Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Satışın uçotunun tamlığının yoxlanması



Yüklə 465,1 Kb.
səhifə78/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   74   75   76   77   78   79   80   81   82
Audit yeni

Satışın uçotunun tamlığının yoxlanması satış şöbəsinin əmtəə-nəqliyyat qaimələrinin (və ya onu əvəz edən sənəsənədlərin) məlumatlarının ödəmə fakturaları və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi yolu ilə həyata keçirilə bilər. Bu yoxlamanın həyata keçirilməsi zamanı auditor bütün əmtəə-nəqliyyat qaimələrinin toplanmasının və satış şöbəsində lazımı səviyyədə qorunub saxlanmasına əmin olmalıdır. Bunu həmin sənədlərin nömrələrinin ardıcıllığının təhlil edilməsi yolu ilə etmək olar.
Məlumatlarının dürüstlüyünün yoxlanmasının əsas mənbəyi satışın uçot registrləri hesab olunur. Uçotun tamlığının yoxlanmasının mənbəyi isə əksinə, əmtəə-nəqliyyat qaimələridir. Bu halda əmtəə-nəqliyyat qaimələri üzrə seçmə aparılır ki, onların məlumatları hesab-faktura və satışın uçotu registrləri ilə üzləşdirilir.
Gəlirlərin auditi zamanı nəzərə almaq lazımdır ki, əsas əməliyyat gəlirləri üzrə DT 601 Kt 801, həmin əməliyyatlar üzrə hesablanməş xərclər üzrə Dt 801 Kt 701 mühasibat yazılışı edilməklə ilin sonunda satış mənfəətə silinir:Dt 601 Kt 801. Sair əməliyyat gəlirləri üzrə DT 611 Kt 801, həmin əməliyyatlar üzrə hesablanməş xərclər üzrə Dt 801 Kt 731 mühasibat yazılışı edilməklə ilin sonunda satış mənfəətə silinir:Dt 611 Kt 801.
Satış faktının vaxtında əks etdirilməsinin yoxlanması zamanı əmtəə-nəqliyyat qaimələrində və müvafiq hesab-fakturalarda əks etdirilmiş tarixlər, satışın və debitor borclarının uçotu hesabları üzrı yazılış tarixləri üzləşdirilir.
Satış üzrə əməliyyatların düzgün dəyər qiyməti yüklənmiş mallara görə hesab-fakturaların düzgün tərtib edilməsinə və sonradan həmin məlumatların mühasibat registrlərində əks etdirilməsinə təsir göstərir. Satışın qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması mümkün hesablama səhvlərini aşkar etmək məqsədi ilə uçot məlumatlarının yenidən nəzərdən keçirilməsini özündə birləşdirir. Bir qayda olaraq hesab-fakturaların yekun məbləğləri yenidən hesablanır və yaxud, müstəqil hazırlanmış nəzarət sənədlərinin yoxlanması həyata keçirilir. Əgər satışın məbləği xarici valyutada əks etdirilmişdirsə, bu zaman valyuta kurslarının tətbiqi yoxlanılır. Bünun üçün auditor əməliyyatın baş verdiyi tarixə iqtisadi subyektin istifadə etdiyi kurs AR MB-nın kursu ilə üzləşdirilir.
Məhsul satışı Dt 171, 211 Kt 601, satışdan pul daxil olduqda Dt 223, Kt !71, 211 mühasibat yzılışı ilə rəsmiləşdirilir.Satılmış mallar haqqında uçot məlumatların tam və dürüstlüyü ilə yanaşı həmin məlumatların mənfəət və zərər haqqında hesabatda düzgün təsnifləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. .
Alıcılar və sifarişçilərlə hesablaşmaların uçot registrlərində satış haqqında məlumatların əks etdirilməsinin tamlığımühüm əhəmiyyət kəsb edir, çünki o, ödənilməmiş debitor borclarına nəzarətin mümkünlüyünə təsir göstərir.
Bəzi hallarda Baş kitabda debitor borclarının uçotu hesablarında məlumatların qeyd edilməsi satışın uçotu registrlərinin məlumatlarına deyil, debitor borclarının uçotu registrlərinə əsaslanır. Bu halda debitor borclarının uçotu registrləri üzrə göstərilən hesabların məbləqlərinin satışın uçotu registrləri üzrə satışın məbləğinə uyğunluğu yoxlanmalıdır. Bundan başqa, alıcı və sifarişçilərlə hesablaşmalar hesabı üzrə registrlərin məlumatlarının Baş kitabın müvafiq hesabları üzrə etibarlı şəkildə əks etdirildiyinə əmin olmaq lazımdır. Yoxlamanın analitik prosedurlar ay ərzində satış haqqında məlumatlarla üzləşdirilməsini nəzərdə tutur:

  • digər ayların və bütövlükdə satış tciklinin məlumatları ilə;

  • satışın həcminin aylıq proqnozu ilə;

  • ötən illərin müvafiq dövrünün məlumatları ilə.

Gəlirlərin yoxlanması zamanı iki növ səhvin (bilərəkdən, bilmədən) yaranmasının mümkünlüyünə diqqət verilməlidir.
Mühasibat hesabatı məlumatlarının bilərəkdə təhrif edilməsinə məbləği buraxmaqla bilərək-dən xərclərin azaldılmasını, məbləğin təhrif edilməsi və ya xərcin bu və ya digər dövrə aid edilməsi yolu ilə xərclərin süni artırılmasınə, xərclərin düzgün təsnifləşdirilməməsini, fiktiv xərclərin örtülməsini və s aid etmək olar.
Mühasibat hesabatı məlumatlarının bilməyərək təhrif edilməsinə əməliyyat və qeyri əməliyyat xərclərinin bu və ya digər dövrə düzgü aid edilməməmsi, faktiki edilməmiş xərclərin mühasibat registrlərində əks etdirilməsnii, edilmiş xərclərin səhvən aktivlərin dəyərinin artmasına köçürülməsini və ya uçot hesabında aktivlərin dəyərinə daxil edilməli olan xərclərin silinməsini aid etmək olar. Əməliyyatların müfəssəl yoxlanması aşağıdakı prosedurların həyata keçirilməsini nəzərdə tutur:

  • ilkin sənədlərlə üzləşdirmə (vergitutma zamanı nəzərə alınan xərclərin hesablanmasının düzgünlüyü də daxil olmaqla);

  • xərclərin bu və ya digər dövrə aid edilməsinin düzgünlüyünün yoxlanması.

Əməliyyat və qeyri əməliyyat gəlirlərinin və xərclərinin əks etdirilməsinin düzgünlüyü həmin göstəricilərin mühasibat mənfəəti məbləğində əhəmiyyətliyi dərəcəsindən asılı olaraq seçilməklə yoxlanılır.
Xərclərin auditi proseduru “Xərclərin auditi” adlı 12-ci mövzuda ətraflı nəzərdən keçirildiyindən həmin məsələ təkrarən əks etdirilməsi məqsədəuyşun hesab edilmir.
Məhsul satışının nəticələrinin yoxlanması mərhələsində auditor satışdan mənfəətin “Ümumi mənfəət (zərər)” hesabında əks etdirilməsinin düzgünlüyünü yoxlayır. Bunun üçün həmin hesabın krediti 601 saylı “Satış” hesabının debeti ilə üzləşdirilir, həmin göstəricinin mənfəət və zərər haqqında hesabatda ümumi mənfəət göstəricisi ilə uyğunluğunu yoxlayır (Dt 601, Kt 801).
Sairsatış əməliyyatları və qeyri ssatışəməliyyatları üzrə gəlirlərinin yoxlanması da auditin əsas istiqamətlərindən biri hesab olunur. Bu zaman onlarınmühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü yoxlanılır:

  • Məhsul satışından mənfəət əks etdirilir: Dt 601 Kt 801

  • Əsas vəsait və digər aktivlərin satışından mənfəət: Dt 611 Kt 801

  • İlin sonuna valyuta hesabı üzrə məzənnə fərqi silindikdə: Dt 335 Kt 801

  • Şübhəli borclar üzrə ehtiyatın istifadə ediməmiş hissəsi mənfəətə silindikdə: Dt 335 Kt 801

  • Ehtiyat və xüsusi fondlar hesabına hesabat ilinin zərəri ödənildikdə: Dt 333 Kt 801

  • Hazır məhsul üzrə əskikgəlmələr mənfəətə silindikdə: Dt 801 Kt 204

  • İl ərzində istifadə olunmuş mənfəət məbləği silindikdə: Dt 801 Kt 341

.Məhsul (iş, xidmət), əsas vəsaitlərin və başqa aktivlərin satışından mənfəətin əks etdirilməsinin düzgünlüyü və tamlığının yoxlanılması zamanı auditor aşağıdakı köməkçi cədvəli tərtib edir (cədvəl 1).
Cədvəl 1
Satışdan mənfəətin müəyyən edilməsinin düzgünlüyünün yoxlanılması

Baş kitabın məlumatları
üzrə mənfəətməbləği, minman.



11 saylı jurnal –order üzrə
mənfəət məbləği, min man.



Kənarlaşma,
(+; -)



Qeyd















Auditor maliyyə nəticələri haqqında hesabatda " Əsаs əməliyyаt gəlirləri" maddəsi üzrə əks etdirilmiş məlumatları Baş kitabın məlumatları ilə üzləşdirir və aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl 2).


Cədvəl 2
Mənfəət (zərər) məbləğinin müəyyən edilməsinin düzgünlüyünün yoxlanılması

Mənfəət və zərər hаqqındа
hesabаt üzrə
mənfəət
məbləği,
min man.



Baş kitabın
məlumatları
üzrə mənfəət məbləği,
min man.



Dekabrayı üçünuçotregistri
üzrə mənfəətməbləği,
min man.



Kənarlaşma (+; -)



Qeyd



Illik hesa-
bat məlu-
matlarının
Baş kitabın
məlumatla-rından,
min man.



Baş kitabın
məlumatla-
rının uçot registrinin
məlumatla-rından,
min man.



Illik hesabat
məlumatla-
rının uçot registrinin
məlumatla-
rından,
min man.






















Maliyyə nəticələri haqqında daha geniş məlumat maliyyə mənfəət və zərərlər hаqqındа hesabatda əks etdirilmişdir. Informasiyaların ümumiləşdirilməsi üçün 801 sаylı "Ümumi mənfəət (zərər) " hesabı tətbiq edilir.


Yaranan gəlirlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 saylı hesabların debeti və 801 saylı hesabın müvafiq subhesablarının krediti mühasibat yazılışı edilir
Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 saylı hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 saylı hesabların müvafiq subhesablarının krediti mühasibat yazılışı edilir.
Mənfəəti formalaşmasının auditi zamanı auditor tərtib edilən mühasibat yazılışlarının düzgünlüyünü yoxlayarkən aşağıdakı qaydaların gözlənilməsinə əmin olmalıdır:

  1. Mənfəət hesabına yaradılan ehtiyatların məbləğinə Dt 343 Kt 333;

  2. Bölüşdürülməyən mənfəət məbləğinə təşkilat tərəfindən onun təsisçilərinə gəlirlərin ödənilməsi üçün istifadə edildikdə Dt 341 Kt 344, 533;

  3. Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin, təşkilatın təsisçilərinin gəlirləri ödənildikdən sonra qalan məbləğlərinə Dt 341 Kt 343;

  4. İl ərzində mənfəət hesabına aparılan ayırmalann məbləği balans mənfəətindən çox olduqda Dt 341 Kt 801;

  5. Hesabat ilinin zərəri balansdan ehtiyat kapitalının, xüsusi təyinatlı fondların, təsisçilərin və b. hesabına silindikdə Dt 301, 335, 344 Kt 341;

  6. Keçən illərin örtülməmiş zərəri silindikdə Dt 341, 335 Kt 343

Ilin sonunda mənfəət məbləği istifadə olunmuş məbləği həcmində azaldılır: Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”, 901 “Cari mənfəət vergisi üzrə xərclər”, 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” . Hesabat dövrünün bölüşdürülməmiş mənfəət (zərər) məbləği 801saylı hesabdan 343 sаylı "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" hesabının kreditinə (debetinə) silinir.


Mənfəətdən istifadə olunması prosesində müəssisənin büdcə, bank, əmək kollektivi ilə maliyyə münasibətləri əks olunur. Mənfəətdən istifadəyə nəzarət zamanı uçot registrində, 344, 901, 902 sаylı hesabların debeti üzrə yazılışlar yoxlanılır. Yoxlama zamanı 521, 421, 422 və 223 sаylı hesablar üzrə yazılışlar əsasında büdcəyə vergilərin hesablanmasının dürüstlüyünə və vaxtında ödənilməsinə nəzarət edilir.
Mənfəətdən istifadənin düzgünlüyünün yoxlnılması

Mənfəətdən istifadə-
nin istiqaməti



Müəssisənin məlu-matları üzrə,
min man.



Yoxlamanın nəticələri
üzrə, min man.



Kənarlaşma
(+; -)















Mənfəətin təyinatı üzrə istifadə olunmaması faktları aşkar edildikdə auditor onun səbəblərini və bunda təqsirli olan vəzifəli şəxsləri müəyyən edir, pozuntuların aradan qaldırılması üzrə tədbirlər işləyib hazırlayır.




  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin