Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə43/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   39   40   41   42   43   44   45   46   ...   54
Bölmə 4

K vitamini qanın laxtalanma qabiliyyətinə təsir edir, protrombinin əmələ gəlməsində iştirak edir. Noxudda, pomidorda, ispanaqda, kahıda olur.
B qrupu vitaminləri.
B1 vitamini sinir sisteminə təsir edir, o, qabıqlı düyüdə, paxlada, pivə və çörək mayasında çox olur. Qidada çatışmadıqda polinevritlər, beri-beri adlanan ağır xəstəlik – iflic əmələ gəlir.
B2 vitamini zülallar, yağlar və karbohidratların mübadiləsində, hemoqlobinin sintezində, görmə qabiliyyətinin qorunub saxlanmasında iştirak edir. Əsas mənbəyi kəsmik, pendir, qaraciyər, böyrəklərdir. B2 çatışmadıqda dil al-qırmızı rəngdə olur və üzəri hamar olur, ağzın kənarları çatlayır. Sulfanilamid preparatları və antibiotiklərin qəbulu B2 avitaminozu əmələ gətirir.
B6 vitamini zülal və yağ mübadiləsində iştirak edir. Hamiləlik və radioaktiv şüalanma zamanı orqanizmin bu vitaminə tələbatı artır. B6 vitamini qaraciyərdə, böyrəklərdə, ətdə, balıqda, mayada və s. olur.
B12 vitamini eritrositlərin yetişməsi üçün lazımdır. Bu vitamin çatışmadıqda yaman xassəli qan azlığı əmələ gəlir. B12 vitamini qaraciyərdə, böyrəklərdə, mal ətində, yumurta sarısında olur.
C vitamini orqanizmin infeksion xəstəliklərə müqavimətini artırır, damar divarlarının yüksək ötürücülüyünü azaldır. Əsas mənbəyi itburnu, qara qarağat, göy soğan, qırmızı istiot və s. C vitamini çatışmadıqda zəiflik, əzginlik əmələ gəlir, iştaha azalır, dişlərin əti qanayır. C avitaminozu sinqa adlanan ağır xəstəliyə səbəb olur.
Müalicə qidası.
Xəstə adamın qida maddələrinə fizioloji tələbatını ödəyən və xəstəliyin gedişinə müalicəvi təsir göstərən qidalanmaya müalicə qidası deyilir. Müxtəlif xəstəliklərin kompleks müalicəsində mütləq müalicə qidası tətbiq edilir.
Pəhrizlə müalicə - müalicə məqsədilə qidadan istifadə edilməsidir. Müəyyən olunmuş nomenklaturaya görə 1-dən 15-ə qədər nömrələnmiş pəhrizlərdən istifadə edilir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin