Dövlət subsidiyaları - şirkətin əməliyyat fəaliyyəti ilə əlaqədar keçmişdə yaxud gələcəkdə müəyyən şərtlərə əməl etməsi müqabilində resursların şirkətə verilməsi formasında dövlət yardımıdır (MHBS (İAS) 41, maddə 5).
MHBS (İFRS) 6 mineral resursların kəşfiyyatı və qiymətləndirilməsinin uçotu və hesabatına həsr edilmişdir.
Mineral resursların , faydalı qazıntıların ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsi- ehtiyatların axtarışı üçün müəyyən ərazidə kəşfiyyat işlərinin aparılmasına hüquqların əldə olunmasından sonra faydalı qazıntıların (mineral, xammal, neft, təbii qaz və oxşar bərpa olunmayan ehtiyatlar da daxil olmaqla) faydalı qazıntıların axtarışı, həmçinin faydalı qazıntıların çıxarılmasının texniki cəhətdən həyata keçirilməsinin və kommersiya baxımından faydalılığının müəyyən edilməsidir.