Mövzu iqtİsad elmİ


Dünya təsərrüfat həyatının tarixi inkişaf yolu



Yüklə 54,46 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü54,46 Kb.
#46135
1   2   3   4   5   6
Mövzu 2.İqtisad elminin metodoloji məsələləri

3. Dünya təsərrüfat həyatının tarixi inkişaf yolu.

XXI əsrin ilk onilliyində dünyada baş vermiş qlobal maliyyə böhranı, beynəlxalq iqtisadiyyatda gedən tsiklik enmələr, insan inkişafı potensialı istiqamətində mövcud olan problemlər, bir daha iqtisadi inkişafa təkcə formalaşmış elmi müddəalar, ideyalar, baxışlar, cərəyan və məktəblər çərçivəsində deyil, həm də müasir elmi təfəkkürün məhsulu olan yeni düşünc ələrin rolunun nəzərə alınmasını labüdləşdirir. Əgər iqtisadi fikrin tarixi inkişafını qədim orta müasir dövrlər çərçivəsində, xüsusən də kapitalizmə qədərki, formalaşmaqda olan bazar sistemi, formalaşmış bazar sistemi v ə müasir sivilizasiyalı bazar sistemi dairəsində fərql əndiril ərək öyrənilmişdir

Dünya ölkələrinin qeyri bərab ər inkişafı v ə onları törədən səbəbləri, ölkə səviyyəli xüsusiyyətləri, xüsusən mənəvi, hüquqi, sosial, dini, etik və əxlaqi normaların nəzərə alınmaması iqtisadi inkişafın tarixi dövrləş məsi üçün eyni deyil, müxtəlif meyarların tətbiq olunmasını tələb edir. Resursların məhdudluğu prinsipind ən çıxış edib iqtisadi inkişafa, yalnız iqtisadiyyat naminə aparılması, XX əsrin 90-cı ill ərində artıq müəyyən çatışmazlı ğıilə özünü əks etdirdi.

Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli  yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və əmtəə istehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu




Yüklə 54,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin