Daşına bilən yaddaşlar: Daşına bilən yaddaşlara CD və DVD disklər, flash yaddaşlar, SD kartlar aiddir. CD-R və DVD-R disklər bir dəfə yazmaq üçün nəzərdə tutulmuşdur. RW disklərdə isə həm yazmaq, həm də pozmaq imkanı vardır. Kartlar üçün noutbooklarda xüsusi yuvalar , personal kompüterlər üçünsə Card Reader qurğusu vardır. Flash yaddaşın daxilində hərəkət edən hissənin olmaması nəticəsində informasiya yaddaşa yüksək sürətlə yazılır. Fleş yaddaşlar fərdi kompüterlərə USB portları vasitəsi ilə qoşulur. “Flash“ enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növüdür. SSD sərt disklər də “Flash“ yaddaş növünə aiddir. Müasir dövrdə elastik disklərə nisbətdə həcm ,sürət və etibarlılıq baxımından daha əlverişlidir.
Qida bloku :Hər bir elektron qurğu kimi kompüter hissələri də müəyyən enerji verilməsi sayəsində öz işini təmin edir. Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici (paylayıcı) və sərinkeş yerləşdirilmişdir. Sistem blokuna daxil olan gərginliyi transformator transformasiya edərək müxtəlif gərginliyə çevirir. Düzləndirici isə fərdi kompüterin bəzi elementlərini düzləndirilmiş gərginliklə təmin edir. Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğular ilə əlaqə yaratmaq üçündür. Qida blokundan ana plataya konnektor qoşulur.
“Power Supply Unit”(PSU) elektrik şəbəkəsindən əldə olunan dəyişən cərəyanı sabit cərəyana çevirir. Çünki kompüter hissələri sabit cərəyanla işləyirlər. Hər qurğu özünə uyğun enerji bağlantısı isitifadə edir. Bütün PC güc bağlantıları tək tərəflidir. Bu da qoşulmanı xeyli asanlaşdırır.
Ana kartlar modelindən və güc sərfiyyatından asılı olaraq 20 və ya 24 pin qoşulma istifadə edilir. (ATX Power connector)
Əsas güc bağlayıcısı kimi tanınır. Qoşulma zamanı konnektoru yuvaya bərkidən çıxıntı vardır. Və əsla səhv qoşula bilməz.
“ATX 12V Power connector” daha cox CPU enerji təminatçısı kimi tanınır. Əksər hallarda sadəcə 4 pinli bir qoşulma kifayət edir.