Mövzu İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti



Yüklə 64,15 Kb.
səhifə5/5
tarix22.12.2023
ölçüsü64,15 Kb.
#190246
1   2   3   4   5
İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti

Şəkil 1. İzokvanta
Əyrinin müsbət olması o deməkdir ki, bir amilin tətbiqi digərinin də tətbiq olunmasını vacib edir. Əks təqdirdə istehsal azala bilər.
Izokosta – eyni miqdarda pulla alına bilən istehsal amillərinin kombinasiyasını göstərən xətdir. Izokosta başqa sözlə, bərabər xərclər əyrisi də adlandırırlar. İzokosta paralel düz xətlərdir, çünki firma dəyişməz qiymətlərlə istədikləri miqdarda ala bilər.





Şəkil 2. İzokosta və izokvanta
Izokvanta və izokostanı tutuşdurmaqla firmanın optimal mövqeyini müəyyənləşdirirlər. Onların kəsişdiyi nöqtə dəyərinə görə faktorların ən ucuz olduğunu əks etdirir (Şəkil 2. A nöqtəsi).
Qərb iqtisadi ədəbiyyatında məcmu ictimai məhsulun strukturu dörd əsas elementə bölünür; 1. İstifadə olunan xərclər (xammal, material, yanacaq, hissələr və s. daxildir); 2. Amillər üzrə xərclər (əmək haqqı, borc kapitalına görə faiz, torpaq rentası və s.); 3. Əlavə xərclər (avadanlıqların mənəvi aşınmasına çəkilən xərclər); 4. Sahibkarların gəlirləri (mənfəət nəzərdə tutulur.)
Ümumi məhsulun dəyər tərkibinin bu şəkildə təsnifatı bazar sistemli ölkələrin tətbiq etdiyi üsuldur. Ümumi milli məhsul ölkədə və həmin ölkəyə aid xaricdə bir il ərzində istehsal olunmuş bütün hazır əmtəə və xidmətlərin ümumi bazar dəyərinə deyilir. Ölkənin ərazisində yaradılmış xarici dövlətlərin və vətəndaşların müəssisələrində istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri də ümumi daxili məhsulun dəyərinə daxildir. Son məhsul istehlakçıların təkrar satış üçün deyil, öz istifadələri üçün aldıqları əmtəə və xidmətlərin dəyər ifadəsində miqdarıdır. Aralıq məhsullar dedikdə isə gələcəkdə emal olunacaq və yaxud gələcəkdə bir neçə dəfə təkrar satılacaq əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur.


Yüklə 64,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin