Mövzu İstehlak mallarının keyfiyyətinə verilən estetik tələblər



Yüklə 27,11 Kb.
səhifə3/4
tarix06.12.2022
ölçüsü27,11 Kb.
#72769
1   2   3   4
Movzu 6 Estetik tələblər

Erqonomik tələblər – məmulatın istismar prosesində istifadə rahatlığını, onun insan orqanizminin xüsusiyyətlərinə müvafiq olmasını və onun məişətdə insan tərəfindən istismarının optimal şəraitinin təmin edilməsini nəzərdə tutur.
Erqonomik tələblər gigiyenik, dntropometrik, fizioloji, psixofizioloji və psixoloji tələblərə bölünür.
Gigiyenik tələblər – insanın məmulatlar və mühitlə qarşılıqlı əlaqədə olduğu vaxtda onun həyat fəaliyyətində təhlükəsiz və zərərsiz şəraiti nəzərdə tutulur.
Bu tələblər polimer materiallarından və plastik kütlədən hazırlanan mallar üçün mühüm əhəmiyyət kəsb edir. Malların tərkibində insan orqanizmi üçün zərərli olan maddələr yol verilməyən miqdarda olarsa, o, öz təyinatı üzrə istifadə edilə bilməz (qab-qacaq, ətriyyat, ayyaqabı, paltar və s.).
Bu tələblərin tərtib edilməsinə və onlara dəqiq riayət edilməsinə böyük diqqət yetirmək vacibdir.
İnsanla bilavasitə təmasda olan, kütləvi istehsalat buraxmazdan qabaq onların insan üçün zərəsiz olması haqqında Səhiyyə Nazirliyinin Dövlət Sanitariya müfəttişliyinin icazəsi tələb edilir.
Sənaye ticarətə göndərilən malların tərkibi, məmulatın xassələri, onlardan istifadə qaydaları, təhlükəsizlik tədbirləri, qorunma üsulları, ilk yardım haqqında tam məlumat verməyə borcludur. Bu məlumatlar malın üzərindəki etiketlərdə, yaxud da xüsusi yaddaş dəftərçəsi halında malın yanına qoyulmalıdır.
Antropometrik tələblər məmulatın, yaxud onun ayrı-ayrı detallarının insan bədəninin forma və ölçülərinə müvafiq olması, fizioloji tələblər-məmulatın istifadə zamanı insanın fiziki imkanlarına müvafiq olmasını; psixofizioloji tələblər – məmulatın insanın hiss üzvlərinin xüsusiyyətlərinə müvafiq olmasını nəzərdə tutur.
Hazır məmulatların insan psixologiyasının xüsusiyyətlərinə müvafiqliyini xarakterizə edən tələblər psixoloji tələblərə aiddir.
Texnoloji tələblər hər şeydən əvvəl materiallara, misal üçün parçalara, ipliyə, laklara, inşaat materiallarına verilir. Belə materiallar istifadə zamanı yüngüllüyünə və sadəliyinə görə fərqlənməli, onların emalında müasir metodların tətbiq edilməsinə imkan yaratmalıdırlar.
Məmulatın etibarlılığına verilən tələblər, onların istismar zamanı etibarlığını təmin edir. Etibarlılıq məmulatın verilmiş funksiyalarını tələb edən vaxt ərzində yerinə yetirmə qabiliyyətini xarakterizə edir. Etibarlılığı yüksək olan malların istehsalı əlavə maddi nemətlər sərf edilmədən eyni cür əlavə məmulatın buraxılmasına bərabərdir.
Məmulatın etibarlılığına verilən tələblər öz növbəsində onun təmirə yararlılığına, saxlanmasına, uzunömürlülüyünə verilən tələblərlə ifadə edilir ki, bu da məmulatın xidmət müddətinin uzanmasına imkan yaradır.

Yüklə 27,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin