Auditin əsas prisipləri, auditorun məsuliyyəti və peşə etikаsı
Аudit stаndаrtlаrı
1.Аuditin nоrmаtiv hüquqi bаzаsı Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici normativ hüquqi aktların olması vacibdir. Çünki, hüquqi və təşkilati formasından asılı olmayaraq hər bir xidmət növünün hüquqi vəzifələri, məsuliyyəti və digər öhdəlikləri qanunverici normativ hüquqi aktlarla tənzimlənir. Audit də xidmət növü olduğu üçün onun fəaliyyəti qanunverici və normativ hüquqi aktlarla tənzimlənir.
Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxs statusunda fəaliyyət göstərən audit xidməti AR-nın Ali Qanunvericilik orqanı tərəfindən qəbul edilmiş qanunlara və AR Ali Icraedici orqanları tərəfindən qəbul edilmiş bir sıra qərar və qətnamələrə əsasən təşkil olunur. Bu qanunverıci normativ sənədlərə «Audıt xidməti haqqında» AR-nın (1994) və ona edılən dəyişikliklər, «Daxili audit haqqında» AR-nın Qanunu (2007) və ona edilən dəyişikliklər, AR-nın MM tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasının Audıtorlar Palatası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər (1995), AR MM tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublıkasının Audıtorlar Palatası haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi haqqında Qərarı (1996), «Auditorun peşə məsuliyyətinin icbari sığortası» haqqında AR-nın Qanunu və ona edilən dəyişikliklər (2007), AR NK-nin «Azərbaycan Respublikası Auditorlar Palatasının bəzi məsələlərinə edilən dəyışikliklər» haqqında qərarı (1996) və Azərbaycan Respublıkasında Auditorlar Palatası haqqında AR-nın Prezıdenti tərəfindən verilmiş bir sıra fərmanlar və sərəncamlar, . “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (2017) daxildir. Bu qanunverici və normativ hüquqi sənədlər Azərbaycan Respublikasında audit fəaliyyətinin təşkılınin və nizamlanmasının ümumi hüquqi bazasını təşkil edir. BAS 200 “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması”, BAS 300 “Maliyyə hesabatlarının auditinin planlaşdırılması”, BAS 320 “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik”, Auditorların Etika Məcəlləsi (auditorların peşə davranışının etik normalara) maliyyə hesabatlarının auditinin əsasını təşkil edir.
Ümumilikdə,audit fəaliyyətinin tənzimlənməsi mexanizmlənə aiddir:
Etik Davranış Məcəlləsi;
Müxtəlif vaxtlarda audit dövrün tələblərinə uyğun olaraq dəyişmişdir. Auditin dörd mərhələsini qeyd etmək lazımdır keçmişdir:
birinci mərhələ uçot qeydlərinin aparılmasının mexaniki yoxlanma mərhələsidir.
ikinci mərhələ əsasən yoxlama əsaslı audit mərhələsidir. Bu mərhələdə auditorun məqsədi təkcə daxili qeydlər və informasiyalar əsasında MVHH bəndlərini birbaşa yoxlamaq deyil, həm də əlavə olaraq xarici sübuta əsaslanan dolayı yoxlama həyata keçirməkdir.
üçüncü mərhələdə sistemə əsaslanan audit üstünlük təşkil etmişdir. Burada auditor uçot qeydlərini yoxlamaq vəzifəsindən irəli gedərək daha dərin yoxlama həyata keçirir və daxili mənbələrdən sübutlar toplayır, çünki burada əsas diqqət daxili nəzarət sistemi üzərində cəmlənmişdir.
dördüncü mərhələdə auditin məqsədi təkcə xəta aşkar etmək deyil. Audit indi həm də səhlənkarlıq və xətaları aradan qaldırmaq prosedurlarını inkişaf etdirməlidir, indi audit tərifinə təkcə maliyyə hesabatlarının yoxlanması deyil, bununla əlaqəli olan məsələlərin yoxlanması da daxildir və burada məqsəd auditi “idarəetmə siyasəti” və “müəyyən edilmiş tələblər” baxımından daha səmərəli etməkdir.
«Auditor xidməti haqqında» AR-nın Qanununda Azərbaycan Respublikasında audit xidmətinin təşkılınin ümumi qaydaları, o cümlədən audit xidməti ilə məşüul olmaq üçün lisenziya verilməsinin əsas prinsipləri, sərbəst audıtorların və auditor təşkilatlarının qeydiyyat qaydaları, audıtorların və sifаrişçi-müştərinin hüquqları, vəzıfələrınin və onların məsuliyyətinin hüquqi prinsipləri, audıt xidməti ilə məşüul olmaq hüququ verən lisenziyaların geri alınması qaydalarının əsas prinsipləri əks etdirilmişdir.