Mövzu köMƏKÇİ VƏ XİDMƏtediCİ TƏSƏRRÜfatlarin mexaniKLƏŞDİRİLMƏSİ VƏ avtomatlaşdirilmasi səVİYYƏSİNİn yüKSƏLDİLMƏSİ



Yüklə 26,24 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü26,24 Kb.
#50134
növüMühazirə
1   2   3   4
Müh. 6. İst. iqt. və men.

6.2. İstehsala texniki xidmətin şkilinin əsas tələbləri
Fərdi istehsal şəraitində istehsala texniki xidmətin təşkilində sex və istehsal sahələrinin növbə - günlük tapşırıqları, verilmiş sifarişlərin və bağlanmış müqavilələrin yerinə yetirilmə müddətləri əsas götürülür. Fərdi istehsal şəraitində istehsala texniki xidmət əksər hallarda fəhlələrin özləri tərəfindən həyata keçirilir. Bununla belə istehsala texniki xidmətin təşkili aşağıdakı tələblərə cavab verməlidir:

  • istehsala texniki xidmət məqsədə uyğun xarakter daşımalıdır, yəni əsas sex və istehsal sahələ ri ilə köməkçi və xidmətedici sex və təsərrüfatlar arasında optimal mütanasiblik yaradılmalı dır;

  • istehsala texniki xidmət xəbərdaredici rol oynamalıdır, yəni xidmətlər profilaktik xarakter daşımalı və əvvəlcədən tə rtib edilmiş plan-qrafiklər əsasında həyata keçirilməlidir;

  • v) istehsala texniki xidmət mütərəqqi norma və normativlərə əsaslanmalıdır, yəni xidm norma və normativləri elmi-texniki tərəqqinin nailiyyətlərini və normativləri elm - texniki tərəqqinin nailiyyətlərini və qabaqcıl istehsalat təcrübəsini özündə əks etdirməlidir;

  • q) istehsala texniki xidmət kompleks xarakter daşımalıdır, yəni müəssisənin bütün sex və istehsal sahələri eyni qaydada maddi-eneji ehtiyatları ilə, müxtəlif nəqliyyat vasitələri ilə, maşın və avadanlıqlarla təchiz olunmalıdır;

  • nəhayət, texniki xidmət işləri ixtisaslaşdırılmalıdır (əgər buna ehtiyac və şərait vardırsa).

Bu istehsala texniki xidmət sahəsində səmərəli iş üsullarının tətbiqinə imkan verər və beləliklə də texniki xidmətin yüksək keyfiyyətdə yerinə yetirilməsinə şərait yaradır. Müəssisə miqyasında həyata keçirilən texniki xidmət, həyata keçiriləcək işlərin xarakterindən, mürəkkəblik dərəcəsindən və əhə miyyətindən asılı olaraq standart, planlı-xəbərdarlıq və çağrışcı texniki xidmət növlərinə ayrılır. Standart texniki xidmət, əsasən, kütləvi və iriseriyalı istehsal şəraitində daha geniş tətbiq edilir və əvvəlcədən işlənib hazırlanmış plan-qrafiklər üzrə yerinə yetirilir. Bu məqsədlə köməkçi və xidmətedici sex və təsərrüfatlarda xüsusi xidmətedici qruplar, bürolar və briqadalar yaradılır və onlar əsas sex və istehsal sahələrində texniki xidmət ilə əlaqədar olan işləri həyata keçirirlər;

  • planlı- xəbərdaredici texniki xidmət – orta seriyalı istehsal şəraitində daha çox tətbiq edilir və təqvim-plan qrafiklərinə əsaslanı r;

  • çağırışcı texniki xidmət- növbə günlük tapşırıqlar əsasında fəhlələrin özləri tərəfindən kiçik seriyalı fərdi istehsal şəraitində tə tbiq edilir.



Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin