Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


İsitqac. İsitqac (qrelka)



Yüklə 438 Kb.
səhifə40/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   36   37   38   39   40   41   42   43   ...   54
Bölmə 4

İsitqac.
İsitqac (qrelka) saya əzələsinə reflektor təsir göstərərək, onu boşaldır, daxili orqanların qanla təmin edilməsini gücləndirir və ağrıkəsici və iltihaba qarşı sorucu təsir göstərir. İsitqacın tətbiq edilmə effekti həm isitqacın temperaturundan, həm də saxlanılma müddətindən asılıdır. İsitqac aşağıdakı məqsədlə tətbiq olunur:
1) bütün bədənin və onun ayrı-ayrı sahələrinin isidilməsi üçün
2) qarın boşluğu orqanlarının xroniki xəstəliklərində sancı xarakterini daşıyan ağrılar zamanı ( xroniki qastrit, kolit, fəsadlaşmamış mədə və onikibarmaq bağırsağın xorası)
3) hipertonik kriz zamanı
4) bəzi xroniki iltihab ocaqlarının sorulması zamanı
İsitqacları təyin etmək üçün əks göstərişlər:
1) kəskin iltihabi proseslər (kəskin qarın qrupunu təşkil edən cərrahi xəstəliklər. Məs: appendisit)
2) qanaxmalar
3) əzilmələr (ilk saatlarda və sutkalarda)
İsitqaclar kimyəvi və elektriklə qızdırılır. Çox zaman isə düzbucaqlı formada, vint kimi burulan tıxaclı rezin torbalar şəklində olur. Rezin isitqaca yarıya qədər, yaxud bir az çox isti su tökürlər. Tıxacı burub bağlamamışdan əvvəl havanı sıxışdırıb çıxarırlar ki, o, yastı şəkil alsın və bədənə yaxşı yatsın.
İsitqacı lüt bədənə qoymaq olmaz, onu dəsmala büküb, yaxud adyalın üstündən qoyurlar.
Yanıqlar baş verməsin deyə aşağıdakı qaydalara əməl etmək lazımdır:
1) isitqacı qoymamışdan əvvəl ağzı aşağı çevirərək onu diqqətlə yoxlayırlar.
2) şişləri olanlara, hissiyatı azalmış xəstələrə və uşaqlara böyük ehtiyatla, çox da isti olmayan isitqaclar qoymaq lazımdır.
3) əgər isitqac tez-tez eyni yerə qoyularsa, piqmentasiyanın qarşısını almaq üçün həmin nahiyyənin dərisinə vazelin sürtülür.
Buz kisəsi.
Buz kisəsinin təsiri ondan ibarətdir ki, o, dərinin, onun altındakı toxumaların, daxili üzvlərin qan damarlarını daraldır və periferik sinirlərin hissiyyatını azaldaraq soyuq kompressə nisbətən daha dərin soyudur.
Buz kisəsi aşağıdakı hallarda tətbiq olunur:
1) qanaxmalar
2) qarın boşluğunda olan kəskin iltihab prosesləri zamanı ( “kəskin qarın” təşkil edən xəstəliklər)
3) əzilmə zamanı (ilk sutka ərzində)
4) yüksək temperaturda
5) cərrahiyyə əməliyyatından sonrakı dövrdə
Buz kisəsinin içərisini xırda doğranmış buz hissəcikləri ilə doldururlar. Buz kisəsini dəsmala büküb xəstəyə verirlər. Buz kisəsinə su töküb soyuducunun donduran kamerasına qoymaq olmaz. Su buz kisəsində donub soyuducu səthi böyük olaraq toxumaların həddindən artıq soyumasına gətirib çıxara bilər.
Buzlar əriyən zaman buz kisəsində yığılan suları büzmək və yeni buz hissəcikləri əlavə etmək lazımdır. Buz kisəsini uzun müddət saxlamaq olar, lakin hər 20-30 dəqiqədən bir götürüb, 10-15 dəqiqə fasilə etmək lazımdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin