Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi


PCI (Peripheral Component Interconnect – Xarici Əlaqəli Periferiya Komponentləri)



Yüklə 118,03 Kb.
səhifə15/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
kompc3bcter-qurc49fularc4b1

PCI (Peripheral Component Interconnect – Xarici Əlaqəli Periferiya Komponentləri) 33 və ya 66 Mhz sürətilə işləyir. Qoşulan qurğuları avtomatik özü nizamlayır (Plug and Play). PCI yuvaları ağ rəngli olub modem, səs kartı, şəbəkə kartı, TV kartı kimi qurğuların qoşulması səbəbiylə sayı digər yuvalara nisbətən daha çoxdur.

  • PCI Express: PCI-E, güc istifadəsini, xüsusilə AGP limitlərini genişlədən , sistem yaddaşını daha az istifadə edərək ekran kartı və digər qurğuların xərclərini azaltma imkanı verən bir verilənlər yoludur.

  • PCI-X: PCI-X standartının məqsədi PCI slotlarından daha yüksək kanal genişliyi əldə edib “Gigabit Ethernet” kimi server platformalarında şəbəkə kartlarının lazımi kanal genişliyi ilə təmin etməkdir.


    CMOS : Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor – metal - oksid - yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
    Daimi yaddaş (ROM - READ ONLY MEMORY) : Daimi yaddaş qurğusudur.
    ROM yalnız oxuna bilən yaddaş tipidir. Kompüterin açılışında istifadə olunan BIOS proqramı bir ROM mikrosxemində saxlanılır. Elektrik kəsilməsi halında belə, daxilindəki məlumatlar etibarlı olaraq saxlanılır və silinmir.
    BİOS (BASIC İNPUT OUTPUT SYSTEMS) : Əsas giriş-çıxış sistemi kimi tərcümə olunur. BIOS xüsusi proqram təminatıdır və daimi yaddaşdan asılı olmayaraq işləyir. BIOS EEPROM quruluşludur (EEPROM: Electrically Erasable Programmable ReadOnly Memory).
    Kompüter açıldıqda ilk işləyən hissə CPU-dur. Əvvəlcə “power good” adlanan naqil CPU-ya düzgün enerji gəlib gəlmədiyini yoxlamaq üçün oxunur. Prosessor BIOS - a müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa başlayır. Kompüter yüklənmə fayllarını tapan kimi yüklənən hissəsini əməli yaddaşa çağırır. Əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir. BİOS - da konfiqurasiyanın verilməsi üçün Setup menyusunu açmaq lazımdır.Test proseduru olan POST problem açkar etdikdə BIOS 2 cür xəbərdarlıq bildirir: səsli və yazılı . Əgər heç bir problem yoxdursa bir qısa siqnal verir və kompüter işə düşür. Yazılı mesaj nümunəsi kimi aşağıdakı xəbərdarlığı nəzərdən keçirdək.
    HDD disk fail – sərt diskdə problem olduğunu bildirir .
    Səsli xətada BİOS müəyyən tip bir səslə bizi xəbərdar edir. Səsli mesajlar BİOS – un müxtəlif versiyalarında fərqli olur.
    AWARD BIOS

    • bir qısa səs – problem olmadığınu göstərir

    • 2 qısa səs –. bu bəzən CMOS Setup və ya sistem platasıynan bağlı ola bilər

    • 1 uzun və 1 qısa – əməli yaddaşda problem

    • Bir uzun 2 qısa səs – ekran kartı ilə əlaqəli problem

    • 1 uzun və 9 qısa səs – Daimi yaddaşın mikrosxemindən məlumatların oxunması ilə bağlı problem

    • 1 uzun təkrarlanan siqnal – Yaddaş modulunun düz taxılmaması ilə bağlı problem

    • Daimi səs – Qida bloku problemi.


    Yüklə 118,03 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   17




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin