Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə29/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
Bölmə 4

III dövr – xəstəliyin ağırlaçması dövrü.
Bu xəstəliyin ən ağır dövrüdür. Bu zaman əzələlərdə zəiflik, iştahanın azalması, baş ağrıları əmələ gəlir, ürəkbulanma, qusma, temperaturun 38-40 0 –yə qalxması, titrətmə, boğazda iltihab, ağızda yara, qarın ağrıları, qanlı ishal, selikli qişa və dəridə qansızmalar, burundan, mədədən qanaxmalar müşahidə olunur. Xəstənin nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür, dəri quruyur. Bəzən xəstənin şüuru itir, sətəlcəm, sepsis əmələ gəlir. Qanda leykopeniya (800-1000 ədəd), trombopeniya və anemiya əmələ gəlir. Bəzən qanaxma və qansızma nəticəsində ölüm baş verir. Bu dövr I dərəcəlidə 1-2 həftə, II-ci dərəcəlidə 2-4 həftə, 4-5 həftəyə qədər davam edir.
IV dövr – sağalma və ya bərpa dövrü.
Bu dövr yavaş-yavaş başlayır, bu zaman qanda və onurğa beynində dəyişikliklər nəzərə çarpır, temperatur normaya düşür, yaralar və qansızmalar yaxşılaşır, tökülməmiş tüklər quruyur və kövrəklənir, nəbz seyrək olur, ancaq bu proseslər tədricən düzəlməyə başlayır.
Xəstənin çəkisi normadan aşağı olur, o, özünü zəif hiss edir, iş qabiliyyətinə malik olmur.
Kəskin şüa xəstəliyi öz ağırlığına görə bir neçə dərəcəyə bölünür:
I dərəcə - yüngül 150-200 rentgen şüa almış şəxslərdə olub, ilk əlamətlər 2-4 saat davam edir, ürəkbulanma, baş ağrısı, ümumi zəiflik, qusma ola bilər. Gizli dövr 2-3 həftə davam edir, III dövr 5-20 gün çəkir.
Ümumi zəiflik, iştahsızlıq, qansızma, leykopeniya, EÇR-nın yüksəlməsi və s. başlayır.
II dərəcə - orta ağırlıqda – 250-400 r. şüa almış şəxslərdə olub, ümumi əlamətlər bir sutka çəkir. Gizli dövr 10-20 gün davam edir, qanda leykositlər 800-1500 mm 3 qədər azalır, temperatur 38-38,5 0-yə qədər qalxır, damaqdan qanaxma başlayır, dəri altına, gözün selikli qişasına qan sızır, qanlı ishal olur. Yoluxucu xəstəliklərə meyllilik yaranır. Müalicə düzgün aparılarsa, 1,5-2 ay davam edir.
Uzun müddət sinir sistemində dəyişikliklər, əsəbilik, yorğunluq və başqa əlamətlər müşahidə olunur.
III dərəcəli – ağır dərəcəlidə 400-600 r. almış adamlarda olub ilk əlamətlər 2-3 gün davam edir, çox ağır keçir.
Ümumi zəiflik, qusma, nəbzin seyrəlməsi, qan təzyiqinin aşağı düşməsi meydana çıxır. Gizli dövr 3-10 gün davam edir və temperatur 39-40 0 -yə qalxır, ağızda yara əmələ gəlir, dərialtına və selikli qişalara qan sızır, burundan və bağırsaqdan qanaxma başlayır.
Xəstənin ümumi vəziyyəti ağırlaşır, o, yataqda hərəkətsiz uzanır, iştaha tamam itir, leykositlər azalır, qanazlığı əmələ gəlir. Düzgün müalicə etdikdə 4-5 həftədən sonra xəstənin vəziyyəti yaxşılaşmağa başlayır. Sinir sisteminin və qanyaradıcı orqanların fəaliyyəti uzun müddətə bərpa olunur (5-7 ilə qədər).
IV dərəcə - çox ağır -600-700 r. almış şəxslərdə əmələ gəlir və ilk əlamətlərdən şüur itir, ürək fəaliyyəti zəifləyir, bağırsaq keçməməzliyi, köpmə, nəcis ifrazının dayanması əmələ gəlir. Şüalanmanın dərəcəsindən asılı olaraq 5-12 gün ərzində ölüm baş verir.
V dərəcə - ani ildırım sürətli dərəcə. 1500-5000 rentgen almış şəxslərdə olur. Şüalanma zamanı və ya ondan az sonra insanın rəngi avazıyır, soyuq tər ifraz olunur, hərəki narahatlıq, ürəkbulanma, qusma olur, huşu itir, qan təzyiqi aşağı enir (80-45), nəbz seyrəlir, ölüm baş verir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin