Mövzu Informatika elmi. İnformasiya anlayışı onun formaları, təsvir üsulları


Məsələlərin həll edilməsi qaydaları



Yüklə 318,01 Kb.
səhifə13/18
tarix02.01.2022
ölçüsü318,01 Kb.
#38734
1   ...   10   11   12   13   14   15   16   17   18
1-2 informatika mühazirə

Məsələlərin həll edilməsi qaydaları.

Məsələn:

Tutaqki

Məlumatın yazılması üçün hər səhifədə 25 sətir olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa, həmin məlumatın həcmi nə qədərdir? Bu tipli bir məsələ verilib. əvvəcə verilənləri qeyd edək.



Verilir: Səhifələrin sayini =3

Sətirlərin sayini =25

Sinvollarin sayı(və ya ölcüsü)=60

Tapmalı : məlumatın həcmi=?

düstur:

məlumatın həcmi= səhifələrin sayı * sətirlərin sayı * sinvolların sayı;

verilən bu düstura əsasən məsələni həll etsək:

məlumatın həcmi= 25*3*60=4500

yəni cavab 4500 bayt olacaq.

Mövzu 2. Fərdi kompüterlərin təsnifatı və inkişaf tarixi.

Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri

H esabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.

İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.

Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.

B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində  – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).



Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.

Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.

İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;




Yüklə 318,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin