Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə11/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   7   8   9   10   11   12   13   14   ...   84
C fakepathmuhazire toplusu

Layihənin sənədləşdirilməsi. Layihənin həyat dövrünü əhatə edən bütün sənədlər çoxluğu və bu sənədlərin bir-birilə əlaqələndirilməsi sistemini əmələ gətirir. Layihələrin sənədləşdirmə sistemində mövcud olan sənədlər layihənin həyat dövrünün bütün fazalarını əhatə edir və bu sənədlər komanda heyyəti ilə layihənin digər iştirakçıları arasında əlaqələrin yaradılmasında müsbət rol oynayır. Sənədləşdirmə sisteminin yaradılmasının əsas səbəbləri aşağıdakılardır:
zəruri informasiyaların qeydə alınması;
 layihə iştirakçılarının tələblərini ödəmək üçün informasiya xarakterli sənədlərə olan tələbat;
 layihənin iştirakçıları arasında əlaqələrin təmin edilməsi;
 standartlaşdırma prosesləri ilə bağlı sənədlər;
 analitik işlər üçün informasiya bazasının yaradılması;
 layihələrin idarə edilməsi üzrə təcrübə və biliklər bazasının yaradılması; öhdəliklərin və qərarların yerinə yetirilməsi, nəzarət sistemi;
 münaqişələrin minimumlaşdırılması;
 “kağız” sənədlərin minimumlaşdırılması və elektron sənədləşmə sisteminin qurulması;
layihənin yeni komanda heyyəti;
 iştirakçıların tez bir zamanda işə qoşulması.
Layihənin təminat növləri. Müasir layihələrin idarə edilməsi metodologiyası vasitələrindən istifadə etməklə layihənin hazırlanma və realizəetmə mərhələlərində müxtəlif təminat növləri tələb edilir. Layihənin səmərəli idarə edilməsi üçün əsas təminat növlərinə aşağıdakılar daxildir:
 informasiya təminatı;
 riyazi təminat;
 proqram təminatı;
 texniki təminat;
 təşkilati təminat; hüquqi təminat;
 metodiki təminat.
İdarəetmə texnikası və metodları. Layihənin yerinə yetirilmə prosesində bir çox formal, məntiqi, təşkilati metodlardan və texniki üsullardan istifadə edilir. Bu metodlar layihənin bütün fazaları üzrə paylanılır. Layihələrin idarə edilməsi prosesində aşağıdakı metodlardan istifadə edilir:
Layihənin konsepsiyasında istifadə olunan metodlar:
layihə məqsədinin təyinetmə metodları;
 məqsədin təşkili metodları
-sosioloji metodlar;
- ekspert sistemləri;
- marketinq metodları;
- məqsədlər qrafı.
konseptual layihələndirmə metodları
- predmet sahəsinin formal yazılışı;
- məhdudiyyətlər və ilkin şərtlər;
- meyarların seçilməsi;
- alternativ variantların təhlili və qərar qəbuletmə;
- layihədən əvvəl təhliletmə;

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin