Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə16/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   12   13   14   15   16   17   18   19   ...   84
C fakepathmuhazire toplusu

Digər maraqlı tərəflər özlərinin iqtisadi və qeyri-iqtisadi maraqlarının həyata keçməsindən razı qalırlar.
Layihələrin idarə edilməsi üzrə metodların tətbiqi hansı təşkilatlar və hansı layihələr üçün zəruridir?
Layihələrin idarə edilməsinin ənənəvi tətbiq sahəsinə çox mürəkkəb dinamik sistemlər daxil olmuşdur, məsələn neft, qaz və enerji sahələri, müdafiə, sənaye və digər mürəkkəb mülki obyektlərin tikintisi, habelə yüksək səviyyəli texnologiyaları misal göstərmək olar. Ancaq son zamanlar layihələrin idarə edilməsinin tətbiqi adi məsələlərdən biri sayılır. Hər bir konkret halda layihələrin idarə edilməsi funksiyasının tətbiqi zərurətini müəyyənləşdirmək üçün ən azı aşağıdakı suallara cavab vermək lazımdır:
Layihə mürəkkəbdirmi?
 Layihənin əhatə dairəsinin dəyişdirilməsi qabarıq və dinamikdirmi?
Layihənin həyata keçirilməsi səbəbləri kifayət qədər dərin və əsaslıdırmı?
 Layihədə bütöv bir sistem daxilində müxtəlif fəaliyyət növlərш inteqrasiya edilirmi?
Layihə çoxfunksiyalıdırmı?
Bu sualların heç olmasa biri üzrə müsbət cavab əldə edilərsə, demək layihələrin idarə edilməsi sisteminin tətbiqi əhəmiyyətlidir. Sonuncu iki suala cavab vermək xüsusi əhəmiyyət daşıyır.
Layihələrin idarə edilməsi metodologiyası layihə icraçılarına aşağıdakı xarici və daxili faktorlarla bağlı olan maneələri asan şəkildə dəf etmək imkanı verir:
Qeyri-stabil iqtisadiyyat;
 Vasitə və ehtiyatların qıtlığı və məhdudluğu;
 İnflyasiya və qiymətlərin qalxması;
 Mürəkkəb və gərgin vəziyyət;
 Rəqabətin yaranması və güclənməsi;
Sosial problemlər və tələblər;
 Ekoloji dəyşikliklər və tələblər;
 İstehlak bazarının problemləri;
İşin keyfiyyətinə artan tələblər.
Şübhəsiz ki, layihələrin idarə edilməsi bütün bu problemlərin həlli üçün əsas deyildir. Ancaq təcrübə göstərir ki, layihələrin idarə edilməsinin sistematik şəkildə tətbiqi sifarişçiyə dəyişilən mühitə asan uyğunlaşmaq imkanı verir. Bu dəyişikliklərin təhlil olunmaması, onlara nəzarət edilməməsi və həmin dəyişikliklərin layihənin idarə edilməsi prosesində nəzərə alınmaması aşağıdakı mənfi nəticələrin meydana çıxmasına səbəb ola bilər:
 İştirakçıların gəlir və mənfəətlərinin azalması;
 Müəyyənləşdirilən dəyər və layihənin başa çatdırılması
müddətinin artması;
Öhdəliklərin pozulmasına görə cərimələrin artması;
 İstifadə olunan əmək, material və texniki ehtiyatlar limitinin artması;
 Yeni texnikanın tətbiqinin gecikdirilməsi;
 Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin tətbiqi və təcrübədə istifadəsinin gecikdirilməsi;
Yeni məhsulun istehlak bazarına çıxarılmasında gecikmə;
 Qərarların qəbul edilməsində tələsiklik və bununla əlaqədar meydana çıxan qaçılmaz xərclər;
İnvestisiyaların səmərəliliyinin azalması və layihələrin alıcılıq qabiliyyətinin müddətinin artması;
 Layihə məqsədlərinə nail olmaq üçün real müddətlərin müəyyənləşdirilməsində çətinliklərin artması.
Layihələrin idarə edilməsi metodlarının və bu metodları həyata keçirən layihə strukturunun tətbiqinə zərurəti Harold Kerzner tərəfindən aparılan tədqiqatların nəticələri təsdiq edir.
Bu verilənlərdən aydındır ki, ən əvvəl texnologiya, daha sonra isə layihənin əhatə dairəsi dəyişir. Təşkilatı strukturun dəyişməsi halları bir çox hallarda baş verir. İnsanlar daha çox konservativ təbiətə malikdirlər. Bu deyilənlərdən aşağıdakı nəticələri çıxarmaq olar:
1. Təşkilatın elmi-texniki inkişaf, sosial-iqtisadi və digər komponentlərin dəyişdiyi şəraitdə rəqabətə dözümlüyü üçün onun təşkilatı strukturunu vaxtında bu dəyişikliklərə uyğunlaşdırmaq və işçi heyyətinin müvafiq kurslardan keçməsini təmin etmək lazımdır.
2. Uyğunlaşma müddətini azaltmaq üçün layihələrin idarə edilməsi üzrə xüsusi layihəyönümlü forma və metodlarından istifadə etmək lazımdır.
3. Təşkilat daxilində layihənin həyata keçirilməsi peşəkar layihə menecerindən ibarət olan komanda tərəfindən daha uğurla yerinə yetirilə bilər.
Bundan başqa, layihələrin idarə edilməsinin tətbiqi aşağıdakı hallarda sərfəli və lazımlı hesab edilə bilər:
son məhsulun dəqiq şəkildə müəyyənləşdirilməsinə əsaslanan layihələr üçün;
nəticələrin əldə edilməsi ilə bağlı olaraq müddət, xərc və spesifik xüsusiyyətlər üzrə tələblər irəli sürən layihələr üçün;
 təşkilatın nüfuzu ilə birbaşa əlaqədar olan layihələr üçün;
 xərclərin və həm də itkilərin yüksək olacağı eksklüziv layihələr üçün.
Görünür ki, layihələrin idarə edilməsi metodologiyasının tətbiqi mahiyyət etibarı ilə bizim cəmiyyətimizdə baş verən dəyişikliklərin əsasını təşkil edən təşkilati, sosial və iqtisadi proqramların həyata keçirilməsində faydalıdır. Beləliklə, bu layihələr üçün xüsusi metod və üsulların yaradılması tələb edilir.
İndiyə kimi haqqında danışdığımız bütün bunlar layihələrin idarə edilməsi metod və üsullarının tam şəkildə tətbiqini tələb edən böyük və mürəkkəb layihələrə aiddir. Layihələrin idarə edilməsində aşağıdakı məsələlərin hər biri ayrı- ayrılıqda tətbiq edilə bilər:
1. Fundamental elmi-texniki və iqtisadi biliklərə əsaslanan layihələrin idarə edilməsinin fəlsəfəsi və metodologiyası.
2. Layihələrin idarə edilməsi metodları əsasında qərar qəbuletmə.
3. Layihələrin idarə edilməsi vasitələri.
4. Layihələrin xüsusi strukturu və təşkil edilməsi.
5. Layihə meneceri.
Layihələrin idarə edilməsi ilə bağlı ideya və metodologiyadan bir qayda olaraq bütün hallarda istifadə etmək lazımdır. Bu, xüsusilə problemi dəqiq şəkildə müəyyənləşdirməyə və onun rasional həll yollarını göstərməyə imkan yaradan başlanğıc və konseptual mərhələdə daha faydalıdır. Görünür ki, layihələrin idarə edilməsinin ideya və metodologiyasına yiyələnmək hamıya lazımdır və bu ideya və metodologiyalardan istifadə etmək istənilən problemin həlli zamanı zəruriləşir.
Müxtəlif layihələrin idarə edilməsi metodlarının xüsusi texniki və məlumat-proqram vasitələri olmadan tətbiqi kiçik və orta layihələr üçün mümkündür ki, bu da onların hər hansı ciddi xərclərə yol vermədən həyata keçirilməsinin səmərəliliyini artırır.
Orta və böyük layihələri xüsusi təşkilat yaratmadan müxtəlif idarəetmə üsullarından istifadə etməklə idarə etmək mümkündür. Bu cür yanaşma nəticəsində layihənin idarə edilməsində artıq xərclərə yol verilmir.
Mürəkkəb və mühüm layihələrin idarə edilməsi isə layihə komandasının mövcudluğunu tələb edir. Beləliklə, layihələrin idarə edilməsinin zəngin imkanlarının mənimsənilməsi müxtəlif problemlərin həllinə cəlb edilən şəxslər üçün böyük xərc çəkmədən onların tətbiqinə imkan yaradacaqdır. Bu, şübhəsiz ki, məqsədyönlü fəaliyyətin bütün sahələrində idarəetmə və təşkilatçılıq mədəniyyətini yüksəldəcəkdir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin