Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Şəkərli diabetin müalicəsi



Yüklə 438 Kb.
səhifə22/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Bölmə 4

Şəkərli diabetin müalicəsi.
Müalicə şəkər mübadiləsinin normallaşdırılmasından, xəstənin əmək qabiliyyətinin və çəkisinin bərpa olunmasından, kəskin və xroniki fəsadların profilaktikasından ibarətdir.
Pəhrizdən bal və şəkər çıxarılmalıdır, vitaminlər çox olmalıdır.
İnsulinlə müalicə xəstənin həyatında mühüm yer tutur.
İnsulini təyin etməzdən əvvəl allergiyanın olub-olmamasını yoxlamaq lazımdır. Bu məqsədlə saidin ön nahiyyəsinə dəri daxilinə 0,5-1,0 vahid insulin yeridilir, 1 saat ərzində həmin yerdə qaşınma, qızartı olmazsa insulin vurmaq olar.
İnsulin belə hesablanır. Tutaq ki, xəstənin sutkalıq diurezi 3 litr, sidikdə şəkər 5%-dir. Belə halda xəstədə sutkalıq qlükozuriya 150 qr olur. Deməli, orqanizm sutkada 150 qr şəkər itirir. 1 vahid insulin də 4-5 qr şəkərin mənimsənilməsinə sərf olunur. Deməli, bu xəstəyə 30 vahid insulin (150:5=30 vahid) təyin etmək lazımdır. İnsulinin sutkalıq dozası 25 vahiddən yuxarı olmadıqda yeməkdən 30 dəqiqə əvvəl bir dəfəyə yeridilir. Son illər nadizan, invenol, oranildən istifadəyə başlamışlar.
Mövzu 4. Sinir-psixi pozulmalar
Sinir sistemi histoloji cəhətdən sinir hüceyrələrindən, sinir liflərindən, qan damarlarından və birləşdirici toxuma elementlərindən ibarətdir.
İnsanın bütün hərəkətləri iradi və qeyri-iradi hərəkətlərə bölünür. Mərkəzi və periferik sinir-sisteminin zədələnməsi zamanı hərəki funksiyalar mürəkkəb şəkildə pozulur.
İradi hərəkətlərin tamamilə olmaması iflic, onların zəifləməsi parez adlanır.
Fəal hərəkətləri müayinə etdikdə onların həcmi, qüvvəsi və sürəti təyin olunur.
Passiv hərəkətləri müayinə edərkən onların həcminə və əzələ tonusunun halına diqqət edilməlidir.
Nevrozlar.
Nevroz sinir sisteminin funksional xəstəliyi olub, geniş yayılmışdır. Xəstəlik sinir sistemində yaranan həddən artıq gərginlik və onu zəiflədən psixi təsirlər nəticəsində baş verir.
Əgər nevroz əlamətləri bir sıra daxili xəstəliklər nəticəsində baş verərsə, buna nevrotik reaksiya deyilir.
Bir sıra konfliktlər, şəxsi həyatda müvəffəqiyyətsizlik, uğursuzluq çox həssas olan sinir sisteminə psixotravmatik təsir göstərir. Nevroz ali sinir fəaliyyəti zəif olan tiplər arasında daha tez baş verir.
Ali sinir fəaliyyəti üçün oyanma və tormozlanma proseslərinin əhəmiyyəti böyükdür. Əgər bu fəallıq qırılarsa, o zaman ali sinir fəaliyyəti pozulur, nəticədə nevrozun müxtəlif formaları baş verir.
Nevrozun əsas 4 forması ayırd olunur.
1. nevrasteniya
2. isteriya
3. psixasteniya
4. sayrışan hallar nevrozu

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin