Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu


Reklam büdcəsinin tərtib edilməsi



Yüklə 0,9 Mb.
səhifə26/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
Маркетингин коммуникасийа системи (3)

3. Reklam büdcəsinin tərtib edilməsi. Reklam kompaniyasının məqsədi, kim tərəfindən həyata keçirilməsi müəyyən edildikdən sonra onun büdcəsinin tərtib edilməsinə başlanılır. Reklam büdcəsinin tərtib edilməsində də satış xərclərinin tərtib edilməsində istifadə edilən metodlardan, yəni vəsaitlərin mövcudluğu, satışın həcminə nisbətən faiz, rəqiblərə, məqsədlərə və vəzifələrə əsaslanan metodlardan istifadə edilir. Müəssisə bir neçə məhsul reklam etmək qərarına gəlirsə, onda hər bir məhsul üzrə ayrı-ayrılıqda büdcə hesablanılır və müvafiq yayım vasitələri seçilir. Büdcə müəyyən vaxt dövründə konkret reklam kompaniyasının həyata keçirilməsinə xərclənəcək pulun ümumi məbləğini əks etdirir.
Reklam büdcəsi tərtib edildikdən sonra onun ayrı-ayrı reklam formaları və yayım vasitələri üzrə bölüşdürülməsi həyata keçirilir.
4.Reklamın yayım vasitələrinin seçilməsi. Reklamın yayım vasitələriniə əsasən radio və televiziya, qəzet və curnallar, xüsusi bülletenlər, yerüstü reklam şitləri malların üzərində reklam, nəqliyyat vasitələri üzərində reklam, metroda reklam və s. aiddirlər.
Aydındır ki, reklamın yayım vasitələri seçilmədən reklam müraciətlərinin məzmununu və xarakterini müəyyənləşdirmək mümkün deyildir. Eyni zamanda qeyd etmək lazımdır ki, reklam müraciətinin əsas ideyasını bilmədən onun yayım vasitəsini seçmək olduqca çətindir. Deməli, reklam kompaniyasının planlaşdırılmasında ardıcıllıqla yanaşı paralellik, qarşılıqlı asılılıq da gözlənilməli, nəzərə alınmalıdır.
Reklamın yayılması vasitələri seçilərkən onun dəyəri, məqsədə aid olmayan auditoriyanın mövcudluğu, istehlakçı auditoriyasının əhatə olunma səviyyəsi, reklamların verilmə tezliyi, dayanıqlığı, təsiretmə səviyyəsi, verilmə sıxlığı və vaxtı kimi amillər də nəzərə alınmalıdır.
Reklamın dəyərinin qiymətləndirilməsində iki göstəricidən istifadə olunur: reklam kompaniyasına ayrılan xərclərin ümumi məbləği və bir istehlakçıya, bir tamaşaçıya və ya oxucuya düşən reklam xərclərinin məbləği.
Reklamın dəyərini qiymətləndirərkən nəzərə alınan amillərdən biri də məqsəd bazarına aid olmayan auditoriyanın həcmidir. Faydasız hesab edilən bu auditoriya məqsəd bazarına aid olmayan, yəni firmanın məhsulunu alma-yan istehlakçıları əhatə edir. Bu auditoriyanın həcmi artdıqca reklamın dəyəri də artır. Odur ki, reklamın yayım vasitələri seçilərkən bu göstərici nəzərə alınmalıdır.
İstehlakçı auditoriyasının əhatə olunma səviyyəsi televiziya verilişinə baxan, radio verilişlərinə qulaq asan, qəzet və curnalları oxuyan insanların sayını xarakterizə edən göstəricilərlə müəyyən olunur.
Reklamın verilmə tezliyi müəyyən vaxt ərzində bu və ya digər reklam vasitəsindən neçə dəfə istifadə olunmasını göstərir. Qəzet və teleradioda bu göstərici daha yüksək olur. Bu amil reklamın daha çox yadda qalmasına və dayanıqlı olmasına ciddi təsir göstərir.
Reklamların dayanıqlığı və ya yaddaqalması əhalinin, istehlakçıların reklam elanları ilə qarşılaşması və onları yadda saxlaması ilə xarakterizə olunur. Yerüstü reklamda bu göstərici daha yüksək olur.
Reklamın təsiretmə səviyyəsi istehlakçıları bu və ya digər məhsulu almağa maraqlandıra bilmək, təhrik etmək qabiliyyəti ilə ölçülür. Televiziyada bu göstərici daha yüksək olur. Çünki, burada verilən reklam elanlarında rəng, səs, hərəkət və digər amilləri uzlaşdırmaq mümkün olduğundan o, istehlakçıya daha çox təsir göstərir.
Reklamın verilmə sıxlığı müəyyən dövr ərzində radio və televiziya verilişlərində, qəzetdə və ya curnalda verilən reklamların sayını xarakterizə edir.
Reklamların verilmə vaxtı reklamları vermək üçün münasib vaxtın seçilməsini nəzərdə tutur.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin