Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Temperaturun düşməsi dövründə



Yüklə 438 Kb.
səhifə36/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   32   33   34   35   36   37   38   39   ...   54
Bölmə 4

Temperaturun düşməsi dövründə bədəndə istiliyin əmələ gəlməsi azalmış, istiliyin verilməsi isə artmış olur. Temperaturun tez, bir neçə saat ərzində düşməsinə kritik, yavaş-yavaş, bir neçə gün ərzində düşməsinə isə litik enmə deyilir.
Bədən çox zəifləyir, xəstə susuzluqdan, üşütmədən, titrətmədən şikayət edir; bəzən elə olur ki, şikayət etməyə halı olmur və o, ətrafdakılara laqeyd qalır. Xəstənin dərisi avazıyır, sonra göyərir, onu soyuq tər basır, ətrafları soyuyur. Arterial təzyiq kəskin surətdə düşür, nəbz tezləşmiş və səthi olur. Bəbəklər genəlir. Kəskin damar çatışmazlığı – kollaps baş verə bilər.
Kollaps vəziyyətində olan xəstəyə təcili tibbi yardım göstərmək lazımdır, yoxsa o, ölə bilər. Tibb bacısı xəstənin zahiri görünüşünə, nəbzinə, tənəffüsünə, davranışına görə vəziyyəti təyin etməyi bacarmalı və dərhal bu barədə həkimə xəbər verməlidir; həkimin təyinatı ilə xəstəyə kofein, kamfora, strixinin, mezaton, adrenalin vururlar. Beyinə qanın yaxşı gəlməsi üçün xəstənin başı gövdəsindən aşağı olmalıdır, bunun üçün balışı götürür və çarpayının ayaq tərəfini 30-40 sm qaldırırlar. Xəstəni isitqaclarla qızdırmaq və ona isti çay, qəhvə vermək lazımdır. Bütün bunları etdikdən və xəstənin halı yaxşılaşmağa başladıqdan sonra xəstəni qurulamaq və dəyişəyini dəyişdirmək lazımdır. Halı yaxşılaşmırsa, təkrar inyeksiyalar edir və damcı üsulu ilə venaya qlükoza ilə noradrenalin yeridirlər.
Arterial təzyiq və onun ölçülməsi.
Sağlam adamda arterial təzyiqin sabitliyinə səbəb orqanizmdə gedən mürəkkəb neyro-humoral tənzimdir; arterial təzyiq əsas etibarı ilə ürəyin yığilmalarının qüvvəsindən və damarların tonusundan asılıdır.
Arterial təzyiqi Riv-Roççi cihazı, yaxud tonometrlə ölçürlər; o aşağıdakı hissələrdən ibarətdir: 1) parçadan tikilmiş düyməli çexolun içərisinə salınmış 12-14 sm eninə içiboş rezin manjetdən; 2) 300 mm-ə qədər bölünmüş şkalalı-civəli monometrdən və 3) hava vuran balondan. Manjet və monometr rezin borucuqlar vasitəsi ilə balona birləşir; balonun hava buraxmaq üçün kranı vardır.
Arterial təzyiq ölçməzdən qabaq xəstə 10-15 dəqiqə dincəlməlidir, otağın havası isti olmalı, səs-küy olmamalıdır.
Arterial təzyiqi xəstə oturmuş, yaxud uzanmış vəziyyətdə ölçürlər. Onun qolunu paltarından çıxarmalı, xüsusən, paltarın qolu dardırsa. Xəstənin qolunu stolun üstünə, yaxud çarpayının kənarına, təxminən ürək səviyyəsində qatlayıb qoyur, əllərin içi yuxarı baxır, əzələlər boş saxlanılır. Cihazı əllə bir səviyyədə qoymalı.
N.S.Korotkov metodu ilə arterial təzyiqi aşağıdakı kimi ölçürlər:
1. Manjeti bazunun üzərinə qoyurlar, o bir qədər boş olmalıdır ki, altından barmaq keçirmək mümkün olsun; manjetin aşağısı dirsək büküşündən 2,5 sm yuxarıda, borular isə yuxarıda, yaxud yanlarda olmalıdır.
2. Nəbzi dirsək arteriyasında tutur və həmin yerə fonendoskop qoyub( onu bərk basmalı) qulaq asırlar.
3. Manjetə yavaş-yavaş hava vurub qulaq asırlar, səs gəlmədikdə civə sütunu bir daha 30-40 mm qaldırırlar; bu vaxt manjet arteriyanı tamam sıxmış olur.
4. Balonun vintini azca açıb, havanı buraxırlar ki, civənin səviyyəsi birdən-birə düşməsin, eyni zamanda, manjetdə təzyiq azalacaqdır.
5. Diqqətlə qulaq asın: manjetdəki təzyiq arteriyadakı qanın təzyiqindən azca aşağı olan kimi, qan arteriyanın sıxılmış hissəsindən keçməyə başlayacaq və ilk səslər – tonlar əmələ gələcəkdir. Ton əmələ gələn andakı təzyiqə sistonik ( maksimal) təzyiq deyilir. O, sistola zamanı qanın arteriya divarını basması nəticəsində əmələ gəlir. Şkala üzrə bu təzyiqi qeyd edirlər.
6. Arteriyanın hər hansı dərəcədə sıxılmış olduğu müddətdə səslər eşidiləcəkdir. Əvvəlcə səs tonları, sonra küy ( həmişə yox) və sonra bir daha tonlar eşidilir. Tonların itdiyi andakı təzyiqə diastonik (minimal) təzyiq deyilir, başqa sözlə, bu diastola vaxtı qanın arteriya divarına etdiyi təzyiqidir.
7. 2-3 dəqiqə fasilə verib, arterial təzyiqi yenə iki dəfə ölçməli və üç dəfədə alınan nəticələrdən orta rəqəm çıxarmalı. Ölçmələr arasındakı fasilə manjeti çıxarmırlar, lakin onun havasını tamam buraxırlar. Təzyiqi kəsr şəklində yazırlar: surətdə - sistolik təzyiq, məxrəcdə - diastonik təzyiq yazılır.
Normada arterial təzyiq yaşdan, xarici mühit şəraitindən, əsəb və fiziki gərginlikdən və s. asılı olaraq müxtəlif olur. Böyük yaşlı adamlarda sistonik təzyiq civə sütunu ilə orta hesabla 120 mm-ə bərabər olub, 110 mm ilə 130 mm arasında, diastonik təzyiq isə civə sütunu ilə orta hesabla 70 mm olub, 60 mm ilə 80 mm arasında olur. Müxtəlif xəstəliklər zamanı arterial təzyiq normadan ya yüksək olur – buna hipertoniya, ya da aşağı olur - hipotoniya.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin