3.3.Layihənin fazaları Layihənin həyat dövrünü əhatə edən dörd fazalardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Konsepsiya fazası. Bu fazada layihənin konsepsiyası işlənilir. Layihənin konsepsiyasına daxildir:
Layihənin mövcud vəziyyətinin təhlili və bu haqda məlumatların toplanması;
Layihələrin dəyişdirilməsi zərurətinin təyin edilməsi və təsdiqi;
Layihənin məqsədini, texniki tapşırığı və nəticəsini müəyyənləşdirmək;
Layihənin tələblərini, məhdudiyyətlərini, şərtlərini və meyarını müəyyənləşdirmək;
Layihədəki riskləri müəyyənləşdirmək;
Layihənin mühitini və iştirakçılarını müəyyənləşdirmək;
Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək;
Hazırlıq fazası. Bu fazaya layihənin əsas komponentlərinin işlənməsi və onun yerinə yetirilməsi üçün hazırlıq işləri daxildir. Burada aşağıdakı işlər yerinə yetirilir:
layihənin rəhbəri təyin olunur;
layihənin komanda heyyəti müəyyənləşdirilir;
layihə sifarişçisinin tələbləri öyrənilir, digər iştirakçılar müəyyənləşdirilir və kontraktlar bağlanılır;
layihənin son nəticəsi və məhsul müəyyənləşdirilir;
məhsulun keyfiyyət standartları müəyyənləşdirilir;
layihənin strukturu işlənilir; əsas işlər yerinə yetirilir;
tələb olunan ehtiyatlar müəyyənləşdirilir;
işlərin yerinə yetirilmə planı hazırlanır;
layihənin ierarxiya strukturu qurulur, dekompozisiya olunur və WBS struktur hazırlanır;
layihənin təqvim planı hazırlanır;
layihənin smetası və büdcəsi müəyyənləşdirilir;
layihələrin idarəetmə proseduru və monitorinq sistemi müəyyənləşdirilir;
layihənin təqvimetmə mexanizmi hazırlanır;
layihənin davam etdirilməsi üçün razılıq əldə olunur.
İcra fazası. Bu fazaya layihənin məqsədinə çatmaq üçün yerinə yetirilən işlər çoxluğu nəzərdə tutulur və aşağıdakı işlər yerinə yetirilir:
alqı-satqı üzrə kontraktların bağlanması;
idarəetmə sisteminin tam işə salınması;
işlərin yerinə yetirilməsi;
layihə iştirakçılarının əlaqələndirilməsi;
layihənin komanda heyyətinin stimullaşdırılması;
layihənin texniki spesifikasiyası və onun təfsilatı ilə layihələndirilməsi;
iş bölgüsünün operativ aparılması və planlaşdırılması;
işlərin yerinə yetirilməsinə nəzarət sisteminin tətbiq edilməsi;
layihənin maddi-texniki təminatının həyata keçirilməsi;
layihədə nəzərdə tutulan tikinti-quraşdırma, işəsalma kimi işlərin yerinə yetirilməsi;
layihənin monitorinqi, işlərin koordinasiyası,
proqnozlaşdırma və tənzimləmə işlərinin yerinə yetirilməsi; layihədəki işlərin keyfiyyətinə nəzarət edilməsi;
layihədəki vaxt, qiymət və digər parametrlərin idarə edilməsi; yaranmış problemlərin dərhal həll edilməsi.