Mövzu kommersiya bankları funksiyaları, idarə edilməsi, strukturu, əməliyyatları



Yüklə 31,87 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü31,87 Kb.
#36625
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
bi5 kommersiya bank

Ali təbəqəyə Bank şurası, Bankın İdarəetməsi, Təftiş komissiyası, müxtəlif yönlü komponentlər daxildir.

Ikinci təbəqəyə isə idarəetmənin digər şöbələri aiddir. Bu şöbələr si- farişçilərin xidməti və bir sıra başqa işlərin həlli ilə məşğuldur.

Idarəetmə aparatımn quruluş prinsiplərindən biri milştərək və əlaqəli fəaliyyətin təminatıdır. «Quruluş» məfhumu dedikdə elementlərin yığımı və qarşılıqlı əlaqəsi başa düşülür. Əgər bu və digər müəssisə bankm sta-tusuna malikdirsə o, zaman o, tərkibdə uyğun əməliyyatları yerinə yeti- rən və ətraf mühit ilə fəaliyyətini uzlaşdıran şöbələr yaratmalıdır. Məsə- lən: Bank kredit verir. Deməli, borclarm qaytarılması və kreditin qey- diyyatı üçün yardımçı şöbələr, təşkil edilməlidir. Bu şöbələr həm də hüquqi xidmətə, müştərilərin kredit ödəmə qabiliyyətini müəyyən edən əməkdaşlar qrupuna, girov və zəmanətin keyfıyyətini müəyyənləşdirmə qabiliyyətinə malik olmalıdır. Bəzi banklar prinsipin reallaşdırılması məqsədi ilə xüsusi inzibati komitə yaradır. Bu komitə bankm müxtəlif şöbələrinin qarşılıqlı əlaqəsini təmin edir.

Bankın təşkili prinsipi sistemində idarəetmənin təkmilləşməsi prin- sipi xüsusi yer tutur. Bu prinsipə əsasən bankın iş rejimi elə bir formada təşkil olunmalıdır ki, bank inkişaf etsin (məsələn: yeni xidmətlərin daxil edilməsi, xərclərin azaldılması, istehsal əməyinin yüksək göstəricilərə nail olması, bazarm tədqiqatı və s.) Bəzi banklar bu mənada xüsusi şö- bələr yaradır. Şöbələr tanmmış iqtisadçılardan, alimlərdən ibarət mütə- xəssislər şurasmm fəaliyyətini təşkil edir. Mütəxəssislər şurasının məramı iqtisadiyyatm inkişafına, bankı siyasəti, elmi tədbirlərin hazırlanmasma, işçi qüvvəsinin ixtisaslaşdırılmasma dair məsləhətlər planınm təşkilidir.

Bankm təşkilat sistemi yoxlama, təftiş təminatı prinsipinə cavab verməlidir. Burada mütləq element xaricidaxili auditdiv. Audit təd- birlərin həyata keçirilməsində qanunauyğunluğu yoxlayır və bu qanu- nauyğunluğun bankm norma və sərəncamları ilə uzlaşmasım nəzərdən keçirir. Bu cür yoxlamalar əsas bank və onun fıliallarma da şamil edilir (daxili audit). Xarici audit kredit müəssisələrinin fəaliyyətini yoxlamaq üçün lisenziyaya malik olan xüsusi auditor idarələri - təşkilatları tərə- findən keçirilir. Müəyyən ixtisaslaşdırma imtahanı verən və auditor və- siqəsi olan şəxslər bankm auditoru ola bilər.

Bankın daxili qaydalarından biri əməkdaşlarm iş fəaliyyətinin nia- zamnaməsidir. Bankm hər bir əməkdaşı şəxsi vəzifələrini bilməli, müəyyən biliklərə yiyənməli, bu və ya digər qaydalara riayət etmək ba- carığma malik olmalıdır. v>

Ən nəhayət, bankm operativ və kifayət qədər məlumat ilə təminatı üçün kredit müəssisələrinin sabitliyini təmin edən təşkilati və iqtisadi ölçülər qəbul edilməlidir. Bankm infrastrukturunun elementlərinin in- formasiya təminatı təşkilatı baxımdan yaradılmış xüsusi şöbələr vasitəsi ilə reallaşdırılır.

Bankm quruluşunu formalaşdıran məqsədlərdən biri bank fəa- liyyətinin münasibliyidir. Əmanətçilərə göstərilən xidmətin keyfiyyətinin artırılması, bank işçilərinin əməyinin məhsuldarlığı, gəlir gətirən təsərrü- fatm və ya müəssisənin yaradılmasma nail olma məqsədlər planını təşkil edir. Ümumiyyətlə, qeyd etmək olar ki, kommersiya bankınm idarəetmə aparatmm strukturuna bir neçə amil təsir göstərir. Bunların arasmda bankm miqyasmı və onun əməkdaşlarınm saymı göstərmək olar. Böyük banklarda çoxlu saylı əməkdaşlar çalışırlar. Kiçik banklarda böyük banklar üçün səciyyəvi olan xüsusi şöbə və idarələr mövcud olmaya da bilər. Kiçik banklarda məhdud sayda adamlar fəaliyyət göstərir və onlar əsas şöbələrdə fəaliyyət dairələrini birləşdirirlər. (məsələn; kredit şöbəsi, əməliyyat şöbəsi və mühasibat)

İxtisaslı əməkdaşlarm olması kommersiya bankınm strukturuna əhəmiyyətli təsir göstərir. Bir sıra hallarda banklar lazımi əməliyyatlar həyata keçirə biləcək mütəxəssislərin çatışmaması üzündən bərabərhü- quqlu struktur bölmələr yarada bilmirlər. Bu cür prosesə müasir şərait- də də rast gəlinir. Bu çatışmazlıqlır ilə bağlı bəzi banklarm müasir apa- rat strukturu tam formalaşmayıb, xüsusi şöbələr yüksək ixtisash mütə- xəssislər ilə komplektləşdirilməyib və bunlar ilə yanaşı digər amillər də bəzi bank növlərinin inkişafmı ləngidir. Banklarm strukturuna təsir edən əsas amillərdən biri də onlarm universallaşma səviyyəsi və yaxud ixtisaslaşdırılmasıdır. Əgər bank universallığım elan edibsə, o, gec-tez öz tərkibində bir sıra xüsusi bölmələr, sektorlar, şöbələr yaratmalıdır və bu sektorlar çoxşaxəli bank xidmətləri göstərməlidir. Əksinə olaraq, ixtisas- laşdırılmış banklar isə bir sıra əməliyyatlarm icra olunmasmdan bankı azad edir. Digər tərəfdən bankm hər hansı bir fəaliyyət növü üzrə ixti- saslaşması geniş əməliyyatlar dairəsini nizamlamağa imkan verən şöbə və idarələrin genişlənməsini tələb edir. Nəhayət bankm strukturu iqtisa- di itkilərin aradan qaldırılması, bankm əməkdaşlarma əlavə işin yüklənməsi ilə müəyyən olunur. Bank kommersiya müəssisəsidir. O, mənfəət qazanmaq məqsədi ilə fəaliyyət göstərir. O, artıq işçi qəbul edə bilməz, çinki bu bankın əməkdaşlarınm əmək haqqma təsir edə bilər. Banklar elə sayda işçi götürməlidir ki, onlar uyğun iş dövriyyəsini icra edə bilsinlər.

Bütövlükdə kommersiya bankınm struktur nümunəsini aşağıdakı kimi təsəvvür etmək olar. Lakin onlarm yerinə yetirdiyi əməliyyatlardan asılı olmayaraq bankın təşkilati işinin və fəaliyyətinin hüquqi forması spesefik məhsuldur, bunlar aşağıdakılardır:



  1. Yüklə 31,87 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin