Serbest iş 3 Fenn: Fizika 2 Mövzu: Luminisesiya
Kafedra: Aerokosmik Telebe: Memmedova Hemide Qrup :1433a İxtisas: Ekologiya mühendisliyi Bakı 2014
Lüminessensiya cismin istilik şüalanmasından fərqli olan şüalanmadır. Bu şüalanmanın müddəti istilik şüalanmasının müddətindən böyük olur (10-4 saniyəyə qədər ola bilər). İstilik şüalanmasında görünən işığın buraxılması üçün cismin temperaturu çox yüksək olmalıdır. Lakin lüminessensiya ixtiyari temperaturda yarana bilər. Ona görə də lüminessensiya soyuq işıqlanma adlanır.Lüminessensiya tarazlıq şüalanması deyildir. Təbiətdə lüminessent işıqlanmaya misal olaraq qütb parıltısmı, bəzi həşəratların, çürüntülərin işıqlanmasını göstərmək olar.
Lüminessensiya xarici təsir nəticəində yaranır. Onun yaranma səbəbindən asılı olaraq fotolüminessensiya, katodolüminessensiya, elektrolüminessensiya və kimyəvi lüminessensiyaolur.
- Fotolüminessensiya işıq şüalarının təsiri ilə yaranır.Stoks bu hadisəni öyrənərək müəyyən etmişdir ki, şüalanan işığın tezliyi onu yaradan işığın tezliyindən kiçik olur: düşən fotonun enerjisinin bir hissəsi şüalanma ilə əlaqəsi olmayan kənar proseslərə xərclənir.
(25.40)
Burada hv -maddə üzərinə düşən, -şüalanan kvantın enerjisi, isə düşən kvantın enerjisinin itən hissəsidir.
Bəzi hallarda şüalanan kvantın tezliyi onu yaradan kvantın enerjisindən böyük ola bilər (antistoks lüminessensiya).Bu o vaxt olur ki, düşən kvantın enerjisi maddənin atom və ya molekulunun istilik hərəkəti enerjisi hesabına artır.
Elektrolüminessensiya qaz boşalmalarından yaranır.Onlardan işıq mənbəyi kimi istifadə edilir.