Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu


Ticarət vasitəçilərinin həvəsləndirilməsi



Yüklə 0,9 Mb.
səhifə37/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
Маркетингин коммуникасийа системи (3)

Ticarət vasitəçilərinin həvəsləndirilməsi.
Ticarət vasitələri- istehsalçı ilə pərakəndə ticarətçi arasında əlaqə yaratmaqla yanaşı həm də tənzimləyici funksiyanı yerinə yetirirlər və onların qarşısında xüsusi stimullaşdırma məqsədləri qoyulur:
- məhsula müəyyən imic vermək və onun asanlıqla tanınmasına nail olmaq;
- ticarət şəbəkəsinə daxil olan malların miqdarını artırmaq;
- bu və ya digər məhsulun satışının artırılmasında vasitəçinin marağını yüksəltmək.
Ticarət vasitəçilərinin həvəsləndirilməsində məqsəd onların qeyd olunanlarla yanaşı satışını yüksək enerci ilə həyata keçirməyə, həmin məhsulların alıcılarını genişləndirməyə təhrik etməkdir. Vasitəçilərin həvəsləndirilməsində bir çox üsullardan istifadə edilir ki, bu da böyük paylarla məhsul alanda qiymət güzəştlərindən, servis xidmətini təşkil eitmək üçün onlara pulsuz və ya böyük güzəştlərlə avadanlıqlar, səyyar emalatxanalar verilməsindən ibarətdir. Bundan başqa vasitəçiləri həvəsləndirmək məqsədilə müəyyən edilmiş tapşırıqlardan artıq məhsul satışına görə onlara yüksək əmək haqqı verilməsi, təkrar güzəştlər edilməsi metodlarından da istifadə edilir. Bütün bunlarla yanaşı vasitəçilərin həvəsləndirilməsində müsabiqələr keçirilməsi üsulundan da geniş istifadə olunur. Ticarət vasitəçilərinin hər biri keçirilən müsabiqələrdə yüksək bal toplamaqla müsabiqənin qalibi olmaq və mükafatı almaq imkanı əldə edir.
Ümumiyyətlə ticarət vasitəçilərinin həvəsləndirilməsi üsullarını iki qrupa bölmək olar:
- maliyyə güzəştləri;
- natural formada güzəştlər.
Maliyyə güzəştləri. Onların bir sıra növləri mövcüddür:
-müəssisənin məhsulunun kataloqa satılması ilə əlaqədar güzəştlər. Bu güzəştlər çox tez-tez tətbiq olunan stimullaşdırma tədbirləridir. Onlar satışın bütün mərhələlərində tətbiq edilirlər və əsasən böyük vasitəçilər, topdan və pərakəndə ticarətçilər üzrə həyata keçirilirlər.
- alınan məhsulların miqdarına görə güzəştlər. Müəssisə özünün mal ehtiyatlarının bərabər hərəkətini təmin etmək məqsədilə mütəmadi, böyük partiyalarla mal alan topdan və pərakəndə ticarətçilərə müəyyən güzəştlər edir.
- topdan və pərakəndə ticarətçilər tərəfindən məhsulun sərfəli şəkildə təqdim olunmasına və yaxud satış yerində məhsulun reklamına çəkilən xərclərin ödənilməsi;
- kuponlardan istifadə olunması. Bu üsul adətən müstəqil pərakəndə ticarət məssisələrilə böyük ticarət mərkəzləri arasında bərabərlik yaratmaq məqsədilə onlara güzəştli mal almaq hüququ verən kuponlar verilir. Kuponların iki forması mövcüddür:
1. Güzəşt hüququ verən çek:
- pərakəndə ticarətçi xırda topdansatış mağazasından müəyyən miqdarda mal alarkən qablaşdırılmış malların içərisindən növbəti mal alışında ona güzəşt hüququ verən çek tapır.
- topdan ticarətçiyə yeni mal alışı zamanı reklam dəsti təqdim olunur və ora müəyyən miqdarda mal alışına güzəşt hüququ verən talon qoyulur.
2. Daimi müştərinin kartı. Hər bir qablaşdırılmış malda yarlıq qoyulur və daimi müştəri mal alarkən həmin yarlıq onun şəxsi kartına yapışdırılır. Dolmuş kart daimi müştəriyə nəğd qaydada müəyyən məbləğdə pul verilməsini nəzərdə tutur.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin