Qiymətdəndüşmədən zərər – aktivin balans dəyərinin onun ödənilmə dəyərindən artıq olan məbləğidir.
Ödənilmə dəyəri– iki kəmiyyətdən: satışa çəkilən xərclər çıxılmaqla aktivin ədalətli dəyərindən, yaxud onun istifadəsinin qiymətliliyindən - ən yüksək olandır.
Ləğvetmə dəyəri– elə hesabi kəmiyyətdir ki, həmin kəmiyyəti şirkət faydalı istifadə müddətininsonunda aktivin təsərrüfatdançıxma xərcləri çıxılmaqla satışından əldə edəcəkdir.
TTA- elə maddi aktivlərdir ki:
onlar məhsulun, malların istehsalında və göndərilməsində, xidmətlərin göstərilməsində istifadə etmək üçün, digər şəxslərə icarəyə vermək üçün yaxud administrativ məqsədlər üçün nəzərdə tutulmuşdur; və
onların bir dövrdən artıq müddətdə istifadə edilməsi nəzərdə tutulur.
Faydalı istifadə müddəti:
elə bir dövrdür ki, təşkilat həmin aktivi həmin dövr ərzində istifadə etməyi nəzərdə tutur; ya da
aktivin istifadəsindən alınması nəzərdə tutulan miqdarda istehsaldır, ya da oxşar vahidlərdir (MHBS (İAS), maddə 6).