narahat yaşayış nəticəsində normal həyat duyğularının sönükləşməsindən, bədbəxtlik hissinin yaranmasından ibarətdir. Təbii fəlakət sosial-psixoloji vəziyyət kəskinləşən dövrdə baş verdikdə,

bərpa olunma zəifləyir, uzun sürür, fövqəladə hadisə mürəkkəb xarakter kəsb edir və onun nəticələrinin ağırlıq dərəcəsi artır. Tarixi keçmişdə bir sıra etnosların məhvinə yəqin ki, hadisələrin məhz belə inkişafı səbəb olmuşdur. Müasir dövrdəki belə hallara misal olaraq Çernobıl radioaktiv çiklənmə zonasının, 1980-cı illərin güclü quraqlıqları nəticəsində Şimali Afrikada geniş ərazilərin bərbad olmasını və boşalmasını göstərmək mümkündür. Bunların nəticələrini təsərrüfatların məhsuldarlığının azalması; əhalinin köçürülməsi və s. kimi iqtisadi göstəricilərlə də ölçmək mümkündür.

Əlverişsiz və təhlükəli hadisələrin təsirindən yaranan iqtisadi zərər, hər şeydən əvvəl binaların, qurğuların, avadanlığın və s. bilavasitə itkilərindən (əsas fondlar üzrə itkilər); dövriyyə fondu üzrə (xammal, yanacaq, yarımfabrikatlar) itkilərdən; hazır məhsul, kənd təsərrüfatı məhsulları, maqlara, şəxsi əmlak və s. itkilərdən ibarətdir. Bunlar birbaşa itkilərdir ki, onların siyahısı xeyli böyük ola bilər. belə hesa edilir ki, fövqəladə hadisənin vurduğu ziyan qiymətləndirilərkən, onun kəmiyyətinin 30 faizə qədəri nəzərdən qaçırılır.

FH-ın dolayı iqtisadi zərəri-zədələnən və onların işi ilə bağlı kooperasiyada olan müəssisələr dayanarkən əhsul istehsalının azalması, işçilərin və texnikanın xilasetmə işlərinə cəlb olunması, məhsulun maya dəyərinin artması və keyfiyyətinin pisləşməsi, müəssisə ilə əlaqədə olan başqa obyektlərin təchizat və nəqliyyat üçün digər variantlardan istifadə etməsi və s. sayəsində meydana gəlir. Təsir göstərdiyi iqtisadi “məsafədən” asılı olaraq dolayıiqtisadi zərər: yerli zərər və xalq təsərrüfatı miqyaslı zərər növlərin ayırd edilə bilər.

Təbii fəlakətlər zamanı baş verən itkilər barədə dərc olunan məlumatlar yalnız bir başa itkiləri xarakterizə edir. dolayı iqtisadi itkilər isə birbaşa itkilərə nisbətən: yüngül v ərzaq sənaye sahəsinin xırda müəssisələri dağılarkən 30-50%; kommunikasiyalar dağılarkən 103-104%, energetika müəssisələri dağılarkən isə

105% təşkil edir. inzibati rayon və ya vilayət miqysalı ƏTƏK fəlakətə məruz qaldıqda orada dolayı itilər birbaşa itkilərdən 3-4 dəfə artıq, ölkə və dünya miqyaslı fəlakət zamanı iə, orta hesabla bir neçə il üçün təxminən 2 dəfə artıq ola bilər. Çernobılfəaləktinin vurduğu dolayı zərər birbaşa zərərdən 20-25 dəfə artıqdır.

Ekoloji zərər təbii-texnogen və ya təbii-antropogen xarakterli hadisələr (torpaq eroziyasının insan fəaliyyəti sahəsində sürətlənməsi, əlverişsiz və təhlükəli hadisələrin törətdiyi texnoloji qəzalar zamanı ətrafa xeyli çirkləndirici maddələrin yayılması və s), eləcə də müasir zədələyici vasitələrin (silahların) tətbiqi nəticəsində baş verə bilər. Zərərin bu növünü də qısaca nəzərdən keçirək: istismar olunan təbii ehtiyatların birbaşa itkilərinə - iqtisadi-ekoloji zərər deyilir; biosferanın bir qismi olmaqla təbii mühitdəki itkiləri əsl ekoloji itkilər adlandırmaq mümkündür. Məlum olduğu kimi əsas problem bundan ibarətdir ki, sənayenin iqtisadi qiymətləndirilərkən təbii ehtiyatlar son dərəcə ucuz qiymətləndirilir və təbii ehtiyatlara belə münasibət şəraitində bu ehtiyatların tükənməsi labüddür.

Həqiqətən də, təbii faydalı qazıntılar yalnız onların kəşfiyyatına, emalına və istehlakçıya çatıdılmasına çəkilən xərclərə görə su-onun təmizlənməsi (süzülməsi və s.) və gətirilməsi üzrə xərclərlə, meşə ehtiyatları ağacların kəsilməsi və gətirilməsi xərcləri əsasında qiymətləndirilir.



Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin