Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi



Yüklə 465,1 Kb.
səhifə52/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   48   49   50   51   52   53   54   55   ...   82
Audit yeni

4.Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi


Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi 173 saylı "Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları", 213 saylı "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları", 545 saylı "Digər qısamüddətli öhdəliklər" hesabının 545-2 saylı "Dəymiş zərərə görə işçilərlə hesablaşmalar", 545-3 saylı "Sair əməliyyatlar üzrə işçi heyətlə hesablaşmalar" "(73 "Sair əməliyyatlar üzrə işçi heyətlə hesablaşmalar"hesabının"Maddizərərinödənilməsiüzrəhesablaşmalar" subhesabı) subhesablarmın məlumatlarınaəsaslanır.
İnventarizasiya zamanı aşkar edilmiş material resurslarının çatışmazlığı, xarab olması, islehlak keyfiyyətinin itirilməsi, mənimsəmə, nıəhvetmə,əmlakın dəyərliyinin pisləşməsi və ya aşağı düşməsi,əmlakın bərpa olunması, əmlakın və ya digər qiymətlilərin alınması üçün xərc çəkmək zərurətinin yaranması maddi ziyan hesab olunur.
Yoxlama zamanı aşağıdakılar müəyyən olunmalıdır:

    • maddi zərərin yaranması səbəbləri. Çatışmazlıqların, israfçılığın, mənimsəmələrin əsas səbəblərinə əmtəə-material dəyərlərinin saxlanması şərtlərinə əməl olunmaması, onların qorunması üzərində lazımı səviyyədə nəzarətin təşkil edilməməsi, inventarizasiyanın qeyri-zəruri vaxtda və formal aparılması aid edilir;

    • çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə məbləğlər təqsirkar şəxslərə aid edilməsinintamlığı;

    • pul vəsaitlərinin və əmtəə-material dəyərlərinin inventarizasi- yasmm tərtib edilməsinin və onun nəticələrinin düzgünlüyü və inventarizasiya zamanı aşkar edilmiş çatışmazlıqların və itkilərin tənzimlənməsi qaydası; Mövcud qanunvericiliyə görə təbii itki norması daxilində əmtəə-material dəyərlilərinin çatışmazlığı istehsal xərclərinə silinir, normadan artıq çatışmazlıqlar təqsirkar şəxslərə aid edilir;

    • təqsirkar şəxslər müəyyən edilmədikdə material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslıolması;

    • 173, 213, 545 (73) saylı hesab üzrə analitik uçotun aparılmasının düzgünlüyü;

    • 173,213,545(73)saylı hesab üzrə Mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü;

    • 173, 213, 545 (73) saylı hesab üzrə analitik uçot yazılışlarının dövriyyə cədvəllərində və balansda verilmiş məlumatlara uyğunluğu.

Maddi ziyanın ödənilməsi üzrə hesablaşmaları yoxlayarkən əvvəlcə 173 saylı "Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları", 213 saylı "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları", 545 saylı "Digər qısamüddətli öhdəliklər" hesabının 545- 2 saylı "Dəymiş zərərə görə işçilərlə hesablaşmalar", 545-3 saylı "Sair əməliyyatlar üzrə işçi heyətlə hesablaşmalar" subhesablarmm (73 "Sair əməliyyatlar üzrə işçi heyətlə hesablaşmalar" hesabının "Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar" subhesabı) məlumatlarından istifadə olunur. Həmin subhesabm məlumatları əsasında yoxlanılan dövr ərzində maddi ziyanın ödənilməsi üzrə hesablaş maların dəyişməsini təhlil etmək olar. Belə yoxlama başdan başa metodu ilə aparılır.Bu zaman belə borcların yaranma səbəbləri və onların reallığı öyrənilməlidir.
Təcrübə göstəriri ki, çatışmazlıqlar, israfçılığın, oğurluğun əsas səbəbləri əmtəə-material dəyərlərin saxlanılması şərtlərinin gözlənil- məməsi, onların saxlanması üzərində lazımi səviyyədə nəzarətin olmaması, inventarizasiyanın vaxtında və lazımi ciddilikdə aparılmamasıdır. Yoxlanılan bütün dövr üçün yoxlama və inventarizasiyaların nəticələri, onlar əsasında qəbul edilmiş qərarların düzgünlüyü və mühasibat uçotunda aşkar edilmiş kənarlaşmaların əks etdirilməsi ciddi təhlil edilməlidir.
Yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlar,itkilərin,israfçılığın, iddia müddəti qurtarmış müxtəlif borcların tənzimlənməsinin uçotunun mövcud qaydası əsas götürülməlidir. Yadda saxlamaq lazımdır ki,inventarizasiya və ya digər yoxlamalar zamanı qiymətlilərin faktiki mövcudluğunun mühasibat uçotu məlumatlarından kənarlaşması aşağıdakı qaydadatənzimlənir.
Təbii itki normasında çatışmazlıqlar istehsal xərclərinə, təbii itki normasından yuxarı və qiymətlilərin xarab olmasından itkilər günahkar şəxslərə aid edilir. Əgər konkret günahkarlar aşkar edilməzsə, müəssisədə onlar istehsal xərclərinə (tədavil xərclərinə) silinir.
Daha sonra çatışmazlıqlar, israfçılıq və mənimsəmə halları üzrə borcların reallığı yoxlanılmalıdır. Bunun üçün inventarizasiya- nm sənədlərlə rəsmiləşdirilməsinin, maddi məsul şəxsə aid edilən məbləğin hesablanmasının düzgünlüyü müəyyən edilməlidir.
Auditor maddi məsul şəxs tərəfindən ödəniləcək məbləğin düzgün hesablanmasına xüsusi fikir verməlidir. Material qiymətlilərin mənimsənilməsi, qəsdən xarab edilməsi hallarında zərər həminməbləğin tutulması haqqında qərarın çıxarıldığı günə mövcud sərbəst qiymətlərlə hesablanır.
Çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə hesablaşmaların, mühasibat uçotunun düzgünlüyünü yoxlamaq çox vacibdir. Çatışmayan və korlanmış əmtəə-material qiymətliləri üzrə tutulacaq məbləğlə onun balans dəyəri arasında fərq 542 (83-3) hesabının kreditindən 545 saylı "Digər qısamüddətli öhdəliklər" hesabının "Dəymiş zərərə görə işçilərlə hesablaşmalar", "Sair əməliyyatlar üzrə işçi heyətilə hesablaşmalar" subhesablarının (73-3 saylı "Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar"subhesabı) debetinə yazılır.
Xüsusi olaraq 173 saylı "Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları", 213 saylı "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları", 545 saylı "Digər qısamüddətli öhdəliklər" hesabının 545-2 saylı "Dəymiş zərərə görə işçilərlə hesablaşmalar", 545-3 saylı "Sair əməliyyatlar üzrə işçi heyətlə hesablaşmalar" subhesabında (73-3 "Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar") əks olunmuş məbləğin tam və vaxtında ödənilməsi yoxlanılmalıdır. Eyni zamanda borclunun əmlak vəziyyətinin qeyri qənaətbəxş olması səbəbindən ayrı-ayrı məbləğlərin zərərə silinməsinin əsaslı olub-olmaması yoxlanılmalıdır. Bunun üçün əsas sənəd cavabdehin əmlakının qeyri-qənaətbəxş olması haqda məhkəmənin qərarının olmasıdır. Xəzinədarlarla, anbar müdirləri ilə, onların köməkçiləri ilə, pul və əmtəə tapşırıqları üçün agentlərlə, inkassatorlarla və ekspeditorlarla və s. ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmalıdır. Həmin müqavilələrin mövcudluğunun yoxlanması da auditin obyektinədaxildir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin