Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


TTA –nın daxil olması üzrə mühasibat yazlışları



Yüklə 1,21 Mb.
səhifə91/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   87   88   89   90   91   92   93   94   ...   124
Maliyyə mühazirələr hamısı(1)

TTA –nın daxil olması üzrə mühasibat yazlışları

  • TTA pul vəsaitləri ekvivalentində nağd qaydada satın alındıqda:

Debet113,

Kredit 221, 223, 224, 225;



  • Bu zaman hesablanmış ƏDV məbləğinə:

Debet 241,

Kredit 221,223,244;



  • ƏDV əvəzləşdirildikdə:

Debet 241,

Kredit 521;



  • Əgər əldə olunmuş TTA üzrə ƏDV əvəzləşdirilmədikdə:

Debet 113,

Kredit 241 yazılışı ilə rəsmiyyətə salınır.



  • TTA kreditor borcları hesabına əldə olunduqda:

Debet 113,

Kredit 244,431,432,435,531,532,528,545;



  • Bu yolla kapitallaşdırılan məsrəflər üzrə ƏDV hesablandıqda:

Debet 241,

Kredit 244,431,432,435,531, 532,538,545;



  • ƏDV əvəzləşdirildikdə:

Debet 521,

Kredit 241;



  • ƏDV əvəzləşdirilmədikdə:

Debet 113,

Kredit 241 yazılışları tərtib olunur.



TTA podrat üsulu ilə, yəni tikinti müqavilələri əsasında əldə olunduğu zaman:

  • TTA podrat üsulu ilə, yəni tikinti müqavilələri əsasında əldə olunduqda:

Debet 113,

Kredit 433, 536;



  • Bu zaman hesablanmış ƏDV məbləğinə:

Debet 241,

Kredit 433,536;



  • Əvəzləşdirilən ƏDV məbləğinə:

Debet 541,

Kredit 241;



  • Əvəzləşdirilməyən ƏDV məbləğinə:

Debet 113,

Kredit 241 yazılışları ilə əks etdirilir.



TTA obyektləri borclar hesabına əldə olunduqda və ya yaradıldıqda:

  • TTA obyektləri borclar hesabına əldə olunduqda və ya yaradıldıqda həmin borclar üzrə kapitallaşdırılan məsrəflərə:

Debet 113,

Kredit 434, 537 yazılışları tərtib olunur.

Kapitallaşdırılmayan məsrəflər təşkilatın dövrü xərclərinə aid edilir, yəni 801 nömrəli hesaba silinir.

TTA-nın təşkilatın öz gücü ilə yaradıldıqda:


  • TTA-nın təşkilatın öz gücü ilə, yəni təsərrüfat üsulu ilə yaradılması zamanı kapitallaşdırılan məsrəflərə:

Debet 113,

Kredit 102,112, 201, 204, 205, 221, 223, 244, 225, 241-1, 401, 404,408, 501, 504, 507, 521, 522, 523, 533 və s. hesablar üzrə yazılışlarla əks etdirilir.\



TTA əvəzsiz qaydada daxil olduqda:

  • TTA əvəzsiz qaydada daxil olduqda:

Debet 113,

Kredit 611-3;



  • Əvəzsiz qaydada daxil olmuş TTA-nın istifadəyə hazır vəziyyətəgətirilməsi ilə əlaqədar kapitallaşdırılan əlavə məsrəflər məbləğinə:

Debet 113,

Kredit 221,223,224,201,431,531,521,522,533 və s

İDƏ-nin əldə edilməsi ilə bağlı məsrəflərin kapitallaşdırılması qaydaları və uçotu metodikası MHBS (İAS) 16 üzrə olan təsbitlərə əsaslanır. Fərq yalnız bundan ibarətdir ki, İDƏ üzrə kapitallaşdırılan xərclər 113 nömrəli hesabda deyil, 123 nömrəli hesabda uçota alınır.

.


İDƏ əvəzsiz qaydada əldə olunursavə onun təyinatı üzrə istifadəsi üçün kapitallaşdırıla biləcək heç bir əlavə məsrəflər çəkilmirsə, həmin aktiv debet 121, kredit 611-3 yazılışı verilməklə tanınacaqdır.

Əgər əvəzsiz qaydada əldə olunmuş mülkiyyətin təyinatı üzrə istifadə edilməsi kapitallaşdırılan əlavə məsrəflər tələb etmişsə, onda onların tanınması debet 121, kredit 123 yazılışı əsasında həyata keçiriləcəkdir.

Nəzərdən keçirilən uzunmüddətli maddi aktivlərin əldə olunması, yaradılması ilə bağlı məsrəflər kapitallaşdırıldıqdan sonra kapitallaşdırılmış məsrəflərin məbləği onların ilkin dəyərini yaradır. İlkin dəyərin (maya dəyərinin ) maliyyə vəziyyəti haqqında hesabatda aktivlər kimi tanınması üçün məsrəflərin kapitallaşdırılmış olduğu obyektlər aşağıdakı kriteriyalara cavab verməlidir:


  1. Obyekt “aktivlər” elementinin tərifinə uyğun gəlməlidir;

  2. Həmin obyektlər gələcəkdə iqtisadi faydaların əldə olunmasını təmin edəcəkdir;

  3. Həmin obyektlərin dəyəri etibarlı şəkildə ölçülə bilən olmalıdır

Göstərilən kriteriyalara cavab verən həmin uzunmüddətli maddi aktivlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış hesab olunur.

TTA-nın tanınması debet 111, kredit 113 yazılışı ilə rəsmiyyətə salınır. Həmin yazılış məsrəflərin kapitallaşdırılması hesabına tanınan TTA obyektləri üzrə tərtib edilir. Əgər TTA obyektləri əvəzsiz qaydada daxil olursa və onların təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirilməsi üzrə kapitallaşdırıla biləcək heç bir məsrəf çəkilmirsə, onda tanınma debet 111, kredit 611-3 yazılışı əsasında həyata keçirilə bilər.

İDƏ-nin kapitallaşdırılmış məsrəflər nəticəsində əldə edilməsi, yaradılması zamanı tanınma əməliyyatı- debet 121, kredit 123 yazılışı ilə rəsmiyyətə salınır.

Qeyd edildiyi kimi, Bioloji aktivlərin əldə olunması ilə, həmçinin faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi ilə bağlı məsrəflərin kapitallaşdırılması üzrə Hesablar planında ayrıca yaxud müstəqil sintetik uçot hesabları nəzərdə tutulmuşdur. Ona görə də həmin aktivlərlə bağlı məsrəflər birbaşa onların tanındığı zaman uçota alındığı hesablarda, yəni biləvasitə balans hesabları olan 131 və 141 nömrəli daimi hesablarda əks etdirilir və tanınır.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin