6.4. İstehsala texniki xidmətin tşkilinin təkmilləşdirilməsiistiqamətləri Qeyd etdiyimiz kimi, hazırda köməkçi və xidmətedici sex və təsərrüfatların təşkilinə və təkmilləşdirilməsinə diqqət xeyli artmışdır. Bununla belə, sənaye müəssisələrinin quruluşunda köməkçi və xidmətedici sex və təsərrüfatların xüsusi çəkisi yenə də əksəriyyət təşkil. Odur ki, istehsala texniki xidmətin təkmilləşdirilməsinin əsas istiqamətləri (yolları) aşağıdakılardan ibarətdir:
Eyni xarakterli texniki xidmət işlərinin mərkəzləşdirilməsi – sənayenin ayrı- ayrı sahələri üzrə xüsusi ixtisaslaşdırılmış zavodların (emalatxanaların) yaradılmasına imkan verir ki, bu da mütərəqqi avadanlıqlardan istifadə etməyə şərait yaradır, xidmət işlərinin dəyərini azaldır və onların keyfiyyətini yüksəldir, əməyin və istehsalın təşkilini sadələşdirir və işçilərin əmək məhsuldarlığını yüksəldir;
xidmət işlərinin ixtisaslaşdırılması – texnoloji alətlərin hazırlanması və təmir işlərinin həyata keçirilməsi məqsədilə xüsusi ixtisaslaşdırılmış təmir zavodlarının və alətqayırma müəssisələrinin yaradılmasına imkan verir;
hissə və qovşaqların xüsusi ixtisaslaşdırılmaş zavodlarda hazırlanmasının təşkili – onların hazırlanmasına çəkilən xərclərin minimuma endirilməsinə imkan verir, müəssisənin quruluşunu sadələşdirir (çünki bu zaman hissə və qovşaqların hazırlanması ilə bilavasitə bağlı olan sex və təsərrüfatlar ixtisar edilir). Hazırda kütləvi və iri seriyalı istehsal şəraitində istifadə olunan hissə və qovşaqların əksəriyyəti ixtisaslaşdırılmış zavodlarda hazırlanır və müəssisələr tərəfindən satın alınır;
sənaye müəssisələrinin tərkibindən avtomobil və dəmiryol nəqliyyatlarının ayrılması, yəni nəqliyyat vasitələrinin təmərküzləşdirilməsi. Bu iri avtobaza- ların yaradılmasına imkan verir ki, bu da nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə çəkilən xərcləri azaldır, nəqliyyat xidmətinin keyfiyyətini yaxşı- laşdırır, yükləmə-boşaltma işlərinin təşkili səviyyəsini yüksəldir və s.;
ixtisaslaşdırılmış anbarların yaradılması və texniki nəzarət işlərinin mexanikləşdirilməsi. Bu müəssisə və sex anbarlarında maddi-enerji ehtiyatlarının qə- bulu, saxlanılması, çeşidlənməsi, markalanması, komplektləşdirilməsi, işləri sürətəndirir və onlara çəkilən xərcləri azaltmağa imkan verir;
köməkçi və xidmətedici sex və təsərrüfatları tam təsərrüfat hesabına keçirilməsi. Bu, həmin təsərrüfatlarda çalışan işçilərin yüksək son nəticələr əldə edilməsinə və qənaət rejiminə əməl olunması üçün şərait yaradır;
köməkçi və xidmətedici sex və təsərrüfatlarda çalışan işçilərin əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi. Bu, həmin bölmələrdə çalışan işçilərin sayının azaldılmasına, deməli canlı əməyə qənaət etməyə imkan verir ki, bu da fərdi əmək məhsuldarlığının artırılması deməkdir;
köməkçi və xidmətedici sex və təsərrüfatlarda çalışan işçilərdən istifadənin yaxşılaşdırılması – onların həmin bölmələrdə düzgün yerləşdirilməsindən xeyli drəcədə asılıdır.Çünki bu yolla köməkçi və xidmətedici sex və təsərrüfatlarda avadanlqlardan, iş vaxtından daha səmərəli istifadə olunur, peşələrin qovuşması mümkün olur.