Tələbdənartıqtexnolociehtiyatdedikdə – bilavasitə emal və ya nəzarətdə yerləşən hissələr, qovşaqlar və ya yığım vahidləri başa düşülür. Bu növ ehtiyatların kəmiyyəti işçi yerlərinin sayı və onlar tərəfindən emal edilən hissələrin və ya yığım vahidlərinin nəzarət partiyalarının sayı ilə təyin edilir.
Dövriyyəehtiyatı işin fasiləsizliyini təmin etmək məqsədilə işçi yerlərində yaradı-lan hissələr, qovşaqlar və ya yığım vahidləri üzrə ehtiyatları özündə birləşdirir.
Nəqliyyatehtiyatı – bu hissələr, qovşaqlar və ya yığım vahidləri üzrə o növ ehtiyatdır ki, baxılan zaman kəsiyində (cari anda) bir işçi yerindən digərinə və ya bir istehsal sexindən digərinə keçmə - ötürülmə prosesində yerləşir.
Sığortaehtiyatıistehsal logistikasında aşağıdakı hallarda yaradılır:
a) avadanlıqlar istismardan çıxdıqda;
b) istehsalda zay məhsul aşkar olunduqda.
Bir sistem kimi istehsal logistik sistemi formalaşdırmazdan əvvəl, konkret olaraq hər bir hal üçün müəssisənin xüsusiyyətləri, istehsalın tipi, istehsal tsiklinin xarakteri, əsas təchizat sistemi, istehsal sahələrinin və ya iş yerlərinin material resursları ilə təminatı sistemi (material resurslarının iş yerlərinə verilməsi sistemi), material resurslarının norma və normativ sistemi, resurslardan səmərəli istifadə parametrləri tam şəkildə maksimum təhlil olunmalıdır.
a)İstehsalıntipi İstehsalın təşkilati – texniki və iqtisadi xüsusiyyətlərinin məcmusu istehsalıntipi adlanır. İstehsal tipi hazırlanan məhsulun nomenklaturası, miqyası, təkrarlanma dərəcəsi, əsas istehsalın qurulma prinsipləri, onlarda texnoloji maşın və avadanlıqların yerləşdirilməsi qaydası, iş yerlərinin ixtisaslaşdırılması səviyyəsi və s. bu kimi əlamətlərlə xarakterizə olunur.
Məhsul istehsalının (buraxılışının) kütləvilik dərəcəsinə görə istehsalın təşkilini:
a) kütləvi;
b) seriyalı;
b) fərdi tiplərini fərqləndirirlər.