Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Uzunmüddətli maddi aktivlərin tnınması və ilkin qiymətləndirilməsi



Yüklə 1,21 Mb.
səhifə87/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   83   84   85   86   87   88   89   90   ...   124
Maliyyə mühazirələr hamısı(1)

6.2.Uzunmüddətli maddi aktivlərin tnınması və ilkin qiymətləndirilməsi

TANINMA

Uzunmüddətli maddi aktivlərin tanınması qaydaları onların növləri üzrə konkret standartlar tərəfindən təsbit edilir. Bu cür aktivlər ilkin olaraq müxtəlif qiymətlərlə tanınır.

MHBS (İAS) 16-ya əsasən TTA ilkin olaraq maya dəyəri ilə tanınır. TTA-nın maya dəyəri aşağıdakı kriteriyalara cavab verdikdə tanınır:


  1. həmin aktivlə əlaqədar gələcək iqtisadi faydaların təşkilata daxil olması ehtimal ediləndir; və

  2. həmin obyektin maya dəyərini dürüst ölçmək olar (MHBS (İAS), maddə 7).

Adətən ehtiyat hissələri və servis avadanlığı ehtiyatlar kimi uçota alınır və istehlak olunduqca mənfəət və zərərlərdə tanınır. Ancaq iri ehtiyat hissələri və ehtiyat avadanlığı TTA kimi təsnifləşdirilə və tanına bilər, bir şərtlə ki, təşkilat onları bir dövrdən artıq müddətdə istifadə etməyi nəzərdə tutmuş olsun.

MHBS (İAS) 40investisiyalı daşınmaz əmlakı aşağıdakı hallarda tanımağa icazə verir:



  1. həmin investisiyalı mülkiyyət ilə əlaqədar gələcək iqtisadi faydaların təşkilata axını ehtimalı mövcuddur; və

  2. həmin investisiyalı mülkiyyətin maya dəyərini dürüst ölçmək mümkündür.

Təşkilat bu tanınma prinsiplərinə uyğun investisiyalı daşınmaz əmlak üzrə öz məs-rlərini qiymətləndirməlidir.

Bioloji aktivləri yaxud kənd təsərrüfatı məhsulunu təşkilat MHBS (İAS) 41-ə əsasən aşağıdakı hallarda tanımalıdır:



  1. şirkət aktivə keçmiş hadisələr nəticəsində nəzarət edir;

  2. həmin aktivdən şirkətin gələcək iqtisadi faydalar götürməsi ehtimalı mövcuddur; və

  3. aktivin ədalətli dəyəri yaxud maya dəyəri kifayət qədər dürüst müəyyən edilə bilər.

MHBS (İFRS) 6- ya görə faydalı qazıntıların kəşfiyyatı və qiymətləndiriməsi

gedişində aktivlər ilkin olaraq maya dəyəri ilə tanınır.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin