7.3. İstehsal logistikasında material
axınlarının idarə edilməsi
İstehsal logistikasında material axınlarının idarə edilməsi prinsip etibarı ilə müxtəlif metod və üsullarla həyata keçirilir. Bu metodlar mikrologistika çərçivəsində idarəetmənin «itələmə» və «dartma» sistemlərinə əsaslanır.
Təsərrüfat praktikasında adətən çoxmərhələli istehsalın təşkili və mikroiqtisadi sferada məhsulların rasional hərəkətinin həyata keçirilməsi məqsədilə istehsalda fasilələrin baş verməməsi üçün, habelə istehsal yerlərini zəruri xammal və materiallarla təmin etmək üçün istehsal sahələri və yerləri arasında tələb olunan səviyyədə ehtiyatlar yaradılmalıdır. İstər istehsal prosesinə daxil olmasını gözləyən, istərsə də istehsal prosesinə cəlb edilmiş materialların - əmək cismlərinin logistik idarə edilməsi üçün istehsal prosesinin bütün mərhələlərini (hissələrin, aqreqatların və dəstləşdirici məmulatların hazırlanması) əhatə edə bilən müxtəlif istehsal qrafikləri tərtib edilir. Bu istehsal qrafikləri birmənalı «itələyici » sistemlərdən istifadəyə əsaslanır.
Məqsəd bazarı üçün ixtiyari məhsul istehsal edilən zaman ayrı-ayrı işçi yerləri və ya istehsal sahələrinə daxil olan material resursları mövcud subyektin əvvəlki texnoloji mərhələ və ya həlqəsi tərəfindən sifariş verilmir. Material resursları hazır məhsulların hazırlanması texnologiyasına müvafiq olaraq istehsalçı müəssisənin mərkəzi və ya lokal (sex, sahə) idarəetmə aparatı tərəfindən daxil olan ciddi komanda əsasında hər bir növbəti (şəkil 7.1 ) mərhələyə ötürülür.
istehsal sahələrinin maddi-texniki təminatı prosesində itələyici sistemlər bütün logistik dövrə üzrə ehtiyatların idarə edilməsi sisteminə əsaslanır. Məhsul istehsalı zamanı texnoloji prosesin bütün mərhələlərində istifadə olunan material resurslarının anbar təchizat sisteminin köməyilə bərpa edilməsi üçün qərarlar idarəetmə mərkəzi tərəfindən mərkəzləşdirilmiş formada qəbul edilir və həyata keçirilir.
Dostları ilə paylaş: |