Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə9/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
C fakepathmuhazire toplusu

3.3.Layihənin fazaları
Layihənin həyat dövrünü əhatə edən dörd fazalardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Konsepsiya fazası. Bu fazada layihənin konsepsiyası işlənilir. Layihənin konsepsiyasına daxildir:
Layihənin mövcud vəziyyətinin təhlili və bu haqda məlumatların toplanması;
Layihələrin dəyişdirilməsi zərurətinin təyin edilməsi və təsdiqi;
 Layihənin məqsədini, texniki tapşırığı və nəticəsini müəyyənləşdirmək;
Layihənin tələblərini, məhdudiyyətlərini, şərtlərini və meyarını müəyyənləşdirmək;
Layihədəki riskləri müəyyənləşdirmək;
 Layihənin mühitini və iştirakçılarını müəyyənləşdirmək;
Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək;
Hazırlıq fazası. Bu fazaya layihənin əsas komponentlərinin işlənməsi və onun yerinə yetirilməsi üçün hazırlıq işləri daxildir. Burada aşağıdakı işlər yerinə yetirilir:
layihənin rəhbəri təyin olunur;
 layihənin komanda heyyəti müəyyənləşdirilir;
 layihə sifarişçisinin tələbləri öyrənilir, digər iştirakçılar müəyyənləşdirilir və kontraktlar bağlanılır;
 layihənin son nəticəsi və məhsul müəyyənləşdirilir;
 məhsulun keyfiyyət standartları müəyyənləşdirilir;
 layihənin strukturu işlənilir; əsas işlər yerinə yetirilir;
 tələb olunan ehtiyatlar müəyyənləşdirilir;
 işlərin yerinə yetirilmə planı hazırlanır;
 layihənin ierarxiya strukturu qurulur, dekompozisiya olunur və WBS struktur hazırlanır;
layihənin təqvim planı hazırlanır;
 layihənin smetası və büdcəsi müəyyənləşdirilir;
 layihələrin idarəetmə proseduru və monitorinq sistemi müəyyənləşdirilir;
layihənin təqvimetmə mexanizmi hazırlanır;
 layihənin davam etdirilməsi üçün razılıq əldə olunur.
İcra fazası. Bu fazaya layihənin məqsədinə çatmaq üçün yerinə yetirilən işlər çoxluğu nəzərdə tutulur və aşağıdakı işlər yerinə yetirilir:
alqı-satqı üzrə kontraktların bağlanması;
 idarəetmə sisteminin tam işə salınması;
işlərin yerinə yetirilməsi;
 layihə iştirakçılarının əlaqələndirilməsi;
 layihənin komanda heyyətinin stimullaşdırılması;
 layihənin texniki spesifikasiyası və onun təfsilatı ilə layihələndirilməsi;
iş bölgüsünün operativ aparılması və planlaşdırılması;
 işlərin yerinə yetirilməsinə nəzarət sisteminin tətbiq edilməsi;
layihənin maddi-texniki təminatının həyata keçirilməsi;
 layihədə nəzərdə tutulan tikinti-quraşdırma, işəsalma kimi işlərin yerinə yetirilməsi;
layihənin monitorinqi, işlərin koordinasiyası,
 proqnozlaşdırma və tənzimləmə işlərinin yerinə yetirilməsi; layihədəki işlərin keyfiyyətinə nəzarət edilməsi;
layihədəki vaxt, qiymət və digər parametrlərin idarə edilməsi; yaranmış problemlərin dərhal həll edilməsi.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin