İnfilyasiya tədavülə əmtəə dövriyyəsinin tələblərindən artıq pul kütləsinin buraxılması nəticəsində əmtəə qiymətlərinin artması və pul vahidinin qiymətdən düşməsi deməkdir. İnfilyasiya baş verdikdə pulun alıcılıq qabiliyyəti aşağı düşür, o, qiymətsizləşir. İnfilyasiya iqtisadi həyatın bütün sferalarına daxil olaraq onu məhv edir. İnfilyasiya zamanı aşağıdakılar baş verir.
Əvvəlki dövrlərdə infilyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pul buraxırdı.Son 30-40 il ərzində isə bir çox ölkələrdə infilyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
Umumiyyətlə infilyasiyanın aşağıdakı növləri var:
Qiymətlərin artım sürətinə görə
a) Qiymətlərin artım sürətindən asılı olaraq infilyasiyanın üç növü var.
1.Mülayim (sürünən) infilyasiya
2.Sürətli (dördnala çapan) infilyasiya
3.İfrat (hiper) infilyasiya
İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür infilyasiyaya mülayim və ya sürünən infilyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda (Məs: Keynsçilik) belə infilyasiyanı iqtisadi inkişaf üçün faydalı hesab edirlər.
İl ərzində qiymətlər 10% dən 200% ə qədər artarsa ölkədə sürətli infilyasiya yaranacaqdır.Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır.Latın Amerikası, Cənubi Asiya, Azərbaycan bu infilyasiyaya məruz qalmışlar
İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) infilyasiya meydana çıxır.Bu infilyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır.Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur.Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir.İstehsal təşkil oluna bilmir,kəskin aşağı düşür, təklif azalır.
b) Qiymətlərin tarazlıq səviyəsinə görə infilyasiyanın iki növü var.
1.Tarazlaşdırılmış
2.Ttarazlaşdırılmamış
Tarazlaşdırılmış infilyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış infilyasiya sahibkarlıq fəaliyyəti üçün bir o qədər qorxulu deyil.
Tarazlaşdırılmamış infilyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda daim dəyişir.Tarazlaşdırılmış infilyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl bəladır.
b) Monetarist iqtisadçılar xarakterinə görə infilyasiyanı 2 yerə bölmüşlər.
Gözlənilən
2)Qəfil
Gözlənilən infilyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır müəyyən olunur.Belə infilyasiya zamanı banklar kreditlərin faizini artırır,istehsalçılar öz əmtəə və xidmətlərinin qiymətini qaldırır.Bir sözlə gözlənilən infilyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir.
Qəfil infilyasiya ani anda baş verir.Birdən-birə qiymətlərdə sıçrayış baş verir.Hətta 10% lik infilyasiyada belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir.Pul sisteminə və vergi sisteminə mənfi təsir göstərir.