Kommersiya xərclərinin uçotda əks etdirilməsinin və müəssisənin uçot siyasətinə uyğun olaraq fəaliyyətin nəticələrinə silinməsinin düzgünlüyünün auditi
4.Kommersiya xərclərinin uçotda əks etdirilməsinin və müəssisənin uçot siyasətinə uyğun olaraq fəaliyyətin nəticələrinə silinməsinin düzgünlüyünün auditi Kommersiya xərcləri - malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə əlaqədar çəkdiyi xərclərdir. Kommersiya xərclərinin uçotu 711 saylı “”Kommersiya xərcləri” hesabında aparılır. “Kommersiya xərcləri” hesabə üzrə aşağıdakı subhesablar açılır:
711-1 "Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri";
711-2 "Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər";
711-3 "Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları";
711-4 "Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri";
711-5 "Kommersiya xərcləri kimi tanınan digər xərclər".
uçota nə aşağıdakıları aid etnək olar:
taralara və hazır məmulatların qablaşdırılması xərcləri;
məhsulların göndərmə stansiyalarına (tərsanələrə) və müştəriyə çatdırılması çatdırılması, nəqliyyat vasitələrinə yüklənməsi xərcləri;
satış təşkilatlarına və digər vasitəçi təşkilatlara ödənilən komisyon haqqları;
satış yerlərində məhsulun mühavizə edildiyi binaların saxlanmasına və icarəsinə olan xərclər;
marketinq şöbəsinin işçilərinin və satıcıların əmək haqqı xərcləri və sosial sığorta ayırmaları;
Kommersiya xərclərinin auditi zamanı aşağıda göstərilən məsələlər yoxlanılır:
- məsrəflərin kommersiya xərclərinin tərkibinə daxil edilməsinin düzgünlüyü. Kommersiya xərclərinin tərkibinə daxil edilən məsrəflərə preyskurant və bağlanmış müqavilə şərtlərinə əsasən istehsalçı-müəssisə tərəfindən həyata keçirilən tara və qablaşdırma xərcləri, malgöndərənin hesabına məhsul satışı üzrə nəqliyyat xərcləri (yükləmə, çatdırma, boşaltma), eləcə də nəqliyyat-ekspedisiya təşkilatının xidmətinin ödənilməsi xərcləri, müqaviləyə uyğun olaraq satıcı müəssisələrə və təşkilatlarına ödənilən komission yıüımları və ayırmalar, reklam xərcləri, bağlanmış kontraktlara, razılaşma və digər sənədlərə müvafiq olaraq alıcılara və ya vasitəzi təşkilatlara pulsuz qaydada verilən məhsul nümunələrinin dəyəri və satış üzrə digər xərclər (malların saxlanması, işlənməsi, sortlaşdırılması və b.) aid edilir:
- reklam üzrə müəyyən edilmiş xərc normativlərinin gözlənilməsi;
- müəssisədə taraların uçоtu üzrə əsas qaydaların (anbarlarda, sexlərdə və onların saxlandıqları digər yerlərdə taraların hazırlanması, daxil olması və buraxılması üzrə əməliyyatların sənədləşdirilməsinin düzgünlüyü və vaxtında aparılması) gözlənilməsi;
Kommersiya xərclərinin uçotunun düzgünlüyünü təsdiq etmək üçün auditor onların tərkibini və mühasibat uçotunda həmin xərclərin tanınması şərtlərinin gözlənilməsini yoxlayır. Kommersiya xərclərinin uçotunun yoxlanması zamanı auditor əhəmiyyətlik prinsipindən çıxış edərək xərclərin uçotunun tamlığını, vaxt əlamətini müəyyən edir, xərclərin sənədləşdirilməsini qiymətləndirir. Müəssisənin fəaliyyəti dövründə kommersiya əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün qiymətləndirilməsi zamanı auditor xərclərin “Kommersiya xərcləri” hesabı ilə müxtəlif xərc növləri üzrə hesabların müxabirləşməsinin düzgünlüyünü yoxlanmalıdır.
Taralar üzrə əməliyyatlara da xüsusi diqqət verilməlidir. Yeni taraların hazırlanması üzrə xərclər 202 saylı hesabda uçоta alınır. Hazırlanmış taralar mövcud topdansatış qiyməti ilə təhvil - təslim qaiməsi əsasında anbara təhvil verilir: D-t 201 sаylı " Mаteriаl ehtiyаtlаrı, K-t 202 sаylı "Istehsаlаt (iş və xidmət) хərcləri " . Əgər qablaşdırma əsas sexlərdə aparılırsa D-t 202 sаylı "Istehsаlаt (iş və xidmət) хərcləri ", K-t 201 sаylı " Mаteriаl ehtiyаtlаrı", hazır məhsul anbarlarında aparılırsa, onda D-t 711 sаylı "Kоmmersiyа хərcləri", K-t 201 " Mаteriаl ehtiyаtlаrı" mühasibat yazılışı edilir.
Kommersiya xərcləri kimi tanınan xammal və material xərclərinə, işçi heyəti üzrə xərclərə, işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmalarına, aktivlər üzrə amortizasiya xərclərinə və digər xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və kommersiya xərcləri hesabının müvafiq subhesablarının kredit üzrə mühasibat yazılışı verilir.
Aşağıdakı cədvəldə belə əməliyyatlardan nümunələr əks etdirilmişdir (cədvəl 3).
Cədvəl 3
Kommersiya üzrə əməliyyatların uçotu
Hazır məhsulun göndərmə məntəqələrinəçatdırılması və vaqonlara yüklənməsi üzrə xərclər silinir
711
531
3
Satılanməhsullarınreklamvəmarketinqxərcləri
711
531
4
Satış və marketinq şöbələrinin işçilərinin əmək haqqısı
711
533
5
Satış təşkilatlarına (diler, distribyuter) və digər vasitəçi təşkilatlara ödənilən komisyon haqqı
711
531
Auditor 711 saylı hesab üzrə analitik uçоtun aparılmasının düzgünlüyünü də yoxlamalıdır.Bu, həmin hesabın yekun məbləğinə nəzarət etməyə imkan verir. Daha sonra həyata keçirilmiş əməliyyatlar üzrə mühasibat yazılışlarının düzgünlüyünü yoxlayır. Kommersiya xərclərinin sintetik və analitik uçоt yazılışlarının uyğunluğunun yoxlanması həmin xərclərin audit proseduru hesab edilir. Hesabat dövrü başa çatdıqdan sonra kommersiya xərcləri ümumi mənfəətə silinir.