Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Xəstələrə qidaların bölünməsi və paylanması



Yüklə 438 Kb.
səhifə46/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
Bölmə 4

Xəstələrə qidaların bölünməsi və paylanması.
Müalicə qidasını təşkil etmək və onun üzərində nəzarət aparmaq üçün iri xəstəxanalarda pəhriz həkimi, şöbələrdə isə pəhriz tibb bacısı olur, bu işlər şöbənin böyük tibb bacısına da həvalə oluna bilər. Hər gün tibb bacısı xəstələr üçün pəhriz yeməklərinin siyahısını tutub böyük tibb bacısına verir, o isə öz növbəsində pəhrizləri cəmləyib əsas mətbəxə göndərir. Bu siyahılar əsasında mətbəxdə xörəkləri hazırlayıb qazanlarda gətirirlər. Vedrə və ya qazanları altdan qızdırılan xüsusi təkərlərin üstündə palataya isti-isti gətirirlər. Səhiyyə nazirliyi xəstəxanalar üçün ən azı 4 dəfə, bəzi xəstələr (ürək xəstəlikləri, xora xəstəliyində) üçün 5 dəfə verilməsi qaydası qoymuşdur. Gündəlik qida qaydasını bir bərabərdə bölüşdürmək lazımdır. Axşam yeməyi yüksək kalorili olmamalıdır. Xəstələrin yemək saatları qidanın miqdarından və müalicə müəssisəsindəki gün rejimindən asılıdır. Gündüz hər qida qəbulu arasında 4 saatdan çox fasilə olmamalıdır. Müəyyən olunmuş eyni saatlarda yedikdə xəstələrdə vaxta görə şərti refleks əmələ gəlir və iştahanın yaxşılaşmasına kömək edir. Xəstəyə uzun müddət eyni pəhrizi təyin etmək olmaz, bu zaman xəstələrin iştahası pisləşir. Palata tibb bacısı qidanın isti şəkildə verilməsinə və isti qida verilməsi əks-göstəriş olan xəstələrə xörəyin həkimin göstərdiyi stola müvafiq dərəcədə verilməsinə də nəzarət etməlidir. Xəstələrin bir hissəsi - yeməkxanaya gedə bilməyən, lakin sərbəst yeyə bilən xəstələr palatada qida qəbul edərkən tibb bacısı palatada olmalıdır. Zəif xəstələri və hər hansı hərəkət qadağan edilmiş xəstələri tibb bacısı özü yedirtməlidir.
Xəstələrə evdən gətirilən yeməklərin yoxlanması.
Xəstələrə evdən gətirilən yeməklərə şöbənin tibb bacısı nəzarət etməlidir. Onun əlində hər xəstənin aldığı pəhrizin siyahısı olur. Xəstələrin dincəldiyi yerlərdə, qəbul şöbəsində və evdən gətirilən yeməklərin qəbul edildiyi yerlərdə xəstələrə icazə verilən və qadağan edilən yeməklərin siyahısı asılır. Tibb bacısı xəstələrin yemək saxladıqları tumboçkaları və soyuducuları müntəzəm surətdə yoxlamalıdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin