Mövzu 12. Müəssisə maliyyəsinin antiböhranlı idarə edilməsi.
12.1. Müəssisə maliyyəsinin antiböhranlı idarə edilməsinin mahiyyəti və prinsipləri.
12.2. Maliyyə menecmenti sistemində təhlilin rolu və əhəmiyyəti.
12.3. Müəssisənin maliyyə faliyyətinin qiymətləndirilməsi.
12.1. Müəssisə maliyyəsinin antiböhranlı idarə edilməsinin mahiyyəti və prinsipləri
Xarici və daxili mühit amillərinin daim dəyişilməsi şəraitində müəssisənin təsərrüfat fəaliyyətinə və inkişafına ən böyük təhlükə yaradan maliyyə böhranıdır. Belə şəraitdə müəssisə özünün gələcək inkişafının antiböhranlı maliyyə strategiyasını formalaşdırır. Antiböhranlı maliyyə strategiyası müəssisənin antiböhranlı maliyyə idarə edilməsi prosesində işlənib hazırlanır.
Antiböhranlı maliyyə idarə edilməsinin başlıca məqsədi müəssisənin maliyyə bərabərliyini təmin etmək və bazar dəyərinin azalması həcmini minimumlaşdırmaqdan ibarətdir. Antiböhranlı maliyyə idarə edilməsi aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- müəssisənin maliyyə vəziyyətinin diaqnostikası və maliyyə böhranın qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi;
- müəssisənin tədiyyə qabiliyyətsizliyinin aradan qaldırılması;
- müəssisənin maliyyə dayanıqlığının bərpa olunması;
- müəssisənin müflisləşməsinin və ləğvinin qarşının alınması;
- müəssisənin maliyyə böhranının neqativ nəticələrinin minimumlaşdırılması.
Antiböhranlı maliyyə idarə edilməsi sistemi aşağıdakı prinsiplərə əsaslanır:
- reaksiya verməyə hazır olmaq;
- təcili reaksiya vermək;
- qəbul edilən qərarların kompleksliyi;
- hərəkətin alternativliyi;
- idarəetmənin uyğunlaşması;
- daxili resurslardan istifadənin prioritetliyi;
- xarici sanasiyanın optimallığı;
- effektivlik.
Antiböhranlı maliyyə idarə edilməsi maliyyə böhranının qarşısının alınması, aradan qaldırılması və neqativ nəticələrinin minimumlaşdırılması üzrə idarəetmə qərarların işlənilməsi, qəbulu və reallaşdırılması prosesini ifadə edir. Müəssisənin antiböhranlı maliyyə idarə edilməsi prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilməlidir:
- Maliyyə böhranının simptomlarını aşkarlamaq məqsədilə müəssisənin maliyyə vəziyyətinin manitorinqinin aparılması;
- Müəssisənin maliyyə vəziyyətinin diaqnostikası zamanı maliyyə böhranının qarşısını almaq üçün profilaktik tədbirlər sisteminin işlənib hazırlanması;
- Diaqnostikada maliyyə böhranının patametrlərinin eyniləşdirilməsi;
- Maliyyə böhranını şərtləndirən və gələcəkdə dərinləşməsi təhlükəsi olan amillərin aşkara çıxarılması;
- Maliyyə böhranının aradan qaldırılması məqsədilə müəssisənin maliyyə imkanlarının qiymətləndirilməsi;
- Müəssisənin böhranlı maliyyə vəziyyəti miqyasına adekvat müəssisənin maliyyə stabilliyi mexanizminin seçilməsi;
- Müəssisənin maliyyə böhranından çıxması kompleks proqramının işlənilməsi və reallaşdırılması;
- Maliyyə böhranının neqativ nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və reallaşdırılması.
Müəssisənin antiböhranlı idarəetmə sistemində maliyyə stabiləşdirməsinin daxili mexanizmlərindən geniş istifadə olunur. Bu mexanizmlərin uğurlu tətbiqi təkcə müflisləşmə təhlükəsinin maliyyə stresini çıxarmağa deyil, həm də borc kapitalının istifadəsindən asılılığı azaltmağa, iqtisadi inkişaf tempinin sürətlənməsinə imkan verir. Müəssisələrin sanasiyasını və strateji inkişaf məqsədlərinin reallaşdırılmasının təmin edən antiböhranlı idarə edilməsi sistemində onların yenidən təşkili mühüm rol oynayır. Maliyyə menecmenti mövqeyindən müəssisələrin yenidən təşkili təsərrüfat prosesində daha effektiv istifadə məqsədilə onların kapitallarının inteqrasiyası və diversifikasiyasını ifadə edir. Müəssisələrin yenidən təşkili prosesində kapitalın transformasiyasının hər bir forması, investisiya resursları sərf etmədən, nəzərdə tutulan inkişafın təmin edilməsinə yönəldilir. Ölkə qanunvericiliyinə uyğun olaraq müəssisələrin yenidən təşkili aşağıdakı formalarda həyata keçirilə bilər:
- Qovuşma iki və daha çox müəssisələrin bazasında onların varisi kimi yeni müəssisənin yaradılmasını ifadə edir.
- Birləşmə müəssisənin hüquqi şəxs kimi fəaliyyətinin dayandırılması və onun əmlak huququ və vəzifələrinin başqa müəssisəyə verilməsini nəzərdə tutur.
- Bölünmə müəssisənin ləğv edilməsi və onun bazasında iki və daha çox yeni müstəqil müəssisələrin yaradılmasını nəzərdə tutur.
- Ayrılma müəssisənin fəaliyyətini dayandırmadan ondan bir və ya bir neçə törəmə müəssisələrin yaradılmasını nəzərdə tutur.
- Dəyişdirmə müəssisənin təşkilati – hüquqi formasının, yaxud mülkiyyət formasının dəyişdirilməsini xarakterizə edir.
Dostları ilə paylaş: |