Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mövzu 6. Xəstələrin şəxsi gigienası



Yüklə 438 Kb.
səhifə32/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   28   29   30   31   32   33   34   35   ...   54
Bölmə 4

Mövzu 6. Xəstələrin şəxsi gigienası.
Xəstələrə qulluğun əhəmiyyəti və tibb bacısının rolu.
Xəstələrə xəstəxanada orta tibb personalı, evdə isə xəstənin qohumları və tibb bacısı qulluq edir.
Qulluq sözü altında aşağıdakılar anlaşılmalıdır:

  1. Palatada və evdə sanitariya-gigiyenik .ərait yaratmaq və onu gözləmək.

  2. Rahat yataq düzəltmək və onu təmiz saxlamaq

  3. Xəstəni təmiz saxlamaq, tualet, yemək, orqanizmin fizioloji və ağrılı fəaliyyəti zamanı ona yardım etmək

  4. Həkim təyinatlarını yerinə yetirmək

  5. Xəstənin dincəlməsini təşkil etmək

  6. Mehriban söz və qayğıkeş münasibət göstərməklə xəstədə xoş əhvali-ruhiyyə yaratmaq.

Xəstəni gecə-gündüz müşahidə etmək qulluq ilə sıx əlaqədardır. Tibb bacısı bütün qeyd olunmuş dəyişiklikləri həkimə xəbər verir, bununla da o, həkimə xəstənin vəziyyəti haqqında düzgün təsəvvür yaratmağa və müalicəyə düzgün rəhbərlik etməyə kömək edir.
Xəstəyə vaxtında diaqnoz qoyduqda, yaxşı qulluq etdikdə və müalicəni düzgün apardıqda xəstə sağalır.
Bir sıra xəstəliklər zamanı hələ lazımi dərəcədə təsirli müalicə vasitələri bilmədiyimizə görə qulluq əsas metod olur. Belə hallarda deyirlər: xəstəni müalicə ilə yox, ancaq yaxşı qulluqla ayağa qaldırmışlar.
Tibb bacısının rolu aşağıdakılardan ibarətdir: Həkimin bütün yazdıqlarına və göstərişlərinə əməl etmək və xəstələrə qulluq etmək, təhkim edilmiş palataların təmizliyinə nəzarət etmək, zəif xəstələrə diqqətlə baxmaq, yataq yaralarının qarşısını almaq, yedizdirmək, qulluq proseduralarını aparmaq və müalicədə həkimin rəhbərliyi altında aktiv iştirak etmək.
Xəstələrin şəxsi gigiyenası haqqında anlayış.
Xəstəxanada olan xəstələr həftədə bir dəfədən az olmayaraq, gigiyenik vanna, yaxud duş qəbul edirlər. Əgər xəstəyə vanna və duş qəbul etmək əks göstərişdirsə, onda hər gün onun bədənini silmək lazımdır. Bu xüsusi ilə pinti xəstələrə aiddir, onların bədənini hər gün silməkdən başqa, dəri hər dəfə kirləndikdən sonra da qeyri-iradi nəcisburaxma, yaxud sidikburaxmadan sonra bunu təkrar etmək lazım gəlir.
Üzü, boynu və gövdənin yuxarı hissəsini hər gün yumaq lazımdır. Əgər xəstə ciddi yataq rejimindədirsə, xəstəni lif, ya pambıq tampon vasitəsi ilə, yaxud taz üzərində dolçadan su tökərək yuyunmaqda tibb bacısı, yaxud sanitar ona kömək edər. Əlləri səhər, yeməkdən qabaq və gün ərzində hər dəfə çirkləndikdə, xüsusilə, ayaqyoluna getdikdən sonra yumaq lazımdır. Ayaqlar hər axşam isti su və sabunla yuyulmalıdır. Yataq rejimində olan xəstənin ayaqlarını həftədə 2-3 dəfə çarpayı üzərində taz qoyaraq yumaq lazımdır. Cinsiyyət üzvlərinin və anusun dərisini adi şəraitdə hər gün yumaq tələb olunur. Qoltuq nahiyyəsini, qasıq büküşlərini, döş vəzisi altındakı dəri büküşlərini, xüsusilə, çox tərləyən və kök adamlarda yumaq lazımdır, çünki əks təqdirdə onlarda tərdənbişmə əmələ gəlir.
Yataq dəyişikləri – mələfələr, yorğanağı, balış üzvləri təmiz olmalı və hər həftə dəyişdirilməlidir.
Xəstənin yatağını müntəzəm – səhər, axşam və gündüz istirahətdən qabaq yenidən salmaq lazımdır; sanitar mələfəni çırpıb düzəldir, balışları çırpıb qoyur, xəstəni bu vaxt stulda oturtmaq lazımdır. Əgər xəstəyə hərəkət etmək olmazsa, onda onu ikilikdə çarpayının kənarına qoyub,sonra azad olmuş hissədə qırıntıları kənar etmək və döşəyi və mələfəni düzəltmək, bundan sonra xəstəni yığışdırılmış hissəyə qoyub, həmin işi ikinci hissədə görürlər.
Ağır xəstənin altındakı mələfəni dəyişmək personaldan müəyyən vərdiş tələb edir. Əgər xəstəyə böyrüüstə çevrilməyə icazə verilibsə, əvvəlcə onun başını qaldırıb başının altındakı balışı götürmək lazımdır, sonra isə üzü çarpayının kənarına tərəf xəstəyə böyrüüstə çevrilməkdə kömək edirlər. Azad olmuş hissədə xəstənin arxası bərabərində çirkli mələfəni elə yumrulamaq lazımdır ki, o, bürmə şəklində xəstənin arxasında qalsın. Azad olmuş hissədə, həmçinin yarıya qədər yumrulanmış təmiz mələfənin bürməsi yanına qoymaq lazımdır. Sonra xəstəni arxası üstə uzanmağa və o biri böyrüüstə çevrilməyə kömək edirlər. Beləliklə, o üzü çarpayının əks kənarına olmaqla təmiz mələfənin üzərində uzanmış şəkildə qalacaqdır. Bundan sonra çirkli mələfəni götürür və təmizini açıb düzəldirlər. Əgər xəstəyə tamamilə hərəkət etmək olmazsa, mələfəni iki üsulla dəyişmək olar. Çarpayının ayaq tərəfindən başlayaraq çirkli mələfəni, xəstənin baldırını, budlarını və sarğısını növbə ilə azca qaldırıb xəstənin altında yumrulayırlar. Çirkli mələfənin bürməsi xəstənin belinin altında olacaqdır. Eninə istiqamətdə yumrulanmış təmiz mələfəni çarpayının ayaq tərəfinə qoyub, həmçinin, xəstənin aşağı ətrafını və sarğısını azca qaldıraraq çarpayının baş tərəfinə doğru hamarlayırlar. Təmiz mələfənin bürməsi xəstənin beli altında, çirkli mələfənin bürməsinin yanında olacaqdır. Sonra sanitardan biri xəstənin başını və döş hissəsini azca qaldırır, digəri isə bu zaman çirkli mələfəni götürür və onun yerinə təmiz mələfə salır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin