Mövzu kommersiya bankları funksiyaları, idarə edilməsi, strukturu, əməliyyatları



Yüklə 31,87 Kb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü31,87 Kb.
#36625
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
bi5 kommersiya bank

Informasiya təminatı bazar iqtisadiyyatmm vacib atiributudur. O, həm bank, həm də onun müştəriləri üçün zəruridir. Banklar rəqabət şə- raitində fəaliyyət göstərərək ümunıilikdə iqtisadiyyatm, ayrı-ayrı sahələ- rin, yarımsahələrin və müəssisələr qrupunun inkişafı haqqında məlumat- ları toplayırlar. Banklar bazarm inkişafı prosesində mövcud olan ənənə- lərin təhlili əsasmda pul-kredit siyasətini təshih edir, investisiyaları məh- dudlaşdırır və ya genişləndirir, kapitalları tələb və təklifin vəziyyətinə müvafiq olaraq yenidən bölüşdürürlər. Makroiqtisadi münasibətlər haqqmda zəruri informasiya bir qayda olaraq mərkəzi banklar tərəfın- dən dərc edilən statistik məcmuələrdə, çoxsayh arayış kitabçalarında, xüsusi operativ nəşrlərdə, bülletenlərdə əksini tapır.

Fəaliyyət prosesində banklar müəssisələrin iqtisadiyyatı, bank məhsulunun inkişafı, onlarm maliyyə sabitliyi haqqmda məlumatlardan fəal şəkildə istifadə edirlər. Balansdan, müəssisələrin digər hesabat for- malarından savayı banklar dövrü mətbuatda müştərilərinin fəaliyyəti haqqmda məlumatları toplayır, müəssisə və onun rəhbərləri haqqmda məxfi informasiyaya malik xüsusi agentliklərin xidmətlərindən istifadə edirlər. Bəzi ölkələrdə banklar müəssisələrin iqtisadiyyatmı təhlil edən xüsusi şirkətlərə müraciət etmək, onlardan zəruri informasiya almaq inıkanma malik olur. Bir sıra hallarda müştərilərin kartotekası mərkəzi banklar tərəfmdən hazırlanır ki, bu da kommersiya banklarına krediti almaq ilə bağlı müraciət edən müəssisəni operativ şəkildə qiymətləndir-məyə icazə verir. Bəzi ölkələrin mərkəzi bankları ödəniş ilə bağlı intiza- mı pozan, bank kreditlərinm qaytaralımasım saxlayan müəssisələr haq- qmda məlumatlarm kommersiya banklarına göndərilməsini təcrübədən keçirirlər.Bazarın vəziyyəti haqqmda informasiya nəinki kommersiya bank- larınm müştərilərinə, eləcə də banklara aid ola bilər. Xüsusi reytinqli agentliklər kredit idarələrinin etibarlılıq səviyyəsi haqda məlumatları epizodlar ilə çap edirlər. Bu məlumatlardan nəinki bir-biri ilə qarşılıqlı münasibətlərdə olan banklar, eləcə də daha etibarlı bankı düzgün olaraq seçməyi arzulayan müəssisələr, vətəndaşlar istifadə edirlər.

Banklar bu ehtiyatlarm əhəmiyyətli hissəsini elmi təminatın inkişa- fına yönəldirlər. Praktiki olaraq hər bir kommersiya bankında bazarı öyrənən analitiklər çalışır. İri banklar, banklararası birliklər xüsusi elmi strukturlan formalaşdırır (analitik mərkəzlər, elmi-tədqiqat təsisatları). Bazarm təhlili, yeni bank məhsullarmm işlənib hazırlanması, əməyin təşkilinin, bank əməliyyatlarmm həyata keçirilməsi mexanizminin tək- milləşdirilməsi banklara rəqabətli mübarizədə səhvlərdən yaymmağa, ümumilikdə isə fəaliyyətində etibarlılıq və səmərəliliyi artırmağa imkan yaradır.

Kadr təminatı bank üçün daha vacibdir. Kadrlar bütün problemləri həll edirlər. Ümumilikdə bank fəaliyyətinin səmərəliliyi peşəkar mütə- xəssislərdən asılı olur. Ölkəmizdə maliyyə-bank ixtisaslı kadrları hazır- layan xüsusi ali ixtisas müəssisələri, fakültə, kolleclər şəbəkəsi mövcud- dur. Həmçinin orta ixtisas müəssisələrinin - maliyyə-bank məktəblərinin şəbəkəsi formalaşmışdır. Bu məktəblərdə ümumi elmi fənnlərin tədrisi xüsusi fənnlərin: maliyyənin, bank işinin, mühasibat uçotunun öyrənil- məsi ilə uzlaşır. Kadrlarm yenidən hazırlığı, onların ixtisaslarmm artı- rılması müxtəlif xüsusi kommersiya məktəblərində, kurslarda, eləcə də iri banklarm nəzdində yaradılan tədris mərkəzlərində cəmlənir.

Kommersiya banklarmda əksər hallarda müasir bank texnologiya- larma bələd olmayan insanlar çalışır. Bu bank sisteminin inkişafmı yu- badaraq, kredit portfelinin formalaşması zamam səhvlərə, bu və ya dig- ər əməliyyatlarm həyata keçirilməsi zamanı itkilərə gətirib çıxarır. Buna görə də, bank fəaliyyətində iqtisadi risklərin gücləndiyi müasir şəraitdə/ bank işi, bankın və onun şöbələrinin idarə olunması sahəsində yüksək' peşə biliklərinə malik iqtisadi kadrlarm hazırlanması zərurəti artır. Bank qanunvericiliyi bank infrastrukturunun xüsusi elementidir. O da digər elementlər kimi bank sisteminin inkişafına və onun müəssisələr, təşkilatlar, əhali ilə qarşılıqlı münasibətlərinə əhəmiyyətli təsir göstərir. Müasir bank təcrübəsi üçün bu qanunvericiliyin strukturu, onun məz- munu və əhəmiyyəti qarşıdakı fəsillərdə nəzərdən keçirilir.



  1. BANKIN İDARƏ OLUNMASININ TƏ ŞKİLİ

Bank hər bir müəssisə kimi idarəetmə aparatma malikdir. Onun quruluşuna bank fəaliyyətinin xüsusiyyətləri təsir edir. Bank müəssisə olduğu üçün onun idarəetmə aparatmm quruluşu bəzi ümumi cəhətlərə malikdir. Bu cəhətlər bütün müəssisələr üçün xarakterikdir. Bankm da bütün başqa müəssisələr kimi müdriyyəti, rəhbər və icra şöbələri, müha- sibat sahəsi, işçi qüvvəsi olur.

Bununla bərabər bank xüsusi müəssisədir. Çünki o pul-kredit insti- tutu kimi çıxış edir. Məhz bu səbəbdən aparatın tərkibi spesifik fəaliyyə- tinin əlamətini bildirir.

Fəaliyyətin təşkilinin müəyyən prinsiplərinin nümunəsində qeyd olunanlarm təsdiqini tapmaq mümkündür. Fəcıliyyətin təşkili prinsipləri dedikdə biz bank əməliyyatlarmı və funksiyalarım yerinə yetirən fəa- liyyət dairəsini nəzərdə tuturuq.

Banklar funksional əlamətlərə əsasən təşkil edilir. Bu kredit müəs- sisələrinin quruluşu onun konkret fəaliyyətini müəyyənləşdirir. Bank iri kredit institutu kimi çıxış edir. Onun idarəetmə aparatında mütəxəssis qrupu iştirak edir. Bank eyni zamanda hesablaşmalar aparır və onun idarəetmə strukturlarmm tərkibində hasablaşma əməliyyatlarını təşkil edən şöbələr yaradılır. Bank nağd pulları birilərindən qəbul edir və dig- ərlərinə təqdim edir. Ona görə də onun idarəetmə strukturlarmm nəz- dində kassalar mövcuddur. Ümumiyyətlə, bankın həyata keçirdiyi əmə- liyyatlar sistemi bilavasitə onun idarəetmə sistemi ilə uzlaşır. İdarəetmə aparatmm tərkibində struktur şöbələr əlavə edilir ki, onlara da bütövlükdə ticarət və sənaye müəssisələrində rast gəlinmir.

Bankm təşkili prinsiplərinə bildiyimiz kimi, nəinki funksional prin- siplər, eləcə də qarşıya qoyulmuş məqsədlərin uyğunluğu prinsipləri də daxildir. Məlum olduğu kimi bankm məqsədi bank məhsulunun alıcı tərəfmdən almmasıdır. Gəlirin idarə edilməsi üçün şöbələr yaranır və bu şöbələr gəlir ilə məsrəfləri planlaşdırır. Bank üzrə tərtib olunmuş büdcə xərcin azaldılmasım təmin edir. Bankm təşkilinin prinsipləri arasmda hakim səlahiyyətlərin və müxtəlif şöbələrin tabe olma prinsiplərini də qeyd etmək olar. Hakimiyyətin iki təbəqəsi mövcuddur: ali idarəetmə təbəqəsibankın digər şöbələri.


Yüklə 31,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin