Mövzu İstehlak mallarının keyfiyyətinə verilən estetik tələblər



Yüklə 27,11 Kb.
səhifə4/4
tarix06.12.2022
ölçüsü27,11 Kb.
#72769
1   2   3   4
Movzu 6 Estetik tələblər

Xidmət müddəti- məmulatın dağılan anadək, yaxud yararsız digər həddinədək təqvim günləri üzrə istismar müddətidir. Xidmət müddətinin məlum olması elmi əsaslandırılmış istehsalat planlarının tərtib edilməsi, satışı və malın təmir edilməsi, həmçinin ehtiyat hissələrinin və detallarının istehsal edilməsi üçün (texniki mallar ümün) vacibdir. Mallarda fiziki və mənəvi köhnəlmə müddətinin də mühüm əhəmiyyəti vardır.
Çoxlu miqdarda mallar istismar zamanı mexaniki təsirlərə məruz qalır ki, bu da onların həm zahiri, həm də daxili köhnəlməsinə səbəb olur.
Zahiri köhnəlmə zamanı məmulatın səthi dağılır. Bu zaman köhnəlmiş sahələrdə qalınlıq, kütlə, məmulatın davamlığı azalır. Köhnəlmənin böyüklüyü səthin quruluşundan, materialın təbii xassələrindən və xarici təsirlərin intensivliyindən asılıdır. Məsələn, zahiri köhnəlmənin nisbətən sadə və yayılmış növlərinə laboratoriya şəraitində asan təsdiq ediləni məmulatın sürtünmədən köhnəlməsi hesab edilə bilər.
Daxili köhnəlmə materialın quruluşunun dəyişilməsi ilə müşahidə edilir. Bunun nəticəsində mallarda mexaniki xassələr dəyişilir. Daxili köhnəlmə zamanı məmulatın zahiri görünüşü, onun konstruksiyası bir qayda olaraq dəyişilmədən qalır, lakin bu zaman material elastiklik xassələri azalır və məmulat sərt və kövrək olur. Bu da məmulatın davamlılığını kəskin azalmasına və dağılmasına səbəb olur. Daxili köhnəlməni təyin etmək üçün gərilməyə, əyilməyə qarşı mexaniki tədqiqatlar aparılır.
Əksər hallarda məmulat mexaniki təsirlərdən daha təsirli olan fiziki-mexaniki təsirlərə: gündüz işığın, ultra-bənövşəyi şüalara, oksidləşdiricilərə, qələvi və turşulara məruz qalır. Bu təsirlər zamanı material və məmulat kimyəvi tərkibini, fiziki xassələrini dəyişir və köhnəlməyə məruz qala bilər.
Qeyd etmək lazımdır ki, materiallar və məmulatlar eyni materialdan olsa da köhnəlməsi həmişə eyni deyildir. Hazır məmulatların köhnəlməsinə onun konstruksiyası əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, konstruksiyanın düzgün seçilməməsi paltar, yaxud ayaqqabının yüksək keyfiyyətli materialdan hazırlanmasına baxmayaraq istismarın başlanğıc dövründən sürətlə köhnəlməsinə, yaxud hətta məmulatın tam dağılmasına səbəb ola bilər.
Fiziki köhnəlmə ilə yanaşı məmulat mənəvi köhnəlməyə də məruz qala bilər ki, bu da özünü məmulatın texniki-iqtisadi göstəricilərinin köhnəlməsində, yaxud modaya müvafiq olmamasında özünü göstərir.
Malların saxlanmasına verilən tələblər – ilk növbədə istehlak dəyərini malların müəyyən müddətdə və bu müddət keçdikdən sonra da saxlanmasını təmin edən tələblərdir. Bu tələblərin kimyəvi malların, ətriyyat mallarının, fotokağızın, bağlayıcı maddələrin və digərlərinin xarici amillərin təsirindən (rütubət, temeratur, işıq və s.) öz əsas xassələrinin dəyişən və bir qayda olaraq keyfiyyət göstəricilərini itirən mallar üçün xüsusi əhəmiyyət vardır.
İqtisadi tələblər yalnız istehsal xərclərini deyil, həm də istehlakçıların malı əldə etməsi, istifadə, təmir və başqa xərclərini də nəzərdə tutur.


Yüklə 27,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin