Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə41/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   37   38   39   40   41   42   43   44   ...   54
Bölmə 4

Bankalar.
Bankalar kənarı qalın, 30-70 ml həcmli yumru şüşə qablardır.
Bankalar qan və limfa dövranına yerli təsir göstərən vasitələrdən biridir. Qan və limfa damarlarının yerli və reflektor genəlməsinə səbəb olaraq bankalar sorucu, iltihaba qarşı və ağrıkəsici təsir göstərir.
Bankaların qoyulması üçün göstərişlər: bankaları bronxların, ağ ciyərlərin, plevranın iltihabında, ağ ciyərlərdə durğunluq hallarında, əzələlərin və sinir kötüklərinin iltihabi xəstəliklərində qoyurlar.
Əks göstərişlər: Dərinin yüksək həssaslığı zamanı və banka qoyulacaq yerlərdə dəri xəstəlikləri olduqda, qansızmalarda, ruhi həyəcan zamanı və nəzərə çarpan ümumi zəiflikdə banka qoymaq olmaz.
Banka qoyulan yerlər. Çox vaxt bankaları döşə və kürəyə, onurğadan sağa və sola olmaqla belə, oturaq siniri istiqamətində budun arxa tərəfinə qoyurlar. Bankaları onurğa, döş sümüyü, ürək və döş vəziləri nahiyyələrinə qoymaq olmaz.
Proseduranın qaydası. Çox da böyük olmayan yastı yeşik götürüb, onun içərisinə: 1) silinmiş, bütövlüyü və kənarları yoxlanmış bankalar; 2) bir banka vazelin; 3) kiçik flakonda efir, yaxud spirt; 4) ucunda yivi olan metal zond; 5) kibrit qoyurlar.
Xəstə yataqda sakit və rahat vəziyyətdə uzanaraq bədənin müvafiq sahəsini açır. Banka qoyulan yerin dərisi təmiz olmalıdır. Dəriyə vazelin sürtmək və əgər tük varsa, əvvəlcədən qırxmaq lazımdır.
Tibb bacısı bir ucuna sıx pambıq burulmuş çubuğu sağ əlinə götürür və xəstəyə tərəf əyilmiş halda cəld hərəkətlə alovu bankanın içərisinə salır və onu dərhal xəstənin bədəninə kip qoyur. Alov bankadakı havanı isitməlidir, lakin bankanın kənarlarını qızdırmamalıdır, çünki yanıq əmələ gələ bilər. Bankada hava seyrəldiyinə görə dəri bankanın içərisinə sorulur və banka bədənə kip yapışır. Bütün bankaları qoyduqdan sonra xəstəni adyalla örtür və 10-15 dəqiqə sakit qoyurlar. Bankaları götürmək üçün onları bir əllə azca kənarında dərini basmaq lazımdır.
Bankaları götürdükdən sonra quru, yaxud spirtlə isladılmış pambıq tamponla dəridən vzaelini təmizləyir, xəstənin üstünü örtürlər və o, yarım saat sakit halda uzanır. Hər bir proseduradan sonra bankaları diqqətlə silib təmizləmək lazımdır.



Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin