Mövzu kommersiya bankları funksiyaları, idarə edilməsi, strukturu, əməliyyatları



Yüklə 31,87 Kb.
səhifə1/10
tarix02.01.2022
ölçüsü31,87 Kb.
#36625
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   10
bi5 kommersiya bank


  1. MÖVZU 5. Kommersiya bankları - funksiyaları, idarə edilməsi, strukturu, əməliyyatları

Kommersiya bankı bank sisteminin elementidir. Bunun üçün o:

  1. bütövlüyün ayrılmaz hissəsi olmağa imkan verən xüsusiyyətlərə malik olmalı (bank statusuna, bank əməliyyatlarının yerinə yetirilməsi hüququna dair lisenziyaya malik olmahdır), ümumi qaydalara əsasən fəaliyyət göstərməlidir;

  2. cəmiyyətin ümumi və xüsusi qanunları, hüquqi normaları çər- çivəsində fəaliyyət göstərməlidir;

  3. özünütənzimlənməyə (ətraf mühitə qarşı uyğunlaşmaya və ca- vab reaksiyası verməyə), inkişafa və təkmilləşməyə qadir olmalıdır;

  4. bank sisteminin digər elementləri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərməlidir.

Banklardan savayı bank sisteminə bəzi xüsusi maliyyə təsisatları daxil olur. Bu təsisatlar bank əməliyyatlarmı yerinə yetirsələr də, bank statusuna malik olmur. Bank sisteminə həmçinin bank infrastrukturunu təşkil edən və pul-kredit təsisatlarmm həyat fəaliyyətini təmin edən digər idarələr də daxil olur.

Banklarm mahiyyətinin vəhdəti zamanı onlarm çoxsaylı növü mövcuddur.

İlk növbədə emissiyakommevsiya banklarmı fərqləndirirlər. Çtınki kommersiya banklarınm fəaliyyətlərinin açıqlanması dərsliyin predmetidir. Biz qarşımıza nağd pul nişanlarınm emissiyası tapşırığım həll etməli olan mərkəzi banklarm fəaliyyətini ətraflı şəkildə təsvir et- mək məqsədini qoymuruq. Yalnız kommersiya banklarmm müxtəlifliyi baxımmdan onlarm ayrı-ayrı növlərini ayırd etməyə icazə verən meyar­ları fərqləndirək.

Yerinə yetirilən əməliyyatlarm xarakterinə görə universalixti- saslaşdınlmış banklar fərqləndirilir. Univevsal banklava müxtəlif əməliyyat və xidmətlərin geniş dairəsi- ni «birinci əldən» yerinə yetirməyə qadir olan bankları şamil etmək la- zımdır. Lakin universallıq digər çalarlara da malikdir. Universallıq - növbəti sahələr üzrə məhdudlaşmayan fəaliyyət növüdür:



  • xalq təsərrüffatmm sahələri üzrə;

  • xidmət olunan müştərilərin tərkib hissəsinə görə;

  • kəmiyyətcə;

  • regionlar üzrə.

Universal bank müxtəlif sahələrin kreditləşdirilməsinə can atdığı halda ixtisaslaşdınlmış bank daha çox xalq təsərrüffatmm hər hansı bir sahəsinin (yarımsahəsinin), bir qrup müəssisələrin (məs: bəzi banklar əsas etibarilə sənayenin meşə, aviasiya, avtomaşm, saat və digər yarımsahələrinə xidmət göstərirlər) kreditləşdirilməsi ilə əlaqədar olur.

Müştəri xidməti ilə bağlı bankm universallığı daha çox hiss olunur. Universal bank üçün həm hüquqi, həm də fiziki şəxslərin xidməti səciyyəvidir. Əksinə, ixtisaslaşdırılmış bank yalnız fiziki şəxslərə xidmətdə qapana bilməz.

Bir qayda olaraq universal bank tərəfindən yerinə yetirilən əməliyyatlarm dairəsi həddən artıq genişdir. Bu zaman həll olunan əməliyyatlarm siyahısı kəmiyyət əlaməti kimi çıxış edir. Bu siyahıya qiymətli kağızlarm açıq bazardakı əməliyyatları daxil olur. Burada bank kapitalmı digər müəssisələrə yatıraraq tamhüquqlu iştirakçı kimi çıxış edə bilər. Məsələn, bəzi Amerika kommersiya bankları ixtisaslaşdırılmış bank olub, bank qanunvericiliyinə müvafıq olaraq bu əməliyyatları yerinə yetirə bilmirlər. Əksinə avropa ölkələrinin universal bankları bu cür əməliyyatları yerinə yetirə bilərlər. Universal bankların fəaliyyəti yalnız bir region ilə məhdudlaşmır. Universal bank regionlarda, müxtəlif rayonlarda fəaliyyət göstərdiyi, xaricdə də fıliallara malik olduğu halda ixtisaslaşdırılmış bankın fəa- liyyəti əksər hallarda məhdud olur.

Bəzən müasir şəraitdə universal və ixtisaslaşdırılmış bankları fərq- ləndirmək çətindir. Məsələn, iri ixtisaslaşdırılmış ipoteka bankları adətən nəinki bir regionda işləyir, eləcə də xarici ölkələrdə fıliallara malik olur və müştərilərinə yüzlərlə xidmətlər təqdim edirlər. Başqa sözlə desək, müasir kommersiya bankı əksər hallarda həm universal, həm də ixtisaslaşdırılmış bankm cəhətlərinə malik ola bilər.

Bank miilkiyyət tipinə görə dövlət, səhmdar, koopevativ, xiisusiqarışıq banklara təsnif olunur. Keçid dövründə banklara dair mülkiyyətin dövlət forması

əhəmiyyətini qoruyub saxlayırdı. Doğrudur, bu dövlətin bankın yaradılmasma dair inhisar hüququna malik olduğu dövrlərdə təsərrüffatçılığm paylayıcı sistemində rast gəlinən miqyaslarda olmasa da, dövlət bir sıra banklarm kapitalmda öz payım bu yaxmlara qədər qoruyub saxlayırdı.

Dövlət mülkiyyəti bank təsərrüffatmda və digər modifıkasiyah formalarda da mövcud olur. Misal üçün banklar dövlət əsasları ilə yaradıla bilər. Beynəlxalq təcrübədə banklar iqtisadiyyatm inkişafma dair dövlət proqramlarınm maliyyələşdirilməsi ilə bağlı dövlətin tamhüquqlu müvəkkilidirlər (səhmdar banklar da müvəkkil ola bilər). Dövlət müəssisələri də kommersiya bankınm səhmdarları ola bilər. Bu- nunla əlaqədar olaraq isə mülkiyyətin bu forması komnıersiya banklarmda real olaraq iştirak edə bilər.

İqtisadi böhran və bank sisteminin işinin pozulması şəraitində dövlət banklara təsirini gücləndirməyə can atır. Dövlət tənzimlənməsi nəinki vahid pul-kredit siyasətində, ehtiyat, likvidlik normativlərinin müəyyən olunmasmda, eləcə də bank kapitalmda dövlət mülkiyyətinin üstünlük təşkil etməsi ilə xüsusi kredit təsisatlarmm təşkilində ifadə olunur. Bu cür bankları dünya təcrübəsində inkişaf banklan adlandırırlar.

Bazar iqtisadiyyatı şəraitində kommersiya bankma dair mülkiy- yətin daha tipik forması səhmdar mülkiyyətdir (onu beynəlxalq termi- nologiyaya əsasən xüsusi forma adandırırlar. Çünki bank kapitalmm yaradılmasmda özəl müəssisələr və ayrı-ayrı fərdi şəxslər iştirak edir).

Fəaliyyət miqyasırıa görə korsomsium banklar, iri, ortakiçik banklar bir-birindən fərqləndirilir. Bəzi ölkələrdə kredit idarələrinin ümumi saymda kiçik kredit idarə- lərinin payı yüksək olur. Onlara kredit kooperasiyaları, qarşılıqlı kredit cəmiyyətləri, kredit-əmanət bankları, inşaat-əmanət kassaları şamil edilir. Bu pul-kredit təsisatları kiçik müəssisələr ilə işləmək qabiliyyətinə malik olmaları ilə fərqlənir. Kiçik və orta fəaliyyəti dəstəkləmək, eləcə də kiçik əmanətləri akkumulyasiya edərək onları yerli ehtiyaclar üçün səfərbər etmək onlarm fəaliyyətinin əsas məqsədlərindəndir.

Bankları xidmət sahəsi üzrə regional (yerli), regionlararası, Millibeynəlxalq banklara bölmək mümkündür. Əsas etibarilə yerli müştərilə- rə, bir ərazinin müştərilərinə xidmət göstərən banklar regional banklara aid olur. Onlara müəyyən regionun (şəhərin) tələbatlarma xidmət edən bələdiyyə banklarını da şamil etmək mümkündür: Milli banklar - ölkə- nin daxilində fəaliyyəti həyata keçirən və əsas etibarilə ölkə müştəriləri- nin tələbatlarına xidmət göstərən banklardır; beynəlxalq banklar müxtə- lif ölkələrin müştərilərinin əlaqələrinə xidmət edir. Məsələn: Azərbaycan Beynəlxalq Bankmı bu tip banklara aid etmək mümkündür.


Statistik məlumatlara əsasən banklar filialsızfiliallı banklara da bölünürlər. Ölkəmizdə də filialı banklarm sayı ildən ilə artmaqdadır. Hazırda, dəqiq desək, Milli Bankm 30.09.2008-ci ilin statistik məluma-tma əsasən qeyd etmək lazımdır ki, ölkədə fəaliyyət göstərən bankların yerli fıliallarmm sayı 553-ə bərabərdir. Banklarm yerli fıliallarınm ərazi üzrə təsnifatmı aşağıdakı cədvəldən daha ətraflı göriək olar: cədvəl 1.2.

Təsərrüfatm ayrı-ayrı sahələrinə banklar tərəfindən göstərilən xidmətdən asılı olaraq onları çoxsahəli və bir sahəli banklara bölmək mümkündür. Beynəlxalq təcrübədə sənaye banklarma, ticarət bankları­na da rast gəlmək mümkündür.

Xarici ölkələrdə təsnifatın digər meyarları da mövcuddur. Belə ki, ABŞ - da ikiqat tabeçilik sistemi müəyyən olunmuş, Federal ehtiyat sis- teminə aid olan bankların və fəaliyyəti ştatlarm qanunvericiliyi ilə tən- zimlənən bank qruplarmı bir-birindən ayırmaq olar. Sığorta ilə qarşılıqlı əlaqədə əmanətləri depozitlərin sığortalanmasma dair Federal korpora- siyada sığortalanan və bu təşkilatda sığortalanmayan banklar da təsnif- ləşdirilə bilər.

Banklar bank sisteminin elementləri kimi digər elementlər, ilk növbədə isə bank infrastrukturu ilə qarşılıqlı fəaliyyətdə uğurla inkişaf edə bilər. Bank infrastukrturu dedikdə banklarm həyat fəaliyyətini təmin edən elementlərin toplumu başa düşülür. Bank infrastrukturunun iki blokunu: daxilixarici blokları fərqləndirmək mümkündür. Birincisi bankın daxili sabitliyini təmin etdiyi halda, ikincisi - onun xarici mühit ilə qarşılıqlı fəaliyyətini təmin edir.




Yüklə 31,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin