Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu


REKLAM FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI VƏ HƏYATA KEÇİRİLMƏSİ PROSESİ



Yüklə 0,9 Mb.
səhifə25/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   ...   21   22   23   24   25   26   27   28   ...   60
Маркетингин коммуникасийа системи (3)

2.5. REKLAM FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI VƏ HƏYATA KEÇİRİLMƏSİ PROSESİ.
Reklam fəaliyyətinin həyata keçirilməsində reklam fəaliyyətinin planlaşdırılması, reklamın yayılması formalarının düzgün seçilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, reklam fəaliyyətinin düzgün planlaşdırılması və həyata keçirilməsi istehlakçı auditoriyasına müsbət təsir etmək və bunun sayəsində tələbat formalaşdırmaq və satışın həcminin artırılmasına nail olmaqla yanaşı, həm də ona çəkilən xərclərin ixtisar edilməsinə imkan verir. Reklam kompaniyası planının işlənib hazırlanması aşağıdakı ardıcıllıqla həyata keçirilir.
1. Reklam kompaniyasının məqsədinin müəyyən edilməsi və məsəlnin qoyuluşu. Reklamın qarşısında qoyulan məqsəd müxtəlif ola bilər və bu, əsasən, reklamın formalarını müəyyən edir. Eyni zamanda məqsədin müəyyən edilməsi real və potensial alıcıların daxil olduğu məqsədli auditoriyanın kifayət qədər konkret müəyyən edilməsini tələb edir. Məqsədli auditoriya müəyyən edildikdən sonra reklam kompaniyasının məqsədləri müəyyən edilir. Onları bir-biri ilə qarşılıqlı əlaqədə olan iki kateqoriyaya bölmək olar: kommunikasiya məqsədləri və son məqsədlər. Hər bir reklam növü üzrə xüsusi komunikasiya məqsədləri müəyyən edilir. Son məqsədlərə gəldikdə isə onları müəyyənləşdirmək xeyli çətindir. Buna misal olaraq planlaşdırılan reklam kompaniyası nəticəsində satışın həcminin müəyyən qədər artırılmasını və yaxud ümumi satışda müəssisənin bazar payının artırılmasını göstərə bilərik. Kommunikasiya məqsədlərinə və yaxud son məqsədlərə nə dərəcədə nail olunması reklam kompaniyasının effektliyinin müəyyən edilməsi əsasında müəyyənləşdirilir.
2. İcraçıların seçilməsi və onların məsuliyyətinin müəyyən edilməsi.
Reklam fəaliyyətinin məqsədi və formaları müəyyən edildikdən sonra onun kim tərəfindən həyata keçiriləcəyi və onların məsuliyyəti müəyyən edilir. Adətən reklam fəaliyyəti həm firmanın xüsusi bölmələri, həm də müstəqil reklam agentləri tərəfindən həyata keçirilə bildiyindən firma reklamın kim tərəfindən həyata keçirilməsinin daha sərfəli olduğunu müəyyənləşdirir və onların məsuliyyətini müəyyən edir.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin