6.4.Mübadilə,dövlət subsidiyaları və icarə müqaviləsi (istifadə hüquqi formasında) yolu ilə əldə edilən uzunmüddətli aktivlərin uçotu qaydaları
TTA-nın dövlət subsidiyaları yolu ilə əldə olunması
Təşkilat dövlət subsidiyaları hesabına TTA satın aldıqda, inşa etdirdikdə yaxud digər yolla əldə etdikdə və bu zaman təşkilat subsidiyaların verilməsi şərtlərinə tam əməl etmiş olduqda alınmış subsidiyalar maliyyə vəziyyəti haqqında hesabatda iki üsuldan biri ilə əks etdirilə bilər:
Alınmış subsidiya gələcək dövrlərin gəlirləri kimi əks etdirilir və TTA-nın faydalı istifadə müddətində sistematik və rasional əsasda cari gəlirlər kimi tanınır; yaxud
Alınmış subsidiya TTA-nın əldə olunma dəyərindən çıxılır. Bu halda subsidiya gəlir kimi dolayı yolla, yəni TTA-nın faydalı istifadə müddəti ərzində onlara hər dövr üçün hesablanılan amortizasiyanın kəmiyyətinin azaldılması şəklində tanınır.
Birinci halda
TTA-nın kapitallaşdırılmasına çəkilmiş məsrəflər məbləğinə:
Debet 113,
Kredit 431,531 və s. hesablar,
TTA-nın tanınmış məbləğinə:
Debet 111,
Kredit 113,
Subsidiyanın daxil olmuş məbləğinə:
Debet 221,223,224,
Kredit 442 yazılışı tərtib olunur.
Daha sonra, TTA-nın isifadə olunduğu hər bir ilin sonuna amortizasiyanın hesablanması ilə eyni vaxtda subsidiyanın məbləği proporsional faydada cari gəlir kimi tanındıqda:
Debet 202-4,
Kredit 112-1,eyni zamanda:
Debet 442,
Kredit 611-10.
İkini halda
Daxil olmuş subsidiyalar məbləğinə:
Debet 221,223,224,
kredit 544;
TTA üzrə təşkilat tərəfindən kapitallaşdırılmış məsrəglər məbləğinə:
Debet 113,
Kredit 431;
TTA üzrə təşkilatın kapitallaşdırılmış və tanınmış xərclərin məbləğinə:
Debet 111,
Kredit 113;
Daxil olmuş subsidiyalar həcmində TTA-nın tanınmış ilkin dəyərinin azaldılması məbləğinə:
Debet 544,
Kredit 111;
TTA-nın subsidiyalar həcmində azaldılmış ilkin dəyərinə (amortizasiya olunan dəyərinə) hər ilin sonunda hesablanılan amortizasiya məbləğinə
Debet 202-4,
Kredit 112.
TTA-nın mübadilə yolu ilə əldə olunması
Mübadilə yolu ilə əldə olunan TTA məbləğində məsrəflərin kapitallaşdırılması və öhdəliklərin yaranmış məbləğlərinə :
Debet 113,
Kredit 431, 432, 433,531, 535, 536;
Mübadilə yolu ilə əldə olunan TTA ilə əlaqədar hesablanmış ƏDV məbləğinə:
Debet 241-1,
Kredit 431,432, 433,531, 535, 536;
Müadilə yolu ilə əldə olunan TTA üzrə ƏDV-nin əvəzləşdirilməsi məbləğinə:
Debet 521,
Kredit 241-1;
Mübadilə yolu ilə əldə olunan TTA-nın istifadəyə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar kapitallaşdırılan digər xərclərin məbləğinə:
Debet 113,
Kredit 221,223,224,435,521,522,523,533,538,545;
Mübadilə yolu ilə əldə olunan TTA-nın müqabilində qarşı tərəfə təqdim olunmuş aktivlərin dəyəri məbləğinə:
Debet 171,172,174,175,177,211,212,214,215,217,
Kredit 601, 611;
Mübadilə yolu ilə əldə olunan TTA-nın müqabilində qarşı tərəfə təqdim olunmuş aktivlərə görə hesablanmış ƏDV məbləğinə:
Debet 171,172,174,175,177,211,212,214,215,217, yaxud 601, 611,
Kredit 545;
Mübadilə yolu ilə əldə olunan TTA-nın müqabilində qarşı tərəfə təqdim olunmuş aktivlərə görə hesablanmış ƏDV məbləğində büdcə qarşısında yaranan öhdəlik məbləğinə:
Debet 545,
Kredit 521;
Mübadilə yolu ilə əldə olunan TTA ilə əlaqədar yaranmış kreditor borcların mübadilə zamanı qarşı tərəfə təqdim edilmiş aktivlərə görə yaranmış debitor borcları ilə əvəzləşdirilməsi məbləğinə:
Debet 431, 432, 433, 531, 531, 535, 536,
Kredit 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217.
Əgər mübadilə zamanı qarşı tərəfə təqdim edilən uzunmüddətli aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmədən zərərlər olmuşsa, onda onların silinməsi məbləğinə:
Debet 102, 112, 122,
Kredit 101, 111, 121 yazılışları tərtib olunur.
Dostları ilə paylaş: |