Ölçmə və nəzarət sistemlərinin qurulma prinsipləri



Yüklə 276,64 Kb.
Pdf görüntüsü
tarix21.10.2023
ölçüsü276,64 Kb.
#159394
20bc7ad82277e68c1d7ca8f14009f83a



Mövzu – 9. “Ölçmə və nəzarət sistemlərinin qurulma prinsipləri” 
Ölçmə sistemlərinin
mümkün ola bilən ümumiləşdirilmiş struktur 
sxemlərindən biri şəkil 1-də göstərilib : 
Şəkil 1. 
UÇ – unifikasiyaedici çevirici ; K – kommutator ; ÇB – informasiyanı 
çevirmə bloku ; TQ – təsviretmə qurğusu ; RÇQ – rəqəm çapetmə qurğusu ;
İdB – idarəetmə bloku ; O – operator. 
Struktur sxem tərtib edilərkən ölçülən X
1
, X
2
, ....... X
n
kəmiyyətlərinin 
eynicinsli olduğu və bütün kanalların ölçmə hədlərinin eyniliyi fərz edilir. 
Unifikasiyaedici 
çeviricilərdə 
(UÇ) 
unifikasiya 
olunmuş 
siqnallar 
kommutatordan (K) keçərək informasiyanı çevirmə blokuna (ÇB) daxil olur. Bu 
blok, ölçmə informasiyasını təsvir və qeyd etmək üçün əlverişli olan siqnallar 
yaradır. Məsələn, siqnalları çevirmə bloku kimi analoq-rəqəm çeviricisindən 
istifadə etmək olar. Bu halda informasiyanı təsviretmə qurğusu (TQ) ölçmə 
kanalları ilə sinxron və sinfaz seçilən, rəqəm göstəricisi olan rəqəm tablosu ola 
bilər. İnformasiya isə elektrik rəqəm çapetmə qurğusu (RÇQ) ilə qeyd edilə 
bilər. ÖS-nin iş rejimi (kanalların dəyişilmə tezliyi) və digər bloklar operatorun 
(O) müəyyən etdiyi proqram əsasında idarəetmə bloku (İdB) tərəfindən idarə 
olunur. 
Texnoloji prosesləri
müşahidə etmək üçün nəzarət olunan kəmiyyətin 
verilmiş nominal qiymətlərdən fərqlənməsini siqnalizasiya edən avtomatik 

1

n
ÇB 
TQ 
RÇQ 
İdB 

X
1
X
n



nəzarət sistemlərindən (ANS) istifadə olunur. Avtomatik nəzarət sistemləri 
təyinatına, onlara verilən tələbata və iş prinsipinə görə çox müxtəlifdir. Onlar 
aşağıdakı iki qrupa ayrıla bilər : 
1)
məmulatların zaman ərzində praktiki olaraq dəyişməyən parametrlərinə 
nəzarət etmək üçün olan ANS-ləri ; 
2)
zaman ərzində dəyişən fiziki kəmiyyətlərə nəzarət etmək üçün olan 
ANS-ləri. 
Nəzarət olunan obyektin parametrinin və hədd qərarlaşdırıcısının müqayisəsi 
də iki cür - eyni vaxtlı və müxtəlif vaxtlı, ola bilər. 
Şəkil 2-də obyektin və ya prosesin zaman ərzində dəyişən parametrinin 
avtomatik nəzarət sisteminin sadələşdirilmiş struktur sxemi verilib : 
Şəkil 2. 

1
, ....... , UÇ
n
unifikasiyaedici çeviricilər ; MQ – müqayisə qurğusu ;
QB – hədd qərarlaşdırıcıları bloku ; İTQ – informasiyanı təsviretmə qurğusu;
İdB – idarəetmə bloku ; ZB – zaman bloku ; O – operator. 
Nəzarət olunan X
1
(t) , ...... , X
n
(t) kəmiyyətləri unifikasiyaedici çeviricilərə 
(UÇ
1
, ..... , UÇ
n
) verilir. Çeviricilərin çıxışında nəzarət edilən kəmiyyətlərə 
mütənasib olan unifikasiya olunmuş elektrik siqnalları alınır. Bu siqnallar 
müqayisə qurğusunda (MQ) hər bir siqnal üçün hədd qərarlaşdırıcıları 
blokundan (QB) alınan hədd qərarlaşdırıcıları ilə müqayisə olunur. Siqnallar 
MQ-dan sonra informasiyanı təsviretmə qurğusuna – İTQ (“az”, “norma”, 
“çox”) verilir. Avtomatik nəzarətetmə sisteminin işi idarəetmə qurğusundan 

1

n
MQ 
ZB 
İTQ 
İdB 

X
1
(t) 
X
n
(t) 

QB 
“az” 
“norma” “çox” 


(İdB) idarə olunur. Bundan başqa parametrin hədd qərarlaşdırıcısından 
fərqlənməsi qeyd olunduqda zaman da qeyd olunur. Bu məqsədlə zaman 
bloku (ZB) nəzərdə tutulmuşdur. 
Avtomatik nəzarət sisteminin (ANS) ayrı-ayrı bloklarının və iş rejiminin 
seçilməsi bu sistemə olan tələbatla müəyyən edilir. Bu tələbatın və texnoloji 
proseslərin müxtəlifliyinə uyğun olaraq hazırda müxtəlif ANS-ri işlənilir və 
istehsal olunur.

Yüklə 276,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin