Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi



Yüklə 118,03 Kb.
səhifə9/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
kompc3bcter-qurc49fularc4b1

12 0D 4A 51 9B 03 IEEE təşkilatı ilk 24 bit istehsalçı kodu verir, qalan 24 bit isə kartın seriya nömrəsi götürülür.
Səs kartı : Səs dedikdə insan qulağının 16 Hs-dən 25000 Hs-ə kimi hava titrəyişini qəbul etməsi başa düşülür. Anakart üzərində mikrosxem kimi yerləşir. Səs kartı çip və müstəqil əsaslı olur. Anakart üzərində 3 ədəd səs əlaqələndiricisi yerləşir. Bu əlaqələndiricilərin bir-biri ilə qarışdırılmaması üçün standart rənglər istifadə edilir. Bunlardan yaşıl rəngdə olanı səs ucaldıcının çıxışıdır. Digər əlaqələndirici yuva olan Line-in əsasən mavi rəngdə olur. Line-in adlandırılan giriş yuvası xarici bir qurğunun kompüterə səs girişi verməsi və ya səs yazma məqsədilə istifadə edilir. Üçüncü giriş mikrofon girişi qırmızı rəngdə olur , mikrofonu qoşmaq və səs yazma məqsədilə istifadə edilir .Səs kartları analoqdigital (rəqəmsal) səs çevrilmələrini işləyir. Səsucaldıcılar siqnalları fiziki mühitə yaymaq, mikrofonlar isə fiziki mühitdəki səs dalğalarını analoq siqnallara çevirərək kompüterə ötürmək üçün istifadə olunur. Giriş portunun keyfiyyəti siqnalın gurultu nisbəti ilə (desibel) ilə ölçülür. Aşağı və orta səviyyəli səs kartı 30-50 desibel, yüksək səviyyəli səs kartları 96-100 desibel olacaqdır. Səs yazma məqsədi ilə alınan kartlarda bu rəqəmlərə fikir verilməlidir. Optik qurğular optik məlumat daşıyıcılarına informasiyanı yazıb-oxuyan CD-RW, DVD-RW xarici yaddaş qurğularından istifadə olunur. Optik məlumat daşıyıcılarına (CD, DVD) məlumatın yazılması – oxunması lazer şüasının köməyi ilə həyata keçirilir.
CD ROM (COMPACT DİSK READ ONLY MEMORY) CD diskləri oxumaq üçündür. DVD diskləri açmaq imkanı yoxdur. Ana plataya İDE port vasitəsilə qoşulur. Qida Blokundan enerji kabeli daxil olur.
DVD RW – həm CD, həm DVD disklərinə yazıb – oxumaq imkanı vardır.
Blue Ray- Ən yeni texnologiyadır. Bu disklər 25 Gb- dan 128 Gb-a qədərdir. Ana plataya Sata vasitəsilə qoşulur. 2 növü var: Blue Ray Recordable və Blue Ray Recordable Eraisable. Bütün optik diskləri dəstəkliyirlər. Blu-Ray CD və DVDdən fərqli olaraq qırmızı yox, mavi lazer işiğı istifadə edir. Ancaq sərt disklərdən fərqli olaraq xüsusi bir enerji qoşulması istifadə edir. Bu konnektorlar bir çox enerji bloklarında mövcuddur.
Optik disklər: Bu disklər 12 sm diametrə malikdir. Üç əsas optik disk növü var:
CD (Compact Disc), DVD (Digital Versatile Disc/Rəqəmsal çoxyönlü disk), BluRay (Mavi Lazer texnologiyalı disk). CD disklərinin həcmi təxminən 700 Mb, DVD disklərin həcmi isə 4.7 Gb – dır. Oxunma və yazıla bilmə qabiliyyətinə görə isə bir neçə növləri ayrıla bilər: CD-R, CD-RW, DVD, DVD+RW.
Optik disklərdə məlumatlar mikroskopik dəliklər vatisətilə yazılır. Məlumatlar disklərə 0 və 1-lər şəklində yazılır. Disk yazılarkən lazer başlıqlar disk üzərində xırda dəliklər açır və bəzi yerləri düz saxlayar. Dəlik açılmış hissələr 0, düz olan hissələr isə 1-ə uyğun gəlir. Diskin oxunması zamanı göndərilən lazer işıqları düz hissəyə rast gələrsə bir başa əks olunur, ancaq dəliklərə rast gəlinərsə bir başa əks olunmur və bu əks olunan şüalar disk oxuyucular üzərindəki güzgü vasitəsilə ikilik kodlara çevrilir və məlumatlar oxunur. Disk üzərində açılmış bu dəliklər nə qədər xırda və sıx olarsa diskin həcmi də bir o qədər böyük olar.

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin