Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respirator- lardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, onlardan dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür.
R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik öiçülərə maiikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.