4. Uzunmüddətli maddi aktivlərəköhnəlmənin hesablanmasının düzgünlüyünün və onların təmiri üzrə əməliyyatların auditi . Uzunmüddətli maddi aktivlərə köhnəlmə AR NK-nin qərarı ilə təsdiq olunmuş normalara əsasən hesablanır. (binаlаr, tikililər, qurüulаr üzrə - 7%, mаşın, аvаdаnlıqlаr, nəqliyyаt vаsitələri- 25%, qeyri-mаddi аktivlər-istitfаdə müddəti məlum оlmаsа- 10%, məlum оlаrsа- istifаdə müddətinə mütənаsib). Uzunmüddətli maddi aktivlərə köhnəlmənin hesablanmasının auditi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
uzunmüddətli maddi aktivlər cari icarəyə verildikdə amortizasiya satışdankənar itkilərin tərkibinə daxil edilir (D-t 801), alınmış icarə haqqı satışdankənar mənfəətə aid edilir (D-t 801),
uzunmüddətli maddi aktivlər üzrə köhnəlmə ya obyektin (bina, tikili və b.) bütün istismarı dövründə, və ya uzunmüddətli maddi aktivin (aktiv hissənin) balans dəyərinin maya dəyərinə tam daxil olduğu müddətdə hesablanır, sonra ayırmaların hesablanması dayandırılır;
bir il başa çatana qədər kiçik müəssisələrin fəaliyyəti dayandırıldıqda he-sablanmış əlavə köhnəlmə məbləği mənfəət hesabına bərpa olunmalıdır: D-t 112, 122, 132, 142, K-t 801;
uzunmüddətli maddi aktivin tam dayandırılması və müəyyən olunmuş qaydada kon-servasiyası şəraitində yenidənqurma, texniki silahlanma zamanı köhnəlmə hesablanmır, xidmət müddəti konservasiyada olduüu müddət qədər artırılır;
qurtarmamış tikinti obyekti üzrə köhnəlmə istifadəyə verildikdən sonra də-qiqləşdirilməklə belə obyektlərin dəyəri haqqında arayışa müvafiq hesablanır.
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla köhnəlmə (amortizasiya) normasının tətbiqinin düzgünlüyü yoxlanılmalıdır.
Auditin gedişində aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir:
köhnəlmənin hesablanması üçün bütün əsas vəsait obyektlərinin hesablamaya daxil edilməsi;
yeni daxil olmuş və dövriyyədən çıxmış əsas vəsaitlər üzrə köhnəlmənin hesablanmаsının düzgünlüyü;
amortizasiya normasının və ona əlavə düzəliş əmsallarının tərtib edilməsinin düzgünlüyü;
köhnəlmə məbləğlərinin istehsal xərclərinə aid edilməsinin düzgünlüyü;
amortizasiya məbləğlərinin mühasibat uçotu registrlərində əks etdirilməsinin düzgünlüyü.
Köhnəlmənin hesablanmasının düzgünlüyünü yoxlayarkən köhnəlmə hesаblаn-mаyаn əsas vəsaitlərin (kitab fondu, təmirə və texnoloji yenidən qurmaya saxlanılan fondlar, büdcə təşkilatlarının fondları, arxitektura və incəsənət abidələri sayılan bina və tikililər, film, muzey fondları və bədii dəyərlər, məhsuldar heyvanlar və s.) əsas vəsaitlərin tərkibinə daxil edilmədiyi müəyyən edilməlidir. Aşkar edilən bütün qanun pozuntularının səbəbləri və buna cavabdeh şəxslər müəyyən edilməli və gələcəkdə bunun təkrar olunmaması üçün tədbirlər görülməlidir.
Audit prosesində uzunmüddətli maddi aktivlərin təmirinə (cari və əsaslı) xərclərin uçotunun təşkili və təmir müddətinin gözlənilməsi yoxlanılır: əvvəlcə xərc smetasının tərtibinin düzgünlüyü nəzərdən keçirilir. Əsaslı xərc smetası texniki baxış aktlarının və deffektlər cədvəlinin məlumatlarına əsasən tərtib edilməlidir.